Maraqlı

Kainat genişlənirsə, qalaktikalar niyə bir-birinə yaxınlaşır?

Çoxunuza məlum olan bir gerçək var ki, kainat genişlənir və içindəki qalaktikalar da bir-birindən uzaqlaşır. Minlərlə kitabda, yüzlərlə sənədli filmdə bu məlumata rast gəlmək mümkündür. Ancaq bu sizi çaşdırmasın, çünki bu tam olaraq doğru bir məlumat deyil!

 

Amerikalı astronom Edvin Habl müşahidələrlə sübut etdi ki, kainat genişlənir. Habl uzaq qalaktika işıqlarının qırmızıya sürüşməsini müşahidə etməklə bu qənaətə gəlmişdi. Onun fikrincə, bu qırmızıya sürüşmənin səbəbi qalaktikaların uzaqlaşmalarına bağlıdır. Habl ən əsas Doppler təsiri olduğunu düşünmüşdü. Qeyd edim ki Doppler təsiri (effekti), işığın və ya səsin, yəni bir dalğanın uzaqlaşdıqca dalğa boyunun böyüməsi, yaxınlaşdıqca kiçilməsidir.

 

Sonra da bu fikrini inkişaf etdirərək, bir zamanlar bütün qalaktikaların tək bir nöqtədə bir yerdə olduğu düşüncəsini ortaya qoyub və Böyük Partlayış Nəzəriyyəsinin (Big Bang) təməllərini meydana gətirib.

 

Bugünkü müşahidələr də, Hablın bəhs etdiyi kimi qalaktikaların uzaqlaşdığını, bir qalaktika bizə nə qədər uzaqdırsa, o qədər sürətli uzaqlaşmağa davam etdiyini göstərir. Və bunu Habl sabiti deyilən bir sistemlə hesablayırıq.

Amma burada bir problem var! Madam ki bütün qalaktikalar bir-birindən uzaqlaşır, o zaman necə olur ki, bəzi qalaktikalar bir-birinə çox yaxınlaşıb bir-birinin orbitinə girə bilirlər? Necə olur ki, bizdən 2.2 milyon işıq ili uzaqdakı Andromeda Qalaktikası bizə yaxınlaşır və milyardlarla il sonra bizim içində yerləşdiyimiz Samanyolu Qalaktikası ilə toqquşacağı hesablanır?

 

Yazının əvvəlində qalaktikaların bir-birindən uzaqlaşdığı məlumatının tam olaraq doğru olmadığını demişdim. Problem budur ki, bu səhv məlumatın bu cür məşhur olmasının yeganə səbəbi, sənədli filmlər izləyərək və internetdən qeyri-kafi izahlarla məlumat sahibi olmağa çalışmağımızdan qaynaqlanır. Gerçək budur ki, qalaktikalar bir-birindən uzaqlaşmaz. Bir-birlərindən uzaqlaşanlar qalaktika çoxluqlarıdır.

 

Bəli, qalaktikaların hamısı kainatda çoxluqlar halında olurlar. Belə ki, irili-xırdalı 15-20 qalaktika bir yerə gələrək kiçik qruplar təşkil edir. Bu kiçik qrupların da bir neçə dənəsi bir yerə gələrək daha böyük qalaktika çoxluqları meydana gətirər. Onlarla, yüzlərlə qalaktika qrupları da bir yerə gələrək super çoxluqları meydana gətirər. Andromeda, Samanyolu, Üçbucaq Qalaktikaları və onlarla cücə qalaktikanın meydana gətirdiyi bizim Yerli Qalaktikalar Qrupumuzdakı qalaktikalar cazibə  qüvvəsinin təsiriylə bir-birinə bağlıdır və bir-birlərindən uzaqlaşmazlar. Bu vəziyyət, kainatdakı bütün qalaktika qrupları üçün etibarlıdır. Qrup içindəki qalaktikalar bir-birlərinin cazibəsinə görə vaxt aşırı uzaqlaşa, yaxınlaşa, toqquşa və ya bir-birlərinin orbitlərinə girə bilərlər. Amma asanca ayrıla bilməzlər

Andromeda və Samanyolu, bir neçə milyard il sonra birləşəcək

Картинки по запросу andromeda galaksisi ve samanyolu galaksisi

Elm adamları kainat genişlənir, qalaktikalar bir-birindən uzaqlaşır dedikləri zaman, qalaktikaların deyil, qalaktika çoxluqlarının bir-birindən uzaqlaşdıqlarını deməyə çalışırlar. Ancaq, bu məlumatı sənədli filmlərdə, reportajlarda və ya mətbuat izahlarında verərkən; qarşısındakı həmsöhbətinə yerli qrupları, çoxluqları, super çoxluqları izah etmək məcburiyyətində qalmamaq üçün o qismlərini izah etməyib keçirlər. Bax bu məlumat, insanların ağılında qalaktikaların bir-birindən uzaqlaşdığı kimi yarı səhv bir fikrin yaranmasına səbəb olur.

 

Nəticə: Qalaktikalar bir-birindən uzaqlaşmazlar. Çünki, kiçik bir sahədə olduqları üçün, cazibə qüvvəsi yolu ilə meydana gətirdikləri kiçik qruplar halında bir-birlərinə bağlıdırlar. Kainat genişləndikcə bir-birindən uzaqlaşanlar, qalaktika qruplarıdır.

Bəs niyə qalaktika qruplarını təşkil edən qalaktikalar  bir-birindən ayrılmadığı halda, çoxluqlar uzaqlaşır? Çünki qalaktika qruplarının üzvləri bir-birinə nisbətən yaxındır və cazibə bunları bir yerdə saxlayır. Ancaq, qalaktika çoxluqları bir-birindən uzaqdırlar və aralarındakı cazibə təsiri çox azdır və uzaqlaşa bilirlər. Yəni, milyardlarla il sonra belə, yaxın ətrafımızda olan qalaktikalar bizdən uzaqlaşmayacaqlar. Amma, uzağımızdakı qalaktika çoxluqları ilə aramızdakı məsafə kainatın genişləməsinə görə getdikcə böyüyəcək.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: