Digər

Kainatda nə qədər qara dəlik ola bilər ?

Hərhalda hər kəs qara dəliklərdən qorxar. Lakin heç düşündünüzmü kainatın nə qədərində qara dəlik var ? İki növ qara dəlik var, ulduz (stellar) kütləli qara dəliklər və qalaktikaların mərkəzində iştirak edən nəhəng ulduzlardan doğan supermasiv qara dəliklər. Hər 1000 ulduzdan yalnız biri öldüyündə qara dəlik yaradacaq qədər kütləyə sahib olur. Süd yolunda, yəni qalaktikamızda 100 milyard ulduz var . Bu da 100 milyon ulduz kütləli qara dəlik deməkdir. Kainatımızda isə ancaq bir neçə yüz milyard qalaktika müşahidə edilə bilir, orada isə çox daha çox qalaktika var. Hamısını yekunlaşdırsaq bütün Kainatın 1000-də birində normal ulduz kütləli qara dəlik olması mümkündür.

Supermassiv qara dəliklər isə bir az daha fərqlidir. Qalaktikamızın mərkəzindəki qara dəlik bizdən 26,000 işıq ili uzaqdadır. Sagittarius (yay) A-ulduzu adı verilən supermassiv  qara dəlik o qədər böyükdür ki, Günəşdən 4,1 milyon qat daha ağırlığa malikdir. Buna görə bunlara supermassiv (nəhəng) deyilir. Yəni bu qara dəlik həqiqətən nəhəng və qorxuncdur.  Yaxşı, bu supermassiv qara dəlik qalaktikamızın nə qədərini təşkil edir? Əslində Süd yolunun yalnız 10.000-də biri kütləsindədir. Lakin stellar qara dəliklər isə bu qara dəliyin 10,000-də 11-i qədər kütləyə sahibdir. Bu nisbət Kainatın bütün kütləsinə, universal kütləsinə nisbətləndiyində qara dəliklər kainatın 10,000-də 11-i qədər bir kütlə meydana gətirir.

Təbii hər şey bununla bitmir, bir də qaranlıq maddə var. Bu maddə işığı udmadığından və maddəylə qarşılıqlı təsirə girmədiyindən yalnız qravitasiya təsirindən ötəri onun varlığından xəbərdarıq. Kainatın 75%-i də bu maddə meydana gətirir. Astronomlar qaranlıq maddə üçün kainatın ilk zamanlarında meydana gələ biləcək qara dəliklər olduğunu düşünür. Bu mikroskopik qara dəliklərin bir asteroid ya da daha çox kütləyə sahib ola biləcəyi və Böyük Partlayışdan sonrakı yüksək təzyiq və yüksək istilik mühitində meydana gələ biləcəyini düşünür.

Bu qara dəliklərə bağlı təcrübələr davam edir və hələ də bir çox alim bunun etibarlı bir açıqlama ola bilməyəcəyini düşünür.

Kainatda 10 quintillion yəni 10 üzəri 66 il sonra hər şey qara dəliklərə çəkiləcək və orbitindən xilas olacaq. Sonra bu qara dəliklər yavaşca buxarlaşaraq ən kiçik stellar qara dəliklər yox olacaq. 10 üzəri 100 il sonra isə super massiv olanlarda buxarlaşdıqdan sonra qara dəlik qalmayacaq. Bu Stephen Hawkingin təklifidir. Sizcə neçə qara dəlik var ?

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: