Maraqlı

Siyasətdə şimpanzelərdən öyrənməli 5 qayda

Dünyada siyasət aləmi ilə primatların yaşadığı aləm arasında inanılmaz bənzərliklər mövcuddur.

Dünyada siyasət aləmi ilə primatların yaşadığı aləm arasında inanılmaz bənzərliklər mövcuddur. Professor James Tilley şimpanze qrupları arasında mübarizədən siyasət üçün müəyyən nəticələr çıxarıb.

1. Dostla yaxın olun, düşmənlə daha yaxın

Şimpanze siyasəti müxtəlif ittifaqlar şəbəkəsi qurmaqdan ibarətdir. Bu siyasətdən bəhrələnmək üçün dostlarla daha yaxın olmaq, düşmənləri isə dost kimi qəbul etməyə hazır olmaq lazımdır. İttifaqların çoxunun əsasında dostluq yox, fayda durur.

 

2. İttifaq üçün güclünü yox, zəifi seçin

Şimpanze ittifaq quranda özündən güclü ilə yox, özünə bərabər olanı və ya özündən daha zəifi seçməyə üstünlük verir. Bu isə başa düşüləndi – müttəfiqiniz daha zəif olanda, faydanın bölgüsü sizin üçün daha əlverişli keçir, nəinki müttəfiniz sizdən daha güclü olanda.

 

3. Qorxurlarsa – yaxşıdır, amma sevirlərsə – daha yaxşıdır

Şimpanze dəstələrində liderlər qorxulu ola bilir və dəstəni güc hesabına idarə edirlər, lakin onların belə tərzdə liderlik etmələri çox çəkmir. Uğurlu lider olmaq üçün özünüzə və koalisiyanıza kütlə arasında dəstək qazanmaq lazımdır, bunun üçün isə həm həlim, həm də mətin olmaq lazımdır.

 

4. Bəyənilmək yaxşıdır, lakin hədiyyə verən daha yaxşıdır

Ən uzun müddət liderlik edən şimpanzelər yemi başqa şimpanzelərlə paylaşan primatlar olub. Bununla onlar digər şimpanzelərin dəstəyini qazanıblar.

 

5. Xarici təhlükə dəstəyi gücləndirir (əgər dəstək gerçəkdirsə…)

Xarici təhlükə ilə üzləşəndə primatlar qrupu birləşir, aralarındakı nifaqı unudurlar. Maraqlıdır ki, insan cəmiyyətində, 9/11 hadisəsi miqyasında nəsə gözlənilməz bir şey baş verməzsə, bu qaydanın işlədiyini təsdiqləyən tutarlı misal tapmaq asan iş deyil.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platformasının redaktoruyam. Yaşıl elm vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: