Maraqlı

Elm haqqında danışmadan öncə düşünün!


Bu mini-məqalədə oxuyacaqlarınız tarix içərisində əhəmiyyətli şəxslərin elmin o günki mövqesini və gələcəyiylə bağlı bəzi sözlərini ehtiva edir. Bu sözləri diqqətlə oxumanızı tövsiyə edirik. Günümüzün məşhur simalarının ağızlarından çıxanların nə qədər bənzər olduğunu gördükdə təəccüblənəcəksiniz. Beləcə, televiziyalarda saatlarla elmdən danışan (!) kəslərin ayaqları üzərində necə “dayandığını”   tarixdəkilərdən öyrənə biləcəyinizi düşünürük. Ümid edirik ki, yazı elm haqqında danışmadan əvvəl düşünmənizə qatqı təmin edəcək.

“Yer Kainatın mərkəzindədir və bütün göy cisimləri onun ətrafında fırlanır. Kopernikin sözləri şeytanın sözləridir və yalandır.”
(1500-ci illər, Kopernik qanunlarını ortaya qoyduğunda dindar kütlə)

“Yupiterin peykləri görünməzdir, buna görə Yer üzərində bir təsiri ola bilməz, buna görə varlıqları da gərəksizdir və dolayısı ilə, əslində yoxdurlar.”
(1500-ci illərin sonu, Qalileyin Yupiterin peyklərini kəşfi üzərinə dövrün Aristotelçi insanları)

 “Yer düzdür və müəyyən sərhədləri vardır. Elm adamları nə desə desin, bu sərhədlər vardır və aşılmamalıdır.”
(1600-cü illər, Xristian Kilisəsi)‎

“Bu elm deyilən şeydən bezdim artıq… Keən bir neçə ildə əldə etdiklərimiz üçün milyonlar xərclədik və artıq dayandırılmasının vaxtı gəldi.”
(1861, Smithsonian İnstitutunun qaynaqlarının kəsilməsiylə əlaqədar olaraq Pensilvanya Əyalət Senatoru Simon Cameron)

“Bir az təhsilli hər kəs səsin kabellər vasitəsilə bir yerdən bir başqa yerə ötürülə bilinməyəcəyini bilər. Və ola bilər ki, köçürülsə belə, belə bir səyin praktik bir dəyəri olmayacaq.”

(1865, Boston Post qəzeti redaktoru)

“Lui Pasterin xəstəlik törədən orqanizmlər nəzəriyyəsi axmaq bir fantastikadan ibarətdir.”
(1872, mikroblarla bağlı olaraq Fizioloji Professoru Pierre Pachet)

“Qarın, sinə və beyin, müdrik və insancıl heç bir cərrahın aça bilməyəcəyi şəkildə, sonsuza qədər bağlı qalacaq.”
(1873, əməliyyatlarla bağlı olaraq Kraliça Victorianın cərrahı Sir John Eric Ericson)

“Telefon deyilən bu icadın rahat və ciddi bir ünsiyyət vasitəsi halına gələ bilməsi üçün bir çox mənfi istiqaməti var. Bu alət quruluşu gərəyi bizim üçün dəyərsizdir.”
(1878, Western Union firması)

“Yüksək gərginlikli və alternativ axın istifadə edən sistemlərin yayılmasının nə elmi olaraq, nə də iqtisadi baxımından imkanı yoxdur. Bütün bu sistemlər [alternativ axın] sırf mis tel və əmlak bazarına zərbə vurmaq üçün tətbiq olunur. (…) Mənim şəxsi istəyim alternativ axının istifadə edilməsinin tamamilə qadağan edilməsidir. Alternativ axın gərəksizdir və təhlükəlidir. Buna görə həyata və əmlaka zərər verəcək bu sistemlərin satışa verilməsi arxasında bir səbəb görə bilmirəm.”
(1889, Tomas Edison)

“Bilinən cisimlərin heç bir kombinasiyası, bilinən maşınların heç bir forması, bilinən qüvvələrin heç bir forması bir araya gətirilərək insanı hava içərisində uzun məsafələrdə praktik olaraq uçura biləcək bir maşın meydana gətirə bilməyəcək.”
(1800-ci illərin sonu, ABŞ Dəniz Qüvvətləri Rəsədxana başçısı, astronom Simon Newcomb)

“Radionun gələcəyi yoxdur!”
Lord Kelvin (1898, Şotlandiyalı elm insanı)

‎”Artıq elmin tapa biləcəyi bir şey qalmadı, elm bu nöqtədə tıxandı. Tapa biləcəyimiz hər şeyi tapdıq və bizə artıq ehtiyac yoxdur.”
Charles Duell (1899, Amerikan Patent Bürosu Prezidenti)

“Rentgen müayinəsi bir aldatmacadır!”
(1900, Lord Kelvin)

“Sualtı qayıqların döyüşdə nə işə yaraya biləcəyini anlaya bilmədim. Olsa olsa heyətin boğularaq ölməsinə səbəb ola bilər.”
H. G. Wells (Yazar – 1901)

 “Atlar hər vaxt istifadə ediləcək. Avtomobil isə ancaq keçici bir moda ola bilər.”
Henry Fordun kredit tələbi üzərinə avtomobil sektoru ilə əlaqədar hesabat verən bank müdiri (1903)

“Bir maşın heç bir zaman Nyu Yorkdan Parisə uça bilməyəcək.”
(1906, Təyyarənin icadçısı Orville Wright)

 “Təyyarələr xoş oyuncaqlardır, lakin hərbi bir dəyərləri yoxdur.”
Marşal Ferdinand Foch (I. Dünya Döyüşü Fransız Ordusu Baş komandiri – 1911)

“Aktyorların səsini kim eşitmək istər ki?”

H. M. Warner (Film prodüseri. O zaman yeni icad edilən səsli film haqqında – 1927) ‎

“Aya getməklə əlaqədar fantaziyalar qurmağa ehtiyac yoxdur, çünki Yerin çazibə qüvvəsini aşmanın bir yolu yoxdur.”
(1932, Chicago Universiteti astronomu Dr. Forest Rels Moulton)

“Atomların parçalanmasından əldə ediləcək bir enerji qaynağının var ola biləcəyini ümid edən biri xəyal dünyasında gəzişir.”
(1933, Nüvə Stansiyaları ilə bağlı olaraq, Ernest Ruzerford)

“Güya Enşteynin nəzəriyyələri olan bu şeylər sadəcə liberal, demokratik axmaqlıqlarla bulaşmış zehin uydurmalarıdır və heç bir Alman elm insanı tərəfindən heç bir şəkildə qəbul edilə bilməz.”
(1940, Dr. Walter Gross)

“Dünya bazarlarında kompüterlərdən ən çox 5 dənəsinə yer olduğunu düşünürəm.”
(1943, IBM Başçısı Tomas J. Watson)

“Televizor ən gec altı ay içində bazardan silinəcək. İnsanlar hər axşam belə bir qutuya baxmaq istəməz.”
D. F. Zanuck (Twentieth Century Fox Prezidenti – 1944)

“Kompüterlər gələcəkdə 1,5 ton ağırlığında olacaq.”
Popular Mechanics Jurnalı (1949)

‎”Bizə vəd edilmiş və verilmiş sərhədlərin xaricinə çıxıb kosmosa getmək həddimizi aşmaqdır və böyük fəlakətlərlə cəzalandırılmamızı özü ilə gətirəcək.”
(1960-lar, Yuri Qaqarinin kosmosa çıxarılmasından əvvəl Xristian Kilsəsi)

“Gözəl, lakin nə işə yarayacaq?”
IBM-dən bir mühəndisin bu gün bütün elektronik cihazların beyni mövqesindəki ‘mikroçip’ üçün münasibəti(1968)

“İnsanların evlərində kompüter saxlamaları üçün bir səbəb yoxdur.”
Kenneth Olsen (Digital Equipment Corp. Kompyuter Şirkəti Başçısı – 1977)

“Bir nüvə stansiyadan çıxan illik tullantıların hamısı bir iş masasının altında saxlana biləcək qədər azdır.”
(1980, Ronald Reyqan)

‎”İnsan Genom Proyekti həddimizi aşıb, yaradılışımızla oynamaqdır. Bizə heç bir faydası toxunmayacağı kimi başımıza böyük işlər açacaq.” və “Genetikaçılar şeytandır.”
(1990-cı illər, İnsan Genom Proyektinin başlaması üzərinə, dindar kütlə)‎

“İnternet 1996-cı ildə tamamən çökəcək.”
(1900-ci illərin sonları, internetin ixtiraçılarından Robert Metcalfe)

‎”Təkamül Nəzəriyyəsi isbat edilməmiş bir düşüncədir. Heç bir zaman isbat edilə bilməyəcək. Hər birimiz möhtəşəm bir şəkildə var edilmiş varlıqlarıq və ən qiymətli canlılar bizlərik. Təkamül nəzəriyyəsi bəzi azğınların uydurduğu bir yalandır.”
(Günümüz, elmi bir gerçək haqqında danışarkən, dindar kütlə)

‎”Kainat əsla öz başına var olmuş ola bilməz. Mütləq bir səbəb, başladıcı olmalıdır. Fizika heç bir zaman  Kainatın səbəbsiz yerə özbaşına necə var olduğunu açıqlaya bilməyəcək.”
 (Günümüz və gələcək, Stephen Hawking və digər astrofizikaçıların özbaşına var olma modelləri üzərinə dindar kütlə)

Sizcə də düşünə bilməkdən çox düşünmək qiymətli deyilmi?
Xüsusilə elm haqqında danışarkən öncə düşünüb, sonra danışmaq şərtdir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

1 rəy

  1. Razıyam ki, elmlə bağlı danışan hər kəsi ciddiyə almaq olmaz, amma bu yazının vermək istədiyi mesajda problem var. Kritika, yeni ideyaların gec qəbul olunması elmin inkişafı üçün vacib bir struktur xüsusiyyətidir. Yenə də deyirəm, sphbət hansısa senatorun, din xadimin kritikasından getmir, söhbət bir elm adamının o biri alimin işinə olan tənqidindən gedir. Bu müqavimət ideyaların təkamülündə bir növü seçmə təzyiqi rolu oynayır, ona görə də, kritika mədəniyyətini bu qədər ümumi şəkildə tənqid etmək düzgün deyil.

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: