Maraqlı

Marixuana yaşlanma prosessinin qarşısını alır?

Yeni araşdırma nəticəsində məlum olub ki, insanı "yüksək" hiss etdirən marixuananın tərkibi

Yeni araşdırma nəticəsində məlum olub ki, insanı “yüksək” hiss etdirən marixuananın tərkibi yaşlı siçanlarda öyrənmək qabiliyyətini və yaddaşı yaxşılaşdırır – buna bənzər testlərin insanlar üzərində aparılması bu ilin sonu üçün planlaşdırılıb. Tədqiqatçılar, yaşlanma prosesinə cəlb edilən beyin sistemlərini tədqiq edən yeni bir araşdırmanın tərkib hissəsi olaraq müxtəlif yaşlarda olan siçovullara aşağı dozada tetrahidrokannabinol (THC) veriblər. Gəmiricilərin yaddaşını sınaqdan keçirdikdən sonra tədqiqatçılara məlum olub ki, tetrahidrokannabinol aldıqdan sonra yaşlı siçanların xatırlama qabiliyyəti heç bir maddə verilməyən gənc siçanlarda olduğu kimidir.

 

 

Nature Medicine jurnalında dərc olunan tədqiqata rəhbərlik edən Andras Bilkei-Gorzo hazırda insanlarda oxşar təsirlərin olub-olmadığını öyrənmək üçün 60-dan 70 yaşa qədər 100 nəfərə yaxın könüllü üçün kiçik bir tədqiqat təşkil etdiyini bildirib. “Tetrahidrokannabinol yaşlı siçanların idrak qabiliyyətini gənc siçanların səviyyəsində bərpa etdi” – deyə o Independent-ə müsahibəsində bildirib. Yaş artdıqca, əhval-ruhiyyəyə, yaddaşa, ağrı kimi duyğulara təsir edən və həmçinin marixuana tərkibini qəbul edən beyinin endokannabinoid sistemi “aktiv şəkildə tənəzzül edir” – o deyib. “Yaşlı siçanlara tetrahidrokannabinol verilməsi nəticəsində isə sistemi süni şəkildə aktivləşirir və siqnalizasiyanı normal səviyyədə bərpa edə bilər”. Lakin, gənc siçanlara tetrahidrokannabinol verildikdə, onlar bu tərkibi qəbul etməyənlərdən daha aşağı nəticə göstəriblər. Doktor Bilkei-Gorzonun sözlərinə görə, “Eyni müalicəni eyni dozada gənc siçanlara tətbiq etsək, onda bütün sistemi taqətdən salmış olarıq. “Bu olmalı olduğundan daha yüksək səviyyədədir”.

 

 

University College London-un psixiatristi Michael Bloomfield, “endokannabinoid sistemi adlanan bütöv yeni bir kimyəvi sistemi açdığına görə “uğurla aparılmış” tədqiqatın “həyəcanlandırıcı” olduğunu söyləyib ki, bu, demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) kimi xəstəliklərin araşdırılmasına yol açacaq.” “Ancaq tam effekli nəticə üçün daha çox araşdırma lazımdır. Bunun səbəbi tetrahidrokannabinolun, dozaya, insanın və ya heyvanın yaşına, narkotikin hansı sıxlıqda tətbiq edilməsinə və yuxarıdakı bütün növ fərqlərindən asılı olaraq çox mürəkkəb və bəzən əks təsirlər yaradır” – deyib. “Bu o deməkdir ki, yaddaş problemindən əziyyət çəkən yaşlılar üçün marixuana və ya tetrahidrokannabinol resepti yazmaq üçün həkimlərin hələ çox gözləməsi lazımdır.” Almaniyanın Bonn Universitetində Dr. Bilkei-Gorzo və qrupu, iki aylıq, 12 aylıq və 18 aylıq siçanların üzərində tetrahidrokannabinolun təsirini test edib.

 

 

Araşdırmada istifadə edilən üç ağıl testinin birində, siçanlara hər hansı bir obyektlə təmasda olmaq və ya adətən onlara “çox maraqlı” gələn, vaxtlarının 70 faizini qəfəsdə digər heyvanla keçirmək seçimi verilib. 24 saat sonra, alimlər siçanları əvvəlki yerlərinə yerləşdirir, onlara əvvəllər gördükləri siçanla və ya tamamilə yeni bir siçan ilə əlaqə qurma seçimi verirlər. “Heyvan əvvəllər gördüyü heyvanı xatırlayırmı və yenisi ilə daha çox vaxt keçirirmi? Xatırlaya bilmədikdə, vaxtının yarısını yenisi ilə, digər yarısını köhnə dostu ilə keçirir” – Dr Bilkei-Gorzo deyib. “Yaşlı heyvanlarda bunları müşahidə etdik – digər siçanla ilk dəfə görüşdükdən bir gün sonra, onlar köhnə və yeni olanları fərqləndirə bilmədilər. Gənc heyvanlar bunda çətinlik çəkmədi; onlar fərqləndirməyi bacardılar və yeni dostları ilə daha çox vaxt keçirdilər.” Lakin, yaşlı siçanlara tetrahidrokannabinol verildikdə, əvvəl gördükləri siçanları gənc siçanların səviyyəsində xaırlayıblar.

 

 

Dr. Bilkei-Gorzo bildirib ki, insanlar üzərində aparılacaq klinik araşdırmalar oxşar müsbət nəticələri verərsə bu “möhtəşəm” olar. Amma bunun üçün o, insanlara marixuana çəkməyi məsləhət görməyib. “60 yaşdan yuxarı hər kəs marixuana çəkməyə başlayarsa, yəqin ki bu yaxşı nəticə verməyəcək”, – o, deyib. “Bu, real bir təhlükədir, çünki hər şey dozadan və sizin marixuana çəkməyə başladadığınız yaşdan asılıdır”. “Bu tədqiqat göstərir ki, tetrahidrokannabinol adlı marixuana tərkibi, yaşlı siçanlarda yaddaş və öyrənmək qabiliyyətinə faydalı gəlir. “ – Alzheimer Dərnəyinin Araşdırma direktoru Dr Doug Brown söyləyib. “Maraqlı bir tapıntı olsa da, tədqiqat tetrahidrokannabinolun demensiya xəstəliyindən əziyyət çəkən insanlara təsirini araşdırmayıb, sadəcə yaşla əlaqədar yaddaş problemi olan siçanlara təsiri öyrənilib. “Araşdırmada marixuananın demensiya və ya yaşlı vaxtlarda ortaya çıxan yaddaş probleminə təsiri araşdırılmayıb. Çünki tetrahidrokannabinol marixuananı təşkil edən kimyəvi maddələrdən yalnız biridir və biz digər kimyəvi maddələrin necə təsir edəcəyini bilmirik.”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platformasının redaktoruyam. Yaşıl elm vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: