MaraqlıTarix

Təkamül siyasətin niyə belə qəbilədaxili olmasını izah edir

Əxlaq bizi yaxın qruplarda birləşdirir, lakin digər qruplardakı ideya və düşüncələrə qarşı kor edir

Əxlaq bizi yaxın qruplarda birləşdirir, lakin digər qruplardakı ideya və düşüncələrə qarşı kor edir. Bu iki hekayədən hansı sizin siyasi perspektivinizə daha çox uyğun gəlir?

Bir zamanlar insanlar qeyri-bərabər və despotik cəmiyyətdə yaşayırdılar, burada varlılar daha varlı olur, yoxsullar isə istismar olunurdular. Ədalət, qayğıkeşlik və bərabərlik haqqında liberal ənənələr azad və ədalətli cəmiyyət yaradana qədər quldarlıq, uşaq əməyi, iqtisadi bərabərsizlik, irqçilik, seksizm və bütün növlərdə ayrı-seçkiliklər həddini aşırdı. İndi isə mühafizəkarlar Tanrı və acgözlük naminə zamanı geri çəkmək niyyətindədirlər.

 

Bir zamanlar insanlar dəyərlər və ənənələrlə zəngin elə bir cəmiyyətdə yaşayırdılar ki, burada onlar şəxsi məsuliyyət hissinə malik idilər, gərgin işləyir, öz zəhmətlərinin nəticəsindən zövq alır və ehtiyacda olanlara yardım edirdilər. Nigah, ailə, sədaqət, şərəf, sadiqlik, müqəddəslik, hakimiyyətə və qanunun aliliyinə hörmət azad və ədalətli cəmiyyət yaratmışdı. Lakin sonra liberallar gəldilər və “tərəqqi” və utopik sosial prinsiplər naminə hər şeyi mıhv etdilər.

 

Baxmayaraq ki, detallar üzərində çox dayana bilərik, lakin siyasi elmin tədqiqi göstərir ki, insanların böyük əksəriyyəti kitab-saxlayıcı kimi bu iki əsas hekayə ilə sol-sağ spektr altına düşürlər. Və özümüz haqqında danışdığımız hekayə belə bir qədim ənənəni əks etdirir ki, “bir zamanlar hər şey pis idi, ancaq indi bizim partiyamızın sayəsində yaxşıdı”, yaxud “bir zamanlar hər şey yaxşı idi, ancaq indi digər partiyaya görə pisdi”. Öz inanclarımızda o qədər israrlıyıq ki, əgər siz özünüzü birinci hekayəyə daha yaxın hiss edirsinizsə, onda mən proqnoz edirəm ki, siz New York Times-ı oxuyur, radioda tərəqqipərvər söhbətləri dinləyir, CNN-ə baxır, proçoys (reproduktiv seçim) tərəfdarı və gücün tətbiqinə qarşısınız, dövlət və kilsənin ayrılmasının, universal sağlamlıq və qayğının tərəfdarısınız və sərvətlərin yenidən bölüşdürülməsinin və varlıların vergiyə cəlb olunması üzrə tədbirlərə səs verərdiniz.

 

Əgər ikinci hekayəyə meyllisinizsə, proqnoz edirik ki, siz Wall Street Journal-ı oxuyur, radioda mühafizəkar söhbətlər dinləyir, Fox News izləyir, Prolayf (insan həyatının mühafizəsinin vacibliyi) tərəfdarı və gücün tətbiqinə qarşısınız, Amerikanın xristian millət olduğuna və dini nümayişlərin ictimai sferada qadağan edilməməli olduğuna inanır, universal sağlamlıq və qayğının əleyhinəsiniz və sərvətlərin yenidən bölüşdürülməsinə və varlıların vergiyə cəlb olunmasına qarşı tədbirlərə səs verərdiniz.

 

Niyə öz siyasətimiz belə öncədən bəlli və qəbiləsayağıdır? Özünün görkəmli və maarifləndirici “Haqlı düşüncə: Niyə yaxşı insanlar siyasət və din tərəfindən ayrı salınır” (Panteon, 2012) kitabında, Virciniya Universitetinin psixoloqu Conatan Heit iddia edir ki, həm liberallar, həm də mühafizəkarlar üçün digər partiyanın üzvləri sadəcə olaraq yanlış tərəf deyillər, onlar əsl yanlış tərəfdirlər – əxlaqi cəhətdən şübhəli, hətta təhlükəlidirlər. “Bizim haqlı düşüncələrimiz insanlar üçün qohumluq əlaqəsi olmadan böyük birgə qruplar, qəbilələr və millətlər yaratmağa imkan vermişdir,” Heit iddia edir, “ lakin eyni zamanda, bizim haqlı düşüncələrimiz bizim birgə qruplarımızın daim əxlaq mübahisələrində lənətlənməsinə zəmanət verir.” Bununla, o göstərir ki, əxlaq bizi yaxın qruplarda birləşdirir, lakin başqa qrupların ideya və dşüüncələrinə qarşı kor edir.

 

Bizim növlərimizin yüz min illər bundan əvvəl keçmiş olduğu, bütöv əxlaqi düşüncəyə aparan təkamül Rubikonu (kəllə həcmi ilə əlaqədar insan təkamülü) “paylaşılan niyyətliliy”in nəticəsi idi, bu isə “bizim əcdadlarımızın ikisinin, yaxud daha çoxunun birlikdə güddükləri məqsədlərin mənəvi paylaşılmasıdır”. Məsələn, azuqə toplama zamanı bir şəxs budağı endirir, digəri meyvələri toplayır və hər ikisi yeməyi bölüşdürürlər. “Şimpanzelər belə davranış göstərməyə meylli deyillər,” Heit qeyd edir, “lakin ilk insanlar öz niyyətlərini paylaşmağa başladıqda, onların ov etmək, toplayıcılıq etmək, uşaqları böyütmək və qonşularına nəzarət etmək imkanları nəzərə çarpacaq dərəcədə artdı. İndi komandadakı hər kəs məqsədi mənəvi cəhətdən paylaşır, bilirdi ki onun tərəfdaşları eyni məqsədi paylaşır, tərəfdaşı uğursuz hərəkət etdikdə, yaxud qəniməti qaçırdıqda bilir və belə pozuntulara mənfi reaksiya verirdi.” Demokrat Con Kerrinin öz fikrini dəyişməsinə görə “uğursuz siyasətçi” olmaqda günahlandırılması və ya Respublikaçı Mit Romneyin özünü “sərt mühafizəkar” elan etdikdən sonra partiya bölməsində “zəif” kimi qələmə verilməsi müasir siyasi pozuntu nümunələridir.

 

Bizim ikili əxlaqi təbiətimiz Heiti belə bir qənaətə gətirir ki, həyat bacarıqlı orta zəminə nail olmaq üçün bizə həm liberal, həm də mühafizəkarların rəqabəti lazımdır. Filosof Con Mil bir əsr yarım bundan əvvəl vurğulamışdı: “Qayda və sabitlik partiyası, həmçinin tərəqqi və islahat partiyası siyasi həyatın sağlam durumunun zəruri elementləridir.”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
scientificamerican
Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: