Maraqlı

Hemateoensafalitik baryer (qan-beyin baryeri)

Yer üzünə örtük kimi çəkilib dünyanı zərərli radioaktiv şüalardan və ani temperatur dəyişmələrindən qoruyan atmosfer təbəqəsi nə qədər önəmlidirsə beyni qoruyan canlı “qalalar” da o dərəcə əhəmiyyətlidir.Beyində sinir toxuması ilə qan arasında mövcud olan bu canlı qalalar qan beyin-baryeri adlanır.Qan-beyin baryeri,əsasən beynin qida maddələrini qandan soran və artıq maddələri qana ötürən kapilyarlar boyunca yerləşmiş hüceyrə təbəqələri-endotellərdir.Bu hüceyrələri bir-birinə bağlayan məxsusi “tellər” qandakı maddələrin yoxlanılmadan sinir toxumalarına çatmasına mane olur.Beləliklə,qan ilə beyin arasında endotel hüceyrələrindən ibarət süzgəc təbəqəsi meydana gəlir.

 

 

Əgər bu sistem olmasaydı,hər yeməkdən və ya hərəkətdən sonra qanımızdakı qlükoza,amin turşuları və hormonların miqdarında meydana gələn dəyişikliklər beynimizə təsirsiz ötüşməzdi.Bu da öz növbəsində bəzi nizamsız hərəkətlərə gətirib çıxarardı.Qan-beyin baryeri seçici-keçirici quruluşa malikdir.Oksigen,qlükoza və amin turşusu kimi beyinə lazım olan maddələr bəzi yollarla baryerin o biri tərəfinə keçə bilir.Endotel hüceyrələri bir növ daşıyıcı mexanizmə malikdir və bunlardan hər biri müəyyən bir molekul tipini daşıyır.Araşdırmalar zamanı məlum olmuşdur ki,bir molekulun qan-beyin baryerindən o tərəfə hansı miqdarda keçməsi və ya keçə bilməməsi kapilyarların quruluşu,funksiyaları,molekulların fiziki və biokimyəvi xüsusiyyətləri ilə bağlıdır.

 

 

“Qan-beyin baryeri” fikri XIX əsrin sonlarında alman bakterioloqu Paul Erlich tərəfindən irəli sürülmüşdür.Ehrlich laboratoriyada heyvanların damarlarına iynə ilə yeritdiyi boyaların onların beyni istisna olmaqla,bütün toxumalara yayıldığını müşahidə etmişdi.Buna baxmayaraq Ehrlich bu maneənin seçici-keçirici olduğuna inanırdırdı.Ondan 20 il sonra həmkarı Edwin Goldman həmin təcrübəni əks istiqamətdə sınaqdan çıxardı.O,beynin hər tərəfini dolduran serebrospinal mayenin bütün nahiyələrinə yayılsa da,qana qarışmadı və heç bir daxili orqana keçmədi.Maddələr fiziki və kimyəvi xüsusiyyətlərinə görə beyinə daxil ola və ya olmaya bilirlər.Ən mühüm amil isə bu maddələrin hüceyrə membranını əmələ gətirən yağlarda həll olmasıdır.Çünki yağda həll oluna bilən molekullar qan-beyin baryerini asanlıqla keçə bilir.

 

 

Nikotin,etil spirti və heroin kimi maddələr də məhz bu xüsusiyyətinə görə beynin iş prinsipinə mənfi təsir edir.Yağda həll olunmayan elektrik yüklü molekullar isə xüsusi daşıyıcı olmadan beyinə girə bilmirlər.Baryerdən keçə bilmək üçün molekulun həcmi o qədər də önəmli deyil.Çünki böyük birləşmələr (proteinlər) də,natrium kimi kiçik ionlar da sözügedən baryeri keçə bilirlər.Təcrübə nəticəsində Qoldman mərkəzi sinir sisteminin bir maneə ilə qandan təcrid edildiyi qənaətinə gəldi.1950-ci ildə elektron mikroskopun kəşfi ilə Goldman nəzəriyyəsi təsdiqini tapdı.Beyindəki kapilyarlarla digər orqanlardakı kapilyarların fəaliyyəti arasındakı fərq hələ də tam izah olunmasa da,3 mühüm xüsusiyyət aşkar edilmişdir.

 

1.Endotel hüceyrələr arasındakı düyünlər həddən artıq sıx yerləşmişdir.

2.Bədənin digər hüceyrələrində hüceyrə daxilindən xeyli miqdarda maye və məhlul daşımağı təmin edən membranlarla örtülü kiçik kapsullar (pinostik daşıyıcı) azdır.

3.Kapilyarların beyin tərəfi astrosit adlanan beyin hüceyrələri ilə örtülmüşdür.Astrositlər bu damarları bir-birinə bağlayaraq düyünlərin möhkəmliyinə kömək edirlər.İnsanın digər orqanları kimi qan-beyin baryeri də hər zaman nizamlı işləməyə bilir.Sağlam olanda beynə daxil ola bilməyən bəzi maddələr xəstə olanda beyinə asanlıqla nüfuz edə bilər.Bu,arzuolunmaz hal olsa da,bəzən müsbət nəticələr verir.Məsələn, penisilin yağda həll olunmadığı üçün beynə girə bilmir.Ancaq bəzi meningit xəstəlikləri zamanı qan-beyin baryeri olduqca “yumşalır” və lazımi antibiotiklərin beynə daxil olmasını təmin edir.Nəticədə də müalicə asanlaşır.

 

Nərgis Məmmədova

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: