Elmi xəbərlərHəyatın təkamülüMaraqlı

“5 saniyə qanunu” təsdiqləndi

Əsasən ingilis dilli ölkələrdə “5 saniyə qanunu” çox məşhurdur: yerə düşmüş qidanı tez qaldırdıqda yemək olar. Başqa deyimlə, yerə düşmüş qida 5 saniyə ərzində qaldırıldıqda düşmüş hesab olunmur. Bu, daha çox insanlar arasında geniş yayılmış əfsanəyə bənzəyirdi, Aston Universitetindən olan alimlər isə qanuna elmi əsas qazandırdılar.

Birminqemdə yerləşən Aston Universitetindən olan tədqiqatçılar yerə düşmüş ərzaq nə qədər tez qaldırılsa,üzərində  bir o qədər az bakteriya qala biləcəyini təsdiq etdilər.

“Döşəməyə düşmüş ərzaqdan istifadə etmək, bakteriya növlərindən asılı olaraq, müəyyən qədər risk daşıyır. Lakin apardığımız tədqiqat 5 saniyə qanunundan istifadə edən insanlara haqq qazandırır”, – mikrobioloq Entoni Hilton qeyd edir.
Tədqiqatda xalça, parket və laminat kimi müxtəlif döşəmə səthləri üzərinə buterbrod, şirniyyat və makaronlar atıldı. Alimlər stafilokokke. coli kimi bakteriyaların hansı müddətə qida üzərinə keçdiklərini yoxladılar. Ərzaqların döşəmə üzərində qalma müddəti 3-30 saniyə arasında dəyişirdi. Nəticədə məlum oldu ki, qidanın mikroblarla zəhərlənməsi prosesində ən əsas faktor məhz zamandır. Alimlər hətta makaron və şirniyyat dilimi kimi yapışqan qidaların belə yerə düşdükdən sonra 5 saniyədən az bir müddət ərzində qaldırıldığında istifadə üçün təhlükəsiz ola biləcəyini qeyd etdilər. Ərzaq yerdə nə qədər uzun müddət qalırdısa, mikroblarla zəhərlənməsi riski bir o qədər artıq olurdu.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: