Elmi xəbərlərHəyatın təkamülüMaraqlıTarix

Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi

Kompüter tomoqrafiyası üsulları ilə qədim misirlilərin yaşayışı ilə bağlı bir çox maraqlı faktlar aşkar edilib – nə ilə qidalandıqları, hansı xəstəliklərdən əziyyət çəkdikləri və bədənlərinin müxtəlif hissələrinə hansı tatuları döydürdükləri ilə bağlı.

Aparılmış son tədqiqatların nəticələrinə əsasən, qədim misirlilər bu gün bizim yoluxduğumuz xəstəliklərdən əziyyət çəkirdilər. Bunlardan bəziləri qandaki yüksək xolesterin miqdarı, yağlı qida rasionu və dişlərlə bağlı problemlər idi.

Alimlər kompüter tomoqrafiyası köməyilə səkkiz mumiyanı araşdırdılar. Əldə edilmiş radiokarbon analizi və infraqırmızı reflektoqrafiya şəkilləri qədim insanların yaşayışı ilə bağlı vacib məlumatlar təmin etdi.

Mumiyalardan ikisinin ayağında əsasən xolesterin və kalsiumdan ibarət səpgilər aşkar edildi, bu da onların həddindən artıq yağlı qida rasionu üzündən ürək-damar xəstəliklərindən əziyyət çəkdiklərini təsdiq edir.

Əksər mumiyaların çənə və dişlərinin vəziyyəti heç də ürəkaçan deyildi. Boğazlarında irinlərə rast gəlindi, hansılar ki yaxşı müalicə edilmədikdə iltihablara və ardından boğulma ilə ölümə gətirib çıxara bilərdi.

Şəkillərdən birində mumiyanın bud nahiyyəsində açıq-aşkar mələk təsvir edilən tatu döydürüldüyü görünürdü. Fərziyyələrə görə tatudaki mələk hər üç səmavi dində məşhur olan baş mələk Mikayıla aiddir. Lakin burada qədim Misir və səmavi dinlərin tarixi arasındaki zaman ziddiyyəti meydana gəldiyi də bildirilir.

Araşdırılmış mumiyalar fərqli sosial təbəqələrdən olmuş insanlara aid idi. Mumiyalardaki qida qalığı analizi nəticələri qədim misirlilərin həmçinin balıq, çörək, şirin meyvələrlə qidalandıqlarını, içkilər arasında isə pivəyə üstünlük verdiklərini göstərdi.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: