Maraqlı

Qəzayla Gələn Zəka – “Axmaq Dahilər”, Savant sindromu

Düşünün ki, yıxıldınız və  başınız bir yerə dəydi və bir neçə gün özünüzə gələ bilmədiniz. Oyandığınızda isə hər şeyi fərqli görməyə, hiss etməyə başlayırsınız, musiqini, rəsmi, riyaziyyatı və bir çox şeyi fərqli duymağa başlayırsınız. Birdən heç çala bilmədiyiniz musiqi alətlərini çalmağa, şəkil çəkməyə ya da riyazi düsturlar həll etməyə başlayırsınız. Bu xəstələrə fransızcadan gələn ifadə ilə “idiot savant” deyilir. Axmaq dahilər də adlandırılan savantların bir qismi autizmli, bir qismi də beyin xəsarəti almış insanlar olur. Savant sindromu ağır səviyyədə zehni xəsarətə sahib olan ya da zehni çatışmazlıqlardan başqa bir çox insanda olmayan qeyri-adi zehni bacarıqları olan kəslərdə olur. Belə insanların zəka səviyyəsi ümumi zəka səviyyəsi nisbətinin altında olmasına baxmayaraq bir vəya birdən çox sahədə həddindən artıq məlumata sahibi olurlar. Savant sindromu olaraq qeydə alınmış faktların təxminən yarısının autizmlə bağlı, qalan yarısının da digər tip inkişaf və zehni çatışmamazlıq və ya mərkəzi sinir sistemi xəstəlikləri, ya da yaralanmalarına bağlı olduğu qəbul edilir.
Savantlar ,ümumiyyətlə, IQ testlərində olduqca aşağı nəticə göstərdikləri halda bəzi savantlar IQ testlərində o qədər yüksək performans göstərirlər ki, bu onları super dahilər edir. Hər halda bir çoxumuz Tom Kruz və Dastin Hoffmanın oynadığı “Yağış adam”(Rain Man) filmini xatırlayır. Əslində, bu filmin ilham mənbəyi Kim Pik adlı autizmli bir savantdır. Kim Pik o qədər qabiliyyətlidir ki, eyni anda iki səhifəni (hər gözü bir səhifə) oxuya bilir və anında yaddaşında saxlaya bilirdi. 2009-cu ildə ölənə qədər Kim Pik NASA-nın də marağını çəkən dahilər arasında iştirak edirdi. Kim Pik 12.000-dən çox kitabı yaddaşında saxladığından sanki ayaqlı bir kitabxana kimi idi. Kim Pik kimi inanılmaz qabiliyyətlərə sahib savantlar insan beyninin həqiqətən nə qədər inanılmaz olduğunu göstərir.



        
 
Savantlıq yazının əvvəlində də ifadə etdiyimiz kimi normal insanlarda da sonra bəzi nevroloji xəstəliklər ya da beyin zədələri səbəbiylə ortaya çıxa bilir. Buna ən maraqlı nümunələrdən biri də Derek Amatodur, daha əvvəl yalnız satış təlimçisi olmuş normal bir insan idi. Lakin həyatı 2006-da tam 39 yaşındaykən, başını şiddətlə hovuzun kənarına dəyməsilə dəyişdi. Amato bir neçə gün şüur itkisi yaşadıqdan sonra özünə gələndə 35% eşitmə itkisi, baş ağrısı, yaddaş pozğunluğu yaşadığı aydın oldu. Lakin maraqlı olan, bu adamın başını hovuz kənarına vurduqdan sonra dostunun pianosunu illərin sənətçisi kimi çala bilməsi idi. Bunu necə edə bildiyini internetdən araşdırdıqdan sonra bəzi məlumatlar öyrənə bildi. Məsələn, Nyu Yorkda bir ortopedik cərrah olan Tony Cicoria anasına telefon köşkündən zəng edərkən adamı ildırım vurdu. Lakin hadisədən sonra sağ qalmış Cicoria özbaşına klassik piano çalmağı öyrənmişdi. Alonzo Clemens isə üç yaşında çox pis şəkildə yıxılıb xəsarət aldığından qalıcı yaddaş itisi yaşamış, lakin buna görə mükəmməl heyvan heykəlləri yaratmağa başlamışdı. Bu kimi bir çox nümunə verilə bilər. Bethoven belə ildə 500 bəstə yazarkən, Sisoriya ildə 2500 bəstə bəstələyir.





 
Sizə bu gün tanınmış dahi beyinlərdən bəzilərini təqdim edirik :
 
 
Kim Peek 
 
 

Yağış adam filminə ilham qaynağı olan autizmli meqa savant. 12,000-dən çox kitabı əzbərdən yadda saxladığı düşünülür. Kim Pik bir kitabın iki səhifəsini eyni anda oxuya bilirdi. NASA Kim Peek kimi qeyri-adi dahiləri işıqdan sürətli gedən kosmos gəmilərin inşası üçün istifadə edə biləcəyini , həll edilməyən problemləri həll edə biləcəklərini düşünürdü. Təəssüf ki, Kim Peek 19 dekabr 2009-da infarktdan öldü.

Stephen Wiltshire 
 

Autizmli rəssam Wiltshire 8 yaşından bəri binaların şəklini çəkir. O qədər mükəmməl fotoqrafik yaddaşı var ki, Nyu York şəhərinin üzərində vertolyotla qısa bir uçuşdan sonra  on kvadrat kilometrlik bir sahədəki bütün binaları, çayları hətta bina nömrələrini belə rəsmə köçürüb . Viltşayr London, Paris, Madrid, Roma, Frankfurt, Qüds, Honq Konq  kimi şəhərləri də eyni şəkildə çəkdi. İnanılmaz bir şəkil qabiliyyətinə sahib olduğu aşkardır.




Lesli Lemke
 

Lesli Lemkenin şifahi IQ-sü yalnız 58-dir . Doğuşdan kor olan savantın inanılmaz bir musiqi qabiliyyəti var. 14 yaşında bir filmdə Çayskovskinin pianoda ifa edilən musiqisini eşitdikdən dərhal sonra onun da həmin musiqini eynilə ifa etdiyi deyilir. Bu gün dünyanın bir çox yerində konsertlər verir və minlərlə musiqini əzbərdən çala bilir.

Flu və Key Layman

Tək yumurta əkizi olan bu autizmli savantlar keçmişdəki hər hansı günü, tarixi soruşsanız anında bunu cavablandıra bilir. Ayrıca, yaxşı bir avtobioqrafik yaddaşa sahib olduqlarından soruşduğunuz hansı tarixdə nə geyindiklərini, nə yediklərini anında deyə bilirlər.

Daniyel Temmet
 

Daniel Temmet tam bir riyazi dahilisidir əslində , pi sabitinin ilk 22,514 rəqəmini əzbərdən bilir. Bir araşdırmaçı ondan 37 üstü 4-ün neçə olduğunu soruşanda o anda cavabını verə bilir (1,874,161). Rəqəmlərin və günlərin fərqli rənglərə və romantik tonlara sahib olduğunu deyir. Üzərində edilən bəzi araşdırmalarda sineztezik olduğu kəşf edilib. Daniyeldəki bu sinezteziyanın Asperger sindromuyla bağlı ola biləcəyi düşünülür. Bir həftədə yeni bir dili öyrənə bilir.

Cim Karallo 

Sonra  savant olmuş Karallo14 yaşında keçirdiyi ciddi bir yol qəzasından sonra möhtəşəm riyaziyi və həndəsi bacarığa sahib oldu. Heç dərs almadığı halda triqonometriya dərsində müvəffəqiyyətli oldu.

Jon Sarkin

Beyin qanaması və iflic keçirdiyindən bəri hər şeyi daha fərqli görən köhnə masajçı , bu gün əvvəlr də istədiyi sənətçi şəxsiyyətinə bürünmüşdür. Yaratma arzusu birdən ortaya çıxan sənətçi bu gün bir çox şəkil çəkir.





Beyin bu gün ən inkişaf etmiş və ən qeyri-adi orqanimzdir və bəlkə hamımız edə biləcəklərimizin hələ fərqinə varmadıq . Siz yenə də başınızı bir yerlərə vurmayın.

Daniyel Temmet haqqında araşdırma
1. Bor, Daniel , Billington, Jac and baron-Cohen, Simon. Savant Memory for Digits en a Case of Synaesthesia and Asperger Syndrome his Related to Hyperactivity en the Lateral Prefrontal Cortex. Neurocase, 13:5, 311-319.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: