BiologiyaMaraqlı

Pişiklər niyə qutuları sevirlər?

Ev pişikləri üçün dünyanın bütün oyuncaqları bir qutu ilə müqayisə edilə bilməz. Bəs niyə bizim pişik dostlarımız çantalarına, paltar səbətlərininə,  çamadanlara, bel çantalarına belə maraq duyurlar?

Qapalı yerlərdə bir şeylər axtarma pişiklərin instinktiv davranışıdır. Bütün pişikkimilər vəhşi təbiətdə yaşamış ortaq bir atadan təkamül etdiyi üçün belə yerlərin hələ də pişiklər üçün ideal olması təəccüblü deyil. Çünki qapalı yerlər onları ovçulardan qoruyur və ovlarına gizlicə yaxınlaşmaq imkanı verirdi. Bu davranış qəlibi günümüzdə ev pişiklərində bu formada müşahidə edilir.

Amerika Hevanları Müdafiə Cəmiyyətinin elmi məsləhətçisini Stiven Zavitovski məsələyə dair belə münasibət bildirir:

Pişiklər qutuları sevirlər, çünki onlar gizlənməyi sevən heyvanlardır. Və qutu onlar üçün təhlükəsiz və qoruyucu bir yerdir.

Qutunun içindəykən pişiklər yanlardan onlara hücum edilməyəcəklərindən və təhlükəsizlikdə olduqlarından əmin olurlar. Beləcə, onlara yaxınlaşmaq istəyən hər şey mütləq birbaşa onların görüş sahəsinə girməli olur. Təbiətdə bu kimi gizlənmə yerləri canlılara görülmədən ətraf aləmi izləmə imkanı verir.

Maraqlı bir şey də budur ki, əgər qutunun önündən bir şey – oyunca və ya ya ov keçərsə bir anda onu  tutmaq üçün sıçrayıb yenidən öz təhlükəsiz yerlərinə cəld bir şəkildə qayıda bilirlər.

Qutular eyni zamanda 20 saat yuxu müddətinə malik pişiklər üçün olduqca önəmli olan, rahat və təhlükəsiz yataqlarıdır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: