Maraqlı

Öyrənməyi və xatırlamağı asanlaşdıran metod: Feynman metodu

İki tip məlumat var və çoxumuz adətən səhv tip məlumatlara daha çox yönəlirik. Birinci tip məlumat bir şeyin adını bilməklə bağlı olduğu halda, ikinci tip məlumat o şeyi həqiqətən bilməyə yönəlir. Əlbəttə, bunlar ikisi eyni deyil, aralarında fərqlər var. Nobel laureatı, fizik Richard Feynman bir şeyi bilmək və bir şeyin sadəcə adını bilmək arasındakı fərqi qavrayanlardandır. Şübhəsiz ki, qazandığı uğurlarda bunun da vacib təsiri olduğu danılmazdır. Feynman bu fərqliliyi aşağıdakı kimi izah edir:

“Bu quşu görürsənmi̇? Bu, qəhvəyi̇ boyunlu bi̇r ardıc quşudur. Ona Almani̇yada halzenfugel, Çi̇ndə i̇sə chung li̇ng deyi̇rlər. Ona veri̇lən bütün bu adları bi̇lsən belə, bu quş haqqında heç nə bi̇lməmi̇ş olarsan. Bi̇ldi̇yi̇n sadəcə i̇nsanlar haqqında bi̇r şey olar, yəni̇ quşa hansı adı verdi̇kləri̇. Deməli̇, bu quş ötür, balalarına uçmağı öyrədi̇r və yayda ölkəni̇n bi̇r başından di̇gəri̇nə ki̇lometrlərlə məsafə qət edi̇r və heç ki̇m yolunu necə tapdığını bi̇lmi̇r.”

Bu misaldan da göründüyü kimi, bir şeyin adını və ya tərifini bilmək onu başa düşdüyünüz mənasına gəlmir. Bir fikri həqiqətən başa düşdüyünüzü yoxsa sadəcə adını bildiyinizi yoxlamaq üçün bir yol var. Buna Feynman Metodu deyilir. Feynman riyaziyyatçı dostlarından ən qarışıq və ya çətin başa düşülən terminləri belə özünün başa düşməyəcəyi qarışıq formada izah etməmələrini istəmiş və belə edəcəkləri halda, özünün də onlarla eyni nəticəni alacağını bildirmişdir. Metodun əsasını da elə bu sadələşdirmə təşkil edir.

Siz də Feynman Metodunu,

  1. Həqiqətən başa düşmədiyiniz mövzuları və ya fikirləri başa düşmək üçün
  2. Başa düşdüyünüz, ancaq imtahanlarda unutduğunuz mövzuları və ya fikirləri xatırlamaq üçün
  3. İmtahandan əvvəl effektiv bir hazırlaşma metodu olaraq istifadə edə bilərsiniz.

Bu metoddan istifadə edərək bir fikri uzun illər keçsə belə unutmayacaq şəkildə, qısa müddətdə qavraya biləcəksiniz.

İndi isə Feynman metoduna göz gəzdirək:

1. Addım: Mövzunu müəyyənləşdirin.
Boş bir kağız götürün. Öyrənmək istədiyiniz mövzunun başlığını kağızın ən üstünə yazın.

2. Addım: Mövzunu bilməyən birinə başa salırmış kimi izah edin. 
Kağızın geriyə qalan hissəsinə mövzunu heç bilməyən birinə izah edirmişcəsinə, mümkün olduğu qədər qəliz ifadələr istifadə etmədən öyrəndiklərinizi yazın. Bir uşağın belə başa düşə biləcəyi qədər sadə bir dildən istifadə etdikdə özünüzü də mövzunu daha dərin səviyyədə başa düşməyə və mövzular arasındakı əlaqə və bağlantıları sadələşdirməyə məcbur etmiş olursunuz. Həmçinin, yazdıqlarınızı səsli şəkildə təkrar etmək daha effektiv olacaq.
3. Addım: İlişdiyiniz yerdə mənbələrə yenidən baxın
2. addımda xatırlamaqda ya da izah etməkdə çətinlik çəkdiyiniz yerlər olduğunu gördükdə mövzu haqqında istifadə etdiyiniz mənbələrə yenidən baxın. Öyrəndiklərinizi bir kağıza köçürə biləcək hala gələnə qədər təkrar-təkrar oxuyun və çalışın. Məsələn, biologiyadan imtahanınız var və təkamülü sadə cümlələrlə izah etməkdə çətinlik çəkirsiniz. Biologiya kitabınızı açın və mövzu ilə bağlı hissələri yenidən oxuyun. Daha sonra kitabı bağlayın və yeni bir boş kağız götürüb, təkamül ilə bağlı öyrəndiklərinizi kağıza yazın. Bu mərhələni problemsiz həll etdinizsə, əsas kağızınıza qayıda və qaldığınız yerdən davam edə bilərsiniz.

4. Addım: Sadələşdirin və oxşarlıqlar qurun 
Artıq kağıza köçürdüklərimizi nəzərdən keçirə bilərik. Eynşteynin “Bir mövzunu 6 yaşındakı bir uşağa izah edə bilmirsinizsə, deməli siz də başa düşməmisiniz” sözündən göründüyü kimi, qarışıq terminlərdən istifadə edib çaşqınlıq yaratmaq yerinə, dilimizi sadələşdirmək və oxşarlıqlar qurmaq qavramanı asanlaşdırır. Daha dəqiq yoxlamaq üçün, 6 yaşlı bir uşaq tapıb öyrəndiyiniz mövzuları ona izah etməyi yoxlaya bilərsiniz. Problemsiz şəkildə başa düşürsə, deməli siz də həqiqətən başa düşmüsünüz.
Bu metod öyrənməyi və xatırlamağı asanlaşdırmaqla yanaşı, fərqli düşünmə yollarına da pəncərə açaraq fikirlərinizi başdan aşağı yenidən qurmanıza fürsət yaradır. Hamısından daha vacibi isə odur ki, bu metod vasitəsilə nə danışdığından özünün belə xəbəri olmayanları başa düşə bilərsiniz.

İstinadlar:
farnamstreetblog.com
scotthyoung.com

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Fərdin Şıxıyev

Yaşıl Elm yazarıyam, “Eötvös Lorand” universitetində Kompüter Elmləri üzrə bakalavr təhsili alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: