MaraqlıTəkamül

Məməlilərdə əmizdirməyin mənşəyi hara söykənir?

Əmizdirmək ana ilə balası arasında xüsusi və duyğusal bir bağ ehtiva edir. Həmçinin əmizdirməyin tarixi milyonlarla il əvvələ, ilk məməlilərə qədər gedib çıxır. Yaxşı, bəs süd necə ortaya çıxdı? Alimlər südün təkamül tarixini araşdırdığı zaman tarixin hesab etdiyimizdən daha çox qədim olduğunu müəyyən etdilər. Südün tarixi yüz milyonlarla il əvvələ, quruda gəzməyə  başlayan ilk heyvanlara qədər gedib çıxır. Amma bu, bildiyimiz südə bənzəmirdi.

“Məməlilər” terminini ilk dəfə 18-ci əsrdə İsveçli bioloq Karl Linney ortaya atmışdı. Canlıları araşdırdığı zaman bəzi canlı növlərin dişilərinin öz balalarını bəsləməkdən ötəri onların süd vəziləri olduğunu kəşf etmişdi. Təkamül prorsesi müddətində əmizdirmək necə ortaya çıxmışdı? Süd vəziləri sümüklər kimi fosilləşmədiyinə görə bu yolla müəyyən etmək çətin idi. Buna görə də araşdırmaçılar süd istehsal edən heyvanların genlərini araşdırıb digərləri ilə müqayisə etdilər.

ABŞ-ın Merilend əyalətindəki Ətraf mühit üzrə Araşdırma Mərkəzindən Olav Oftedala görə süd vəziləri ilk məməlilərdə ortaya çıxmamışdan əvvəl sudan quruya çıxan ilk canlılarda inkişaf etmişdi. Bunların bir qismi amniotlara, onurğalı, dörd ayaqlı canlılara, sürünənlərə, quşlara və məməlilərə təkamül etmişdi. Amniotlar da balıqlar kimi yumurta qoyurdu. Bu yumurtalar quruda öz canlılığını qoruya bilirdi. Amma yumurta qabıqları məsaməli olduğuna görə həddindən artıq isti havalarda tez quruduğu üçün amniotlar onları qoruyacaq başqa bir yol tapmalı idi.

Yumurtanı nəmli saxlamaq

 Sürünənlər və quşlar su itirməyəcək formada əhəngli sərt qabıqları olan yumurta qoymağa başladılar. Məməlilərin ataları isə məsaməli yumurta qoymağa davam etdi. Oftedala görə bu qabıqlarla xaricdən əlavə su və qida qəbul edə bilirdilər. Bunu ilk olaraq dərilərindəki sadə bir vəzidən su sızdırmaq yolu ilə etdilər. Bu gün quru qurbağaları hələ də bu üsulla yumurtalarına su köçürürlər. Soxulcana oxşar kor kərtənkələnin isə dişilərin dərisi yağlı və bəsləyici maddələrlə qalınlaşır və balalar yumurtadan çıxana qədər bu təbəqəni dişləri ilə qazıyıb qida olaraq istifadə edirlər.

Oftedal bu üsulların primitiv bir əmizdirmə şəkli olduğuna və bu vəzlərin daha sonra məməlilərin yağlı süd verməsini təmin edəcək şəkildə inkişaf etdiyinə inanır. Yumurtaları nəmli saxlamaq üçün dəridən su sızdırma metodu zamanla başqa kimyəvi maddələrlə birləşərək yumurtadakı qidanın yerini almış və balaların əsl qida qaynağı halına gəlmiş ola bilər. Oftedal bütün bu inkişafların məməlilər ortaya çıxmadan əvvəl baş verdiyini deyir.

Niyə sadəcə məməlilər?

 

Məməlilərin genləri araşdırıldığı zaman bu inkişaf mərhələləri müşahidə edilir. Südlə bağlı olan bir çox genin məməlilərdən daha qədim tarixi olduğu bilirik. Məsələn, məməlilərin südündə bol olan kazein maddəsinin tarixi çox qədimdir və kalsium, fosfor kimi qidaların balaya köçürülməsinə, skelet və əzələlərin inkişafına kömək edir. Yaxşı, bəs süd istehsalının tarixi bu qədər qədimdirsə, bu gün niyə yalnız məməlilər süd istehsal edir? Oftedala görə bunun ən sadə izahı məməlilərin əvvəlki bütün nəsillərinin tükənməsi və südə bağlı tək qrup olaraq məməlilərin qalmış olmasıdır. Süd istehsalının yenidən təkamülləşməmiş etməmiş olması qəribə gəlsə də, məməli olmadığı halda südə bənzər maddələr istehsal edən bəzi canlı növləri mövcuddur.

Məsələn, bəzi böcəklər bol zülala sahib südə bənzər bir maddə istesal edir və balalarını bununla bəsləyirlər. Göyərçin, flaminqo və imperator pinqvini kimi bəzi quşlar da boğazlarına yaxın yerləşən kisələrdə südə bənzər bəsləyici mayelər istehsal edirlər. Ancaq bunlar məməlilər kimi balanı bəsləmək üçün istifadə edilsə də, tərkibi və istehsal formaları məməlilərin südündən fərqlidir.

Bakteriyaya qarşı döş ucu

Həqiqi süd vəziləri yalnızca məməlilərdə var. Kenquru kimi kisəlilər ilə balaları plasenta içində böyüyən məməlilərdə döş ucu var. Oftedala görə döş ucu infeksiyaya qarşı təkamülləşmişdir. Dərisindən süd ifraz edən canlıların südündə bakteriyalar asanlıqla çoxala bilər. Halbuki, döş ucu südün birbaşa süd vəzindən balanın birbaşa ağzına ötürülməsini təmin edir. Döş ucları olan məməlilər arasında belə süd istehsalı böyük fərqliliyə sahibdir.

Plasentalı məməlilərdə balalar ana bətnində də plasenta vasitəsilə anadan aldıqları qidalarla bəslənə bilir. Beləcə, bu canlılar kisəli heyvanlardan daha uzun müddət ana qarınında qala bilir. Buna görə də kenquru kimi kisəli heyvanlar balalarını bəslənməyə başlayana qədər əmizdirirlər. Yəni qısaca, əmizdirmək və süd istehsalı yüz milyonlarla il tarixə malikdir. Bu gün gördüyümüz balasını əmizdirən ananın mənşəyi quruda gəzməyə başlayan ilk heyvanlara qədər uzanır.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: