Maraqlı

Neçə dənə burun dəliyimiz var?

Cavab dörddür: iki dənə görə bildiyimiz, iki dənə görə bilmədiyimiz.

Bu kəşf balıqların necə nəfəs aldığının müşahidəsi nəticəsində ortaya çıxmışdır. Balıqlar oksigenlərini sudan alırlar. Çoxunun iki cüt burun dəliyi vardır; bir cütü suyun girişi, bir cütü isə çıxışı üçündür.

Əsas sual budur: Əgər insanlar balıqlardan təkamül etdisə, digər iki burun dəliyimiz hara getdi?

Cavabı belədir: Kəllənin içinə girərək choannae (yunanca “huniler”) deyilən burun dəlikləri vəziyyəti aldılar. Bunlar boğazla əlaqələnir və burunla nəfəs ala bilməyimizi mümkün edir.

Bunu edə bilmək üçün bir formada dişlər arasından geriyə doğru hərəkət etmək məcburiyyətində idilər. Bu qulağa bir az mümkünsüz kimi gəlir, amma çinli və isveçli elm adamları bu prosesin yarısına qədər olan mərhələni göstərən Kenichthys campbelli adında bir balıq (395 milyon illik bir fosil) tapdılar.  Bu balığın ön dişləri arasında burun dəliyinə bənzəyən iki dənə dəlik var.

Kenichthys campbelli quru heyvanlaranının birbaşa atasıdır, həm havada həm də suda nəfəs ala bilir. Bir cüt burun dəliyi timsahınkı kimi sudan çölə çıxarkən, digər burun dəlikləri isə dayaz yerlərdə uzanıb yemək yeməsini təmin edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: