Maraqlı

İnsana faydalı olan bakteriyalar

İnsana faydalı bakteriyalar ilə bol sağlam bir bədən üçün probiotik qatıqdan daha çox şey lazımdır. Tualetə gedirəm. Nəcisimdən kiçik bir nümunənin xüsusi plastik qutuya qoyaraq qapağını möhkəmcə bağlayıram. Sonra onu buz torbalarının içinə yerləşdirib Map My Gut (Bağırsaq xəritəsi) adlı təcrübə mərkəzinə göndərirəm. Bağırsaqlarımda yaşayan mikroblarla bağlı məlumatları öyrənmək üçün bu təcrübəni BBC-nin The Curious Cases of Rutherford and Fry adlı radio proqramı üçün edirik. Proqramda, bədən ağırlığımızın nə qədərini bakteriyaların meydana gətirdiyini öyrənməyi hədəfləmişdik. Son illərdə həzm sistemimizdəki mikrobların sağlamlığımız baxımından hesab etdiyimizdən daha əhəmiyyətli olduğunu göstərən çox sayda tapıntı ortaya çıxdı. Mənim analizimdən çıxan nəticə faydalı bakteriyaların çox sayda olmadığını, lakin onları bəsləyəcək müəyyən dietalarla bu sayın artırılacağını göstərirdi.

Min fərqli bakteriya

Bağırsaqlarımızda minə qədər fərqli növ bakteriya yaşayır. Bunların ümumi sayı isə trilyonlarcadır. Bunların hamısı bizə faydalı işlər görür. İnsan genomu 20 min gen ehtiva edir, amma mikroplarımız bunun 500 qatından çoxunu daşıyır. Bunlar yeməkləri həzm etməyimizə, vitamin və mineral istehsalına köməkçi olduqları kimi, zərərli bakteriyaları öldürərək xəstəliklərə tutulmağımızın qarşısını alır. Əslində bundan daha çoxunu edirlər, həm daxilimiz həm xaricimizi formalaşdırırlar. I Contain multitudes adlı kitabın yazarı Ed Yonq “mikroblarımız bədənimizi formalaşdırmağa və yaşlanarkən orqanlarımızı yeniləməyə kömək edir. Bəlkə də davranışlarımızı və düşünmə formamıza da təsir edirlər. Heyvanlar üzərində edilən çox sayda araşdırmada bağırsaqdakı mikrobların ruh halını, şəxsiyyət xüsusiyyətlərini, stress və narahatlığa qarşı davamlılığa təsir etdiyini ortaya qoymuşdu” deyir.

Bu nəticələrin insanlar baxımından da etibarlı olub-olmadığı araşdırılır. Lakin bədənimizdəki mikroblar sağlamlığımıza, yaşadığımız bölgə və bəslənməyimizə bağlı olaraq dəyişə bilir.

Bu baxımdan ən yaxın bioloji qohumlarımızdan fərqlilik göstərməyimiz mümkündür. Daxilimdə yaşayan mikroblar dünyasına işıq tutacağı üçün nəcis testim nəticələrini maraqla gözləyirdim.

Xəstəlik yaradan bakteriyalar

Mikrob müxtəlifliyi baxımından ən zəif olan 10%-lik kəsimin içində yer aldığım ortaya çıxdı. Halbuki müxtəliflik sağlam bir həzm sistemi üçün tələb olunur, çünki fərqli mikroblar müxtəlif funksiyaları yerinə yetirir deyə izah edir St Tomas Xəstəxanasından Tim Spektor. Məndə mikrob növünün az olduğu üçün mövcud bakteriyaların da növləri yaxşı deyildi. Normaldan 65 dəfə çox klostridyum perfringen və 211 dəfə çox koliform bakteriyası vardı. Bunlar isə həzm yolları xəstəlikləriylə bağlı orqanizmlər olaraq bilinir. Bu nəticələr mikroblarımın sağlam olmadığını göstərirdi. O gün bir sağlam bəslənmədiyimi bir səbəb göstərə bilərəm, amma Spektor bir dəfədə mikrob tarazlığının belə dəyişəcəyinə ehtimal vermir. Bakteriya növlərinin 100-dən az olması yoluxucu xəstəliklərə səbəb olur. Bağırsaqlarımızdakı minlərlə mikrob növü zərərsizdir. Yaxşı, məndəki faydalı bakteriyalar nə vəziyyətdə idi?

Faydalı bakteriyalar

Ən faydalı mikroblar AkkermansiaChristensenellaceaeadır. Bunlar insanı çəki artırmaqdan qoruyur. Methanobrevibakter isə qidalardan daha çox kalori əldə etməsini, beləcə daha az yeməyimizə səbəb olur. Oksalobakter böyrək daşlarının meydana gəlməsinin qarşısını alır. Məndə bunların heç biri yox idi. Yaxşı, həzm sistemimdəki mikrob mühitini necə yaxşılaşdıra bilərdim? Bağırsaqlardakı bakteriya növlərinin sayını artırmaq əhəmiyyətli idi. Bunun üçün də bəslənməyimə daha çox növün iştirak etməsinə imkan verməliydim.

Qatıq, turşu, mayalanmış soya tomatından əldə edilən Miso şorbası kimi mayalı yeməklər faydalı bakteriyalar yaradır. Spektora görə insanlar üçün qatıqdan beş qat daha çox faydalı bakteriya ehtiva edən kefir daha faydalıdır.  Xüsusilə kələm turşusu faydalı bakteriyalar baxımından tam bir ziyafət mənasını gəlir.

Faydalı bakteriyaları bəsləyən digər yeməklər arasında sarımsaq, ənginar, banan və taxıl bitkiləri sayıla bilər. Qırmızı üzümdəki polifenollar da akkermansia bakteriyasının ən sevdiyi qidalardandır.

Yaxşı bakteriya ehtiva etdiyi idda edilən probiotik içkilər isə bir işə yaramır. Bu içkilərdəki bakteriyalar bağırsaqlardakı mikrob mühitini dəyişdirəcək qədər uzun müddətli təsir edə bilməz. Ancaq çox gənc və çox yaşlı xəstələr ilə antibiotik istifadə edən xəstələrdə bağırsaqların pozulmasının qarşısını almaqda faydalı olduğu bildirilir. Bu çaşdırıcı nəticəni aldığımdan bəri bəslənməyimə yeni qaydalara tətbiq etdim. Son bir aydır, ət yemirəm. Bol-bol miso şorbası və kələm turşusu yeyirəm. Yəni artıq yalnız özüm üçün deyil, bədənimi paylaşan trilyonlarca mikrob üçün də bəslənirəm. Beləcə həzm sistemdəki mikrob tarazlığını qalıcı bir şəkildə dəyişdirməyi bacarıb bacarmadığımı zaman göstərəcək

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
BBC Future
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: