Elmi fantastikaHəyatın təkamülüMaraqlıTexnologiya

Hokinq: “Sİ bəşəriyyətin ya ən yaxşı, ya da ən pis hadisəsi olacaq”

Kembric universitetində baş tutan “Süni intellektin öyrənilməsi və bəşəriyyətin gələcəyi mərkəzinin” açılışında çıxış edən 74 yaşlı dünya şöhrətli fizik və kosmoloq Stiven Hokinq növbəti dəfə intellektual maşınlar mövzusu ilə bağlı fikirlərini ictimaiyyətlə bölüşüb. Elm populyarizatoru gələcəklə bağlı son proqnozunda daha optimist görünür.

Alim süni intellektin bəşəriyyət tarixindəki rolunu birmənalı hesab etmir. “İntellektimizin süni olaraq gücləndirilməsi halında nələrə nail ola biləcəyimizi təxmin edə bilmərik”, – Hokinq izah edir. – “Ola bilsin ki, bu yeni texnoloji inqilabın köməyilə bir əvvəlki sənayə inqilabının yetirdiyi zərərləri qismən kompensasiya etmək imkanı əldə edəcəyik”.

Britaniyalı nəzəri fizikin dediyinə görə, süni intellekt xəstəliklərlə mübarizədə və yoxsulluğun aradan qaldırılmasında əvəzsiz yardım təklif edir ki, bu da gələcəkdə həyatımızın yaxşı istiqamətə doğru köklü şəkildə dəyişəcəyini göstərir. Digər yandansa, əgər riskləri göz ardı etsək və vəziyyəti lazımınca qiymətləndirməsək süni intellektin yaradılması bəşəriyyət tarixindəki sonuncu texniki inqilab da ola bilər.

“Mənfəətdən savayı süni intellektin güclü nüvə silahı və ya kiçik bir qrupun əksəriyyəti istismar edə bilmə imkanı kimi təhlükələr doğurması da istisna olunmur”, – Hokinq sözlərinə əlavə edir. – “Nəticədə isə bu, ciddi iqtisadi problemlərə yol aça bilər”.

Stiven Hokinq süni intellektin özü-özünü təkmilləşdirərək, insanlara qarşı müharibə başlayacağından ehtiyat edir. “Sözün qısası, güclü süni intellektin inkişafı bəşəriyyətin başına gələn ya ən yaxşı, ya da ən pis hadisə olacaq”, – son olaraq alim qeyd edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: