Maraqlı

Günəşə yetərincə su töksək sönərmi?

Çox insan bəlkə də, elm adamlarının kifayət qədər yaxşı danışmadığına görə, Günəşin planetimizdə bildiyimiz atəşə bənzər şəkildə “yanaraq” enerji istehsal etdiyini zənn edir. Bu da təbii olaraq ağıllara bu sualı gətirir; “Əgər kifayət qədər su töksək Günəş sönə bilərmi ?”. Bu sualın cavabı, əgər Günəşin enerjisi Yerdə bildiyimiz kimyəvi reaksiyalar nəticəsində baş verən “od” ilə formalaşsaydı; Bəli olardı. Lakin Günəşdə nə od var, nə də “yanan” hər hansı bir şey.

Günəşin parlayıb enerji yaymasını təmin edən mexanizm, çox böyük kütləsi səbəbindən mərkəz bölgəsində həddən artıq təzyiqə məruz qalan hidrogen atomlarının birləşərək heliuma çevrilməsi və bu dəyişiklik zamanı enerjinin çıxmasıdır. Buna, nüvə enerjisi deyilir.

Yəni, Günəşin parlamasını təmin edən şey, “çox ağır” olmasıdır. O qədər ağırdır ki, mərkəzində yerləşən atomlar bu ağırlığın təzyiqinə dözməyərək bir-biri ilə birləşməyə başlayırlar. Beləliklə, Günəşi söndürmək üçün üstünə su tökmək və ya Günəşi qaldırıb bütövlekdə suya atmaq (bu qisim mənasız oldu bilirəm, bəli) onu söndürmür.

Əksinə, üzərinə tökdüyünüz su da Günəşin nəhəng cazibəsi tərəfindən çəkilərək öz kütləsinə əlavə olunur. Bu “su”, mərkəz bölgəsindəki təzyiqi artırır və ulduzumuzun daha çox parlamasını təmin edir. Yəni Günəş, əlavə etdiyiniz o suyu da yanacaq kimi istifadə edir.


Bəs suya nə olur ki Günəşdə yanacağa çevrilir ?

Su(H2O), 2 hidrogen və 1 oksigen atomundan əmələ gəlir. Günəşin yüksək temperaturu və cazibəsindən qaynaqlanan böyük təzyiq, bu atomları bir-birindən ayırır. Nəticədə, Günəşin yanacaq olaraq istifadə edəcəyi bol hidrogen və uzun illər sonra yanacaq kimi istifadə etməsi mümkün olan bol miqdarda oksigen ortaya çıxır.
Yuxarıda təsvir edilən ssenarinin gerçəkləşməsi üçün hökmən ki su da lazım deyil. Günəşə “hamısını örtəcək qədər” torpaq töksəz də eyni şey olar. Torpağın tərkibindəki karbon, silisium, azot və oksigen yenə Günəşin yeni yanacağı kimi öz yerini alır.Nümunələri bir az da genişlətsək; Günəşə su tökməklə xam neft tökmək arasında fərq yoxdur. Günəş hər ikisini də böyük bir məmnuniyyətlə, nüvə yanacağı kimi istifadə edəcəkdir. Bu arada, Günəşə xam neft tökərkən neft bizim alışıq olduğumuz şəkildə yanmaz. Birləşmələrinə ayrılaraq yenə Günəşdəki nüvə reaksiyada iştirak edəcək atomlara çevrilir.

Buna baxmayaraq yenə də söndürmək istəyirsinizsə; Günəşə kifayət qədər -bir neçə dəfə Günəş kütləsi, – su tökərək kütləsini və nüvəsindəki təzyiqi müəyyən bir kritik həddə qədər qaldırsanız, axır – əvvəl bir süpernova partlaması ilə yox olub gedəcəkdir. Bəli, o zaman arxada bir neytron ulduzu və ya qara dəlik qoyaraq sönmüş olacaq. Eyni şeyi Günəşə kifayət qədər benzin tökərək də edə bilərsiz, fərqi yoxdur, benzin ilə su və ya bir günəbaxan yağı Günəş üçün eyni şeydir.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: