Maraqlı

Təkamül psixologiyası nədir?

Növlərin mənşəyinin son səhifələrində, təbii seçim vasitəs ilə təkamül nəzəriyyəsini izah edən Darvin cəsarətli bir proqnoz qoymuşdur (Darvin, 1970, s.) “Gələcəkdə mən daha vacib araşdırmalar aparan açıq sahələri görürəm. Psixologiya, cənab Herbert Spenserin indidən artıq verdiyi əsaslarla zehni güclər və qabiliyyətlər yalnız yavaş-yavaş və tədricən qazanılmalış olduğunun vacibliyini təhlükəsiz qavramaq olar. İnsanın mənşəyi və tarixi daha aydın olacaq “.
Darvin bu sözləri bir gün “təkamül psixologiyasının” yeni bir sahənin yaranmasına səbəb olur.
 
20-ci əsr boyunca bir çox mütəxəsis Darvinin əsas anlayışının işığında psixologiyaya daha sistematik bir yanaşma üçün lazımi strukturun qurulması məsələsini həll etməyə cəhd göstərmişdir. (Tooby ve Cosmides, 2005)
 
Bütün bu müxtəlif yanaşmaların və səylərin təsiriylə, müəyyən zaman sonra təkamül psixologiyası sahəsi ortaya çıxdı. Təkamül psixologiyasını müxtəlif tərəflərdən müəyyən etmək mümkündür. Ümumi bir tərif versək; “təkamül psixologiyası bütün psixoloji hadisələri və insanların sinir sisteminin təkamül proseslərinin məhsulu və bu sistemin yaratdığı davranışlardan ibarət olan bir sıra prinsipləri anlamaq üçün təməl bir vasitədir.” İnsanı təbii seçmənin məhsulu kimi əla alır, buna görə də insan növünü təbii dünyaya bağlı qaydalarından asılı olmayaraq qəbul etmək konsepsiyasına sahib deyildir(Geher, 2006).
Buna görə insanın düşüncələri və davranışları müəyyən bir təbiət prinsipləri istiqamətində təsadüfən və ardıcıl bir şəkildə deyil, müəyyən bir məqsədlə öz daxilində formalaşmışdı. Buna görə, mövcud insanı elmi baxımdan izah edərkən, təkamül keçmişini müəyyən etməli və davranışının səbəbləri bu keçmişin işığında araşdırılmalıdır.
 
Təkamül psixologiyası elm ictimaiyyətinin diqqətətini çəkməsi bir qədər vaxt almasına baxmayaraq, bu sahə tanınır və getdikcə geniş yayılmaqdadır. PsycINFO’dan əldə edilən məlumatlara görə təkamül psixologiyası sahəsindəki nəşrlərin sayı 1985 -1992-ci illər arasında 29 olduğu halda, 1993-2000-ci illər arasında bu say 331 idi (Durrant və Ellis, 2002). Bu göstəricilər, psixologiyada təkamül nəzəriyyəsinin zamanla nə qədər əhəmiyyətli olduğunun kəmiyyət göstəricisidir. 2000-ci ildən etibarən edilən nəşrlərin sayı əvvəlki rəqəmlərdən çoxdur (bax Webster, Jonason və Schember, 2009).
 
 
Təkamül psixologiyası sahəsində çalışan tədqiqatçılar bütün insan davranışı və zehni strukturu ilə bağlı bəzi mövzulara daha çox diqqət yetirmişlər. 1997 və 2008-ci illər arasında 408 ədəd nəşr olunan “Evolution and Human Behavior” adlı elmi jurnalında sahənin əhəmiyyətli araşdırıldığında; araşdırmada “Sex”, “cazibədarlıq”, “fərqliliklər”, “cinsəllik” kimi sözlər istifadə edilmişdir (Webster, Jonason və Schember, 2009). Bu, göstərir ki, bu sahədə çalışan elm adamları son illərdə, daha çox insan əlaqəsi, cins və cinslər arasındakı ictimai əlaqələr və cinsi davranışlar mövzusuna diqqət yetirirlər.
 
 
 

Nəticədə olaraq, təkamül psixologiyası bu gün bir çox təməl insan davranış nümunələrinin izahlı şərhlərini təmin etmək və insanlığın nə mənaya gəldiyini, yeni təfərrüatlarını ortaya qoymağı yüksək səviyyədə sübuta yetirmişdir (Geher, 2006).

 

Mənbələr;

 

  1. Darwin, C. (1970). Türlerin kökeni. (Ö. Ünalan, Çev.) Ankara: Sol Yayınları. (Orijinal çalışma basım tarihi 1859)
  2. Tooby, J. & Cosmides, L. (16 Ocak 2005). Evolutionary psychology: Conceptual foundations. 18 Mart 2010, http://tv.isg.si/site/ftpaccess/elogedusavoir/Evolutionary%20psychology%20-%20Conceptual%20foundations.pdf
  3. Geher, G. (2006). Evolutionary psychology is not evil! (…And here’s why…).Psychological Topics, 15 (2), 181-202.
  4. Durrant, R. & Ellis, B. J. (13 Eylül 2002). Evolutionary psychology. 18 Mart 2010, http://media.wiley.com/product_data/excerpt/38/04713840/0471384038.pdf
  5. Webster, G. S., Jonason, P. K., & Schember, T. O. (2009). Hot topics and popular papers in evolutionary psychology: Analyses of title words and citation counts in Evolution and Human Behavior, 1979 – 2008. Evolutionary Psychology, 7 (3), 348-362.
  6. http://evrimselpsikoloji.blogspot.com/2010/09/evrimsel-psikoloji-nedir-turlerin.html

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: