Maraqlı

Ən yaxşı elmi-sənədli filmlər siyahısı

Bu yazımızda sizlər üçün indiyə qədər çəkilmiş ən yaxşı elmi sənədli filmləri təqdim edəcəyik. Ümid edirik, zövqünüzcə olacaq.

Yazı başlıqları

  • Elmi-sənədli filmlər ardıcıllığının tərtibi
  • Planet Earth və Planet Earth II
  • Cosmos: A Spacetime Odyssey
  • Through the Wormhole
  • Home
  • Human Planet

Bu yazımızda bizə görə indiyə qədər çəkilmiş ən yaxşı elmi-sənədli filmlər haqqında danışacaq, bu elmi-sənədli filmlərin bəhs etdiyi mövzular haqqında qeydlər edəcəyik. Ümid edirik, zövqünüzcə olacaq.

Elmi-sənədli filmlər ardıcıllığının tərtibi

Təqdim etdiyimiz siyahı təsadüfi ardıcıllığa görə sıralanmışdır. Yəni, ilk sırada yer alan film son sırada yer alana görə daha yaxşı olmaya bilər. Hər bir film elmi-sənədli filmlər kateqoriyasına aid olsa da fərqli mövzulardan bəhs edir. Film seçimləri ən önəmli mövzuları ən yaxşı şəkildə anlata bilən elmi-sənədli filmlər üzərində aparılmışdır.

Planet Earth və Planet Earth II

2006-cı ildə işıq üzü görən, elmi-sənədli filmlər siyahımızın ilk pilləsində yer alan “Planet Earth” (Yer planeti)  BBC tərəfindən 5 il ərzində çəkilmişdir. “Emmy” mükafatlı, 11 seriyadan ibarət bu sənədli filmdə Afrikanın qızmar çöllərindən qütblərdəki dondurucu torpaqlar və buzlaqlara səyahət edəcək, qartallar, şirlər, canavarlar kimi bir çox yırtıcı və yırtıcı olmayan canlı növləri ilə yaxından tanış ola biləcəksiniz.

Bu sənədli filmin davamı olan “Planet Earth II” çəkilişi 4 il davam etmiş, daha güclü texnoloiyalar istifadə edilərək varlığı sizlərə əfsanəvi diyarlarda gəzirmişsiniz kimi hissi verəcək fraqmentlər ehtiva edir. Musiqiləri belə nəfəsinizi kəsməyə qadir olan filmdə komodo əjdahası və uçan kiçik əjdaha sizlərə sanki dinozavrlar dövründə yaşayırmışsınız kimi təsir bağışlayacaq.

Ən yaxşı elmi-sənədli filmlər

Cosmos: A Spacetime Odyssey

Elmi-sənədli filmlər siyahımızın ikinci pilləsində Kosmos: bir kosmik məcara elmi-sənədli filmi yer alır. Karl Saqanın yolunu davam edən astrofizik Nil Deqrass Tayson Karl Saqan kimi “Cosmos” sənədli filmində bizlərə elm tarixini və elmi düşüncənin möhtəşəmliyini gözəl vizual təsvirlər və sadə izahlarla çatdırır. 13 seriyalıq sənədli filmdə Taysonun möhtəşəm natiqlik qabiliyyətinə və izahlarına heyran ola, tonlarla yeni məlumatlar öyrənə və filmin vizual izahları qarşısında heyrətə düşə bilərsiniz.

Ən yaxşı elmi-sənədli filmlər

Through the Wormhole

Məşhur aktyor Morqan Friman tərəfindən bizə təqdim edilən və elmi-sənədli filmlər siyahımızın üçüncü pilləsində yer alan bu əsər 2010-cu ildən etibarən davam edir. 8 seriyalıq ilk sezonda Morqan Friman sahib olduğumuz elmi məlumatlara əsaslanaraq “Bir yaradıcı varmı?”,”Qara dəliklərin sirri”, “Zamanda səyahət mümkündürmü?”, “Başlanğıcdan öncə nə oldu?”,”Necə var olduq?”,”Yalnızmıyıq?”,”Əslində nədən yarandıq?”,”Qaranlığın arxasında” kimi suallara cavab verməyə çalışır. Hazırda 8 sezondan ibarət bu sənədli filmi izləmənizi şiddətlə tövsiyyə edirik.

Ən yaxşı elmi-sənədli filmlər

Home

Gedərək sürətlənirik.” Və bu heç də yaxşı deyil. Elmi-sənədli filmlər siyahımızın dördüncü pilləsində yer alan sənədli filmdə bu ifadə ilə insanoğlunun planetimizə vurduğu zərəri və bu zərərin irəlidə bu gedişlə böyük fəsadlara yol açacağı filmdə ürəkparçalayıcı şəkildə ifadə edilir. Bu qədər inkişaf etməyimizə baxmayaraq kənd təsərrüfatı hələ də ən yayğın peşədir, insanların 50%-i şəhərdə yaşayır, yəni kəndlərdəki insanların fəaliyyətindən aslı olub onlar sayəsində yaşayırlar, kənd təsərüffatı inqilabından sonra (1950) bitki çeşidliliyinin 75%-i məhv olub, münbit torpaqların 40%-i qalıcı olaraq zərər görüb, 2100-cü ilə qədər bütün mədən ehtiyatları tükənəcək. Filmdə deyildiyi kimi bütün ağacları kəsib qayıq düzəldən Paskaliya adasının əhalisi kimi bir gün biz də aclıq və səfalətlə üzləşərək, məhv etdiyimiz planetdə məhv olmağa məhkum olacağıq.

Ən yaxşı elmi-sənədli filmlər
Eyni zamanda film sizi Armand Amarın musiqiləri ilə əfsunlaya bilər.

Human Planet

Elmi-sənədli filmlər siyahımızın son, beşinci pilləsində İnsan Planeti elmi-sənədli filmi yer alır. Bütün canlılar kimi insan ətraf mühitə uyğunlaşaraq yaşamaq qabiliyyətinə malikdir. Bu gün şəhərlərdə və şəhərlərə yaxın ərazilərdə komfort içində yaşaraq bu qabiliyyətimizi istifadə etməsək də planetin ucqarlarında yaşayan həmnövlərimiz çətin ətraf mühitə uyğunlaşmaları ilə yanaşı onu dəyişməyə də cəhd edirlər. Bu sənədli film hər bir seriyasında insan cəmiyyətlərinin sahib olduğu anlayışların necə fərqli olduğunu, onların səhralardan cəngəlliklərə, sahil bölgələrdən hündür dağ zirvələrinə qədər olan fərqli bölgələrdə çətin həyat şərtləri altında necə yaşadıqlarını bizə çatdırır.

Ən yaxşı elmi-sənədli filmlər

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

1 rəy

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: