Maraqlı

İnsanlar bioloji olaraq çox, sosioloji olaraq tək yoldaşlıdır

Təbiətdə canlıların yoldaşlıq vəziyyətləri, insanda olduğundan daha iti sərhədlərlə təkamül tərəfindən təyin olunmuşdur. Buna baxmayaraq təbiətdə belə olduqca geniş bir müxtəliflik görürük: şimpanze və babun kimi yaxın qohumlarımız və daha neçə-neçə canlı çox yoldaşlıdır və birdən çox erkək və ya dişiylə çütləşə bilirlər. Digər tərəfdən gibon və marmosetlər kimi digər primatlar tək yoldaşlıdır və yalnız bir erkək və ya dişiylə cütləşərlər. Ancaq müxtəliflik bu qədərlə məhdud deyil, bəzi heyvanlarda erkəklər çox yoldaşlı olduğu halda, bəzi digər heyvanlarda isə dişilər çox yoldaşlı ola bilir.

 

Yoldaşlıq vəziyyəti, cütləşmədən əvvələ və sonrasına görə də dəyişiklik göstər bilir. Bəzi heyvanlar tək bir yoldaşla çütləşib bala verərlər, ancaq sonra birdən çox yoldaş ilə birlikdə o balaya baxarlar. Bəzi digər hayvanlar isə birdən çox yoldaşla çütləşib bala verməklərinə baxmayaraq, bunlardan yalnız bir dənəsiylə balasını böyüdərlər və yuva qurarlar. Yəni təbiətdə yoldaşlıq mövzusunda “nə axtarsanız var” deyə bilərik. Çünki hər canlının təkamül tarixi fərqli olduğu səbəbinə görə bioloji, ictimai, cinsi və hətta “mədəni” deyə biləcəyimiz xüsusiyyətləri də buna görə formalaşır.

 

İnsanda da vəziyyət oxşardır. İnsan, bildiyimiz ən ağıllı heyvan növü olaraq çox kompleks bir ictimai quruluşa malikdir. Üstəlik bioloji olaraq olmasa da, mədəni olaraq həddindən artıq yüksək bir müxtəlifliyə sahib olması bu cür kateqoriyaları çox çətinləşdirmişdir. Lakin araşdırmamızı hər hansı bir coğrafiya ilə sərhədləməyib, sıravi bir heyvan növü olaraq Homo sapiensin araşdırsaq, bioloji bütün xüsusiyyətlərimizə tək yoldaşlığa, yəni birdən çox yoldaş ilə çütləşib uşaq etməyə uyğun olduğunu deyə bilərik. Buna qarşılıq, bioloji təməllər üzərinə inşa etdiyimiz mədəni və ictimai quruluş az qala hər zaman tək yoldaşlıqla insanları məhdudlaşdırmaqdadır. Bu mövzuya elmi baxımdan baxdığımız zaman, “doğru” və ya “yanlış” yoxdur. Cəmiyyətlərin və mədəniyyətlərin doğruları və yanlışları vardır və buna görə yaşayarlar.

Elmi baxımdan analiz etdiyimiz zaman, əgər ki qısa bir cavab istəyirsinizsə insanlar bioloji olaraq ümumiyyətlə çox yoldaşlıdır, sosioloji olaraq yəni mədəni və ictimai olaraq ümumiyyətlə tək yoldaşlıdır deyə bilərik. Ancaq növümüz daxilindəki bu vəziyyət olduqca mürəkkəb olduğu üçün, “poligami” və “monogami” terminlərinin tərifləri belə çox dəqiq olmadığı üçün, çox vaxt elm insanları bu suala “bilinmir” ya da “naməlum” olaraq cavab verməyi üstün tutur.

 

Mənbələr:

  1. Slate
  2. Scientific American
  3. Wall Street Journal
  4. LiveScience
  5. National Review
  6. Wikipedia

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: