AstronomiyaDigərMaraqlı

Kosmosa gedәn ilk meymun – Hem

Hem müvəffəqiyyətini ilk səhifədə yerləşdimiş San Francisco Examiner qәzetinin bir nәşrini əlində tutaraq poz verir.

Şəkildə gördüyünüz kosmosa insan göndərməzdən əvvəl bəzi testlər həyata keçirmək üçün istifadə edilən ilk şimpanze, hətta ilk Böyük Quyruqsuz Meymun olan Hemdir. 31 Yanvar 1961-ci ildə Amerikanın kosmos proqramı çərçivəsində orbit altı bir uçuşla kosmosa göndərildi. Hemin vəzifəsinin əhəmiyyəti yalnız kosmik çəraitdə həyatda qalınıb-qalınmayacağını test etməkdən başqa, Yerin nəzarət ilə ünsiyyətin və müxtəlif vəzifələrin aktiv olaraq yerinə yetirilә bilinәcәyini test edilməsində istifadə olmasıdır. Hem ona göndərilən əmrlər (konsolda mavi bir işığın yanması kimi) çərçivəsində müəyyən qolları endirib qaldıracaq formada təlim almışdı.

Hem kosmosdakı bütün vəzifələrini müvəffəqiyyətlə yerinə yetirdi və yer üzünə eniş əsnasında kiçik bir burun cızığı istisna olmaqla sapsağlam qayıtdı. Ümumilikdә, kosmosda 16 dəqiqə 39 saniyə qaldı.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: