Maraqlı

“Lift yerə çırpılır, yuxarı tullan!”

Düşünün ki, mindiyiniz lift xarab oldu və 60-70 km/saat, yəni saniyədə 18 metr sürətlə aşağı düşür. Siz də son saniyədə yuxarı tullanırsınız. Yuxarı tullanmanız olsa-olsa saniyədə 4-5 metr sürətlə ola bilər. Yəni siz yenə də təxminən saniyədə 13-14 metr sürətlə yerə düşməyə davam edirsiniz. 
İstər saniyədə 18 metr, istəsə 13 metr sürətlə yerə düşün, nəticə fərq etməz. Sizi yerdən qazımalı ola bilərlər. Lütfən həyəcanlanmayın, lifti saxlayan tək bir kabel deyil, ən azı 5 və ya 6 kabel vardır. Bu kabellərin hər biri tək başına liftin ağırlığını daşıya bilər. 
Deyək ki, bu kabellərin heç biri vəzifəsini yerinə yetirmədi, lifti dayandıracaq bir başqa əyləc təchizatı daha vardır. Hətta bəzi lift boşluqlarında əlavə yaylı və ya yağlı, həyati təhlükəni önləyəcək xüsusi sistemlər də var. 
Bu sistemlərin heç biri işləməzsə yenə də optimist olmağa çalışın, heç olmazsa həyatınızda bir dəfə, heç bir qatda dayanmadan birbaşa aşağı enmiş olursunuz! 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: