Maraqlı

İnanc necə ortaya çıxıb?

Əgər biz bir keşişdən inanc mənşəyi haqqında soruşsaq, onun cavabı böyük ehtimalla teologiya ilə bağlı olacaq. Eyni hal rabbi, imam, yoq (yoqa ilə məşğul olan) və s. ilə də baş verəcək. Biz inanırıq ki, bizim şəxsi inancımızın kökləri yaradılışla bağlı suallara cavab verir. Artur Şopenhauerin qeyd etdiyi kimi “hər kəs öz baxışının sərhədlərini dünyanın sərhədləri hesab edir”.

Bununla yanaşı biz mənəvi (ruhi) təcrübələri sərhədsizliklə əlaqələndiririk məsələn, zənn  edirik ki, “ruh” azad olacağı vaxta qədər bədənin daxilində yerləşir. Həqiqətən də ölüm dinin əsasını təşkil edən başlıca amildir. Ölümdən sonrakı həyata inam və mərasimlər hazırki həyatda həddən artıq məsuliyyət tələb edən vəziyyət yaradır.

Bu, potensial olaraq nisbətən son inkişafdır. Din üzrə tarixçi Karen Armstronq da bizim gözlədiyimizdən fərqli olsa da dinin yaranmasında ölümü əsas səbəbkar hesab edir. Özünün “Qanlı çöllər: din və dünyada zorakılıq tarixi” adlı sonuncu kitabında, o yazır:

Hazırda “din” adlandırdığımız məsələlərin çoxunun kökləri həyatın başqa canlıların məhvi üzərində qurulması kimi bir faciəvi faktın dərk edilməsinə gedib çıxır: mərasimlər insanlara bu həllolunmaz dilemmanın (çıxılmaz vəziyyət) öhdəsindən gəlməyə kömək etmək üçün nəzərdə tutulmuşdu.

Qeyd etmək maraqlı olardı ki, bu dilemma digər insanların deyil, qurbanların öldürülməsi sayəsində inkişaf etmişdir. Əcdadlarımız böyüyən cəmiyyətlərdə etikanı itəkmilləşdirdikcə və daha geniş, daha müxtəlif qruplarda yaşaqdıqca paradokslarımızı (ziddiyyətlərimizi) gizlətmək mümkün olmadı. Ailələrimizə və dostlarımıza kömək göstərməklə əlaqələr qurduğumuz halda müntəzəm olaraq başqa heyvanların canlarını aldıq, hansı ki, o heyvanlar da özlərinə məxsus tərzdə eyni hərəkəti edirdilər.

Necə oldu ki, neokorteksin(baş beynin yeni qabıq hissələri- beyin yarımkürələrinin yuxarı qatında yerləşir və 2-4 mm qalınlığa malik olub ən ali sinir funksiyalarına – sensorlu qəbuletmə, şüurlu düşünmə qabiliyyəti, nitq və s. malikdir) inkişafı sayəsində üstünlük əldə edən bu ikiayaqlı  heyvan qeyri-müəyyən dünyada təhlükəsizlik uğrunda mübarizə aparmaqla yanaşı, digər şüurlu həyatları məhv etməkdən həzz aldı? Bu bioloji varislik təkzibolunmazdır. Bununla yanaşı başqa sual meydana çıxır: Necə oldu ki, bir əl həyatı qurub-yaratmağa kömək etdiyi zaman, digər əl belə tez-tez bu həyatları almağa başladı?

Bu ovçuların öldürmək üçün istifadə etdikləri kobud alətləri xatırlayın. O zamanlar rahat istifadə olunan tüfəng, yaxud varlı turistlər üçün ovçuluq parkları yox idi. Armstronqun qeyd etdiyi kimi qədim oxlar yalnız dərini dəlib keçə bilirdi. Ucuna vurulmuş zəhər bir neçə saat ərzində təsirini göstərirdi və həmin ovçular bu müddətdə heyvanları izləyir və gözləyirdilər. Görünür, bu müddət bu gün “din” adlandırdığımız məsələnin yarandığı həmin andır.

Heyvan can verdiyi zaman ovçular onun ətrafına toplaşar, başını sığallayar və mahnılar oxuyardılar. O, ağrılar içində qışqıranda onlar onun ağrısını bölüşərdilər. Onlar həyatın bu son mərhələsini öz həyatlarının qorunması üçün qurban hesab edərdilər. Əcdadlarımız bilirdilər ki, onlar bu prosesin bir hissəsidirlər, ondan ayrı deyillər. Beləliklə, mərasimlər yarandı.

Mən heç vaxt iddia etmərəm ki, nə zamansa həyat indikindən daha asan idi, mən keçmiş eraların romantiki deyiləm. Armstronqun yazdığı kimi ilk insanlar ov etməyi sevirdi. Bu meyli bu gün də davam etdirənlər çoxdur. Bu, bizim DNT-nin bir hissəsinin, həmçinin təkamül etmiş emosiya və ideologiyalarımızın bizə bizim də digər heyvanlar kimi öləcəyimiz faktı ilə mübarizə aparmağa kömək etməsi ilə bağlıdır.

Lakin müasir zamanda təbiət aləmindən ayrı düşməyimiz ağıl qarışdırıcıdır. Din mütləq olaraq getməli olduğunuz bir məbəd kimi, yaxud rəsmi tanınma tələb edən xüsusi təqvim günü kimi təqdim olunduqda – və bu yalnız bir növü təşkil etdikdə – xüsusi bir şey itirilmiş oldu.

Armstronq öz kitabı boyunca iddia edir ki, bu gün “din” adlandırdığımız məsələni dərk etməyimiz son iki yüz il ərzində Avropa və Amerikada dünyəvi tərəqqilərin stimullaşdırdığı nisbətən müasir kəşfdir. Mən şəxsən belə tərəqqilərin pərəstişkarı olduğum üçün onun işarəsini başa düşürəm: gündəlik həyatdan kənarda inkişaf edən “din” adlı ayrıca məsələ yoxdur. Kainat və yer birlikdə dövr etməyə başladı. Sizin aldığınız ət sellofana bükülmüş və sümüksüz olduğu üçün bu əlaqəni təsəvvür etmək sizə çətin olacaq. Yaxud bir parkda bir neçə yüz metr uzaqda dayanıb tətiyi çəkərək qənimət əldə etməklə bunu dərk etmək biraz da çətinləşir. Bu, bacarıq və ya uyğunluq məsələsi deyil. Bu, mənşəyimizdən bu qədər uzaq düşdüyümüz bir zamanda yoxa çıxmış mərhəmət duyğusu məsələsidir.

“Müqayisəli dində əlamətlər” adlı klassik əsərində Mircea Eliade yazırdı:

Mifləri təsnifləşdirmək və onların mümkün mənşələrini axtarmaq yerinə onların strukturunu və adi insanın mənəvi təcrübəsində oynadığı rolu araşdırmağı daha faydalı hesab edirəm.

Yaradılış hekayələri əhəmiyyətlidir: onlar bizim əsasımızdır. Ənənələrin haradan yarandığını bilərək biz minilik ərazində ideologiyalarımızın apardığı döngələri izləməyə imkn verir. Bu, bəzən yaxşıdır: biz hər birimiz köləlik və qadınların mütiliyi, onların dünyamızda heç bir rol oynaya bilməyəcəyi ilə əlaqədar Bibliyanın, Quranın və digər dinlərin görüşlərini bilirik. Biz böyük bir qismdə təkamül etmişik və bu, müsbət inkişafdır. Lakin bəzən qədim müdrikliyin dəyəri özünü göstərir. Bizim əcdadlarımız bilirdilər ki, bir şeyi götürmək nəyisə onun əvəzinə vermək deməkdir. Bəzilərinə qəribə gələcək mərasimlər bunu etməyə yönəlmiş cəhdlər idi. Bu, insanların daim xərcləri azaltmaq və mənfəəti çoxaltmaq üçün dəyər və istehsalat rəqəmlərinə çevrildiyi azad bazarla birbaşa ziddiyyət təşkil edir.

Ola bilsin ki, mən dünyəviliyin tərəfdarıyam və heç vaxt siyasətin dindən irəli gəlməsini tələb etmərəm, ancaq zənnimcə, idarəetmədə və cəmiyyətdə mənəvi (dini) ənənələrimizdən uzaqlaşmaq da eyni dərəcədə təhlükəlidir. Armstronq bütün kitab boyunca bu məsələni irəli sürür. Baxmayaraq ki, onun bütün düşüncələri ilə razılaşmıram – mən inanıram ki, hakimiyyət çəkişmələri və siyasət yox, məhz din bu gün çəkdiyimiz acıların çoxunun günahkarıdır- müasir insanın mənəvi (dini) təcrübəsini anlamaq istəyiriksə, dinin mənşəyi ilə bağlı olan bu nöqtəyə daha çox diqqət yetirməliyik.

Big ThinkDerek Beres

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

I graduated from the National Aviation Academy. I write articles for Green Science (Yaşıl Elm) – science platform and try to popularize science. My goal is to form rational reasoning and to create love for science in our society. Futhermore, I fight against stereotypes of the past.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: