Elmi xəbərlərHəyatın təkamülüMaraqlı

Niyə müsəlmanlar və yəhudilər donuz ətindən imtina etdilər?

Tarix göstərir ki, əslində donuz əti Yaxın Şərqdə də bir vaxtlar, daha dəqiq desək eramızdan əvvəl birinci minilliyin sonlarına qədər məşhur olub. Elə isə yerli xalqların donuz ətindən üz döndərməsinə səbəb nə olub?

Bekon, kolbasa və sosiska kimi dadlı ət məhsullarından imtina etmək asan iş deyil. Tarix göstərir ki, əslində donuz əti Yaxın Şərqdə də bir vaxtlar, daha dəqiq desək eramızdan əvvəl birinci minilliyin sonlarına qədər məşhur olub. Elə isə (müsəlmanlar və yəhudilər kimi) yerli xalqların donuz ətindən üz döndərməsinə səbəb nə olub?

Bu fenomen artıq əsrlərdir ki, müxtəlif izahlar təklif edən tədqiqatçıların marağına səbəb olur. Ən populyar izahlardan biri xalqların köçəri həyat tərzinə işarə edir: donuzlar “tələbkar” heyvanlardır və yaşayış yerini davamlı dəyişdikdə onları qovmaq çətinləşir, arabalarda daşımaq isə daha ağır əziyyətə çevrilir.

Digər bir versiya su istehlakı və tələbatına əsaslanır – hesablasaq, hər istehsal edilmiş ət kilosu üçün tələb olunan su miqdarı 6 min litrə bərabərdir ki, bu da quraq ərazilərdə həddindən artıq böyük məhdudiyyət faktoru ola bilərdi. Amerikalı antropoloq Riçard Reddinq isə hesab edir ki, bütün bunlar əsas səbəbin xırda detallarıdır: donuzlar toyuqlarla rəqabətdə uduzdular.

Niyə müsəlmanlar və yəhudilər donuz ətindən imtina etdilər

Quşları saxlamaq və yemləmək, həmçinin bir yaşayış məntəqəsindən digərinə daşımaq daha asandır. Onlar, dəfələrlə az su istehlak edərək ət verməklə yanaşı, həm də yumurta kimi dəyərli dietik məhsul istehsal edirlər. Və nəhayət, iri donuz cəmdəyini hazırlamaq üçün hisə vermə və duza qoyma kimi ağır və uzun prosedurlar tələb edildiyində (artıq ətin xarab olmaması üçün), adi kəsilmiş toyuq əti bir-iki saat ərzində bişirilərək, kiçik bir ailəni doyuzdura bilər. Hərarətli iqlim şərtlərində bu faktor həlledici xarakter daşımış olmalıdır.

Reddinq sıravi quşçuluğun erkən donuzçuluqla müqayisədə iqtisadi cəhətdən daha effektiv mövqe tutduğunu və donuz ətinin iqtisadi əlverişsizliyinin də zamanla dini və mədəni qadağalara gətirib çıxardığını qeyd edir. Regionun istisna oluna biləcək bəzi nadir meşəli və rütubətli rayonlarını nəzərə almasaq, donuz ətindən imtinanın səbəbinin, ərəblər (və daha sonra digər müsəlmanlar) və yəhudilər kimi yerli xalqların əcdadlarının üzləşdiyi çətinliklərdən qaynaqlandığını demək olar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

3 thoughts on “Niyə müsəlmanlar və yəhudilər donuz ətindən imtina etdilər?”

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: