Digər

İnsan və şimpanze genomları arasındakı fərq 1%-dən çox deyilmi?

   Təkamülçülər illər boyu şimpanzeləri “yaşayan ən yaxın qohumlarımız” dedilər və insanla şimpanze DNT-nin 98-99% eyni olduğunu qarşıya qoydular. Elm insanları indi bu fərqin 4% olduğunu deyir, yəni illərcə iddia etdiklərindən iki qat çoxdur. Bu da şimpanze genomunun insanınkından çox fərqli olduğu mənasına gəlir.
   1. İnsanlar və şimpanzelər arasındakı təkli-nukleotid yer dəyişmələrinə bağlı fərqlilik ortalama 1.23%-dir. Bunun 1.06%-i ya da daha azı sabitlənən fərqliləşməyə, geri qalanı isə insan və şimpanze populyasiyaları içindəki polimorfizmə bağlıdır. Bundan başqa silinmə və əlavə olunma mutasiyaları  insan və şimpanze arasında təxminən 3%-lik bir fərqliliyə səbəb olur. Ancaq bu fərqlilik “əlavə et-sil” (İndel) yoluyla genoma əlavə olunan (və ya silinən) əsas cütlərinin əlavə olunduqları nöqtədən sonrasına da təsir etdiklərini hesaba qatdığımız başqa bir hesablama üsulunda ortaya çıxar. Əlavə olunma və silinmələrə bağlı genetik dəyişmələr (təxminən 5 milyon) təkli-nukleotid yer dəyişməsi sayına (təxminən 35 milyon) nisbətlə çox az olduğu üçün insanlarla şimpanzelərin 98-99% bənzər olduğunu söyləmək çox uyğundur (Şimpanze genomu xəritəsi 2005).
   2. Fərqlilik ölçüsü nəyi ölçdüyünüzə bağlı olaraq dəyişər. Əgər hər iki növdə olan və bir-biriylə eynilə eyni olan zülalların sayını ölçsəniz, insan və şimpanzelər 29% bənzərlik göstərər (Şimpanze genomu xəritəsi 2005). Əgər zülal kodlaşdıran bölgələrdəki eyni funksiya göstərməyən əsas cütləri ölçsəniz, insan və şimpanzelər 99.75% bənzərlik göstərər. Əvvəldə deyilən 98.4%-lik bənzərlik isə DNT mələzləmə təcrübələrindən gəlir. Bu təcrübələrdə insan və şimpanze genomlarının bir-birinə bağlana biləcək (mələzləşəcək) qədər bənzər olan qısa parçalarındakı bir sıra fərqliliklər təkrarlayan vahidlərin çıxarılması surətiylə ölçülmüşdür (4). Əlinizdəki ölçü hansı olursa olsun, eyni ölçü texnikası əsaslılıqa istifadə edildiyi müddətcə insanın ən yaxın qohumunun şimpanzelər (və bonobolar) olduğu ortaya çıxacaq.
   Lakin təkamülün, genomun hər yerində eyni ölçüdə təsirli olmadığını da unutmayın. Bu səbəblə genomun yalnız bir qisimini ələ alan insan-şimpanze fərqliliyi ölçüləri fərqli nəticələr verə bilər (1).
  
Qaynaqlar:

1. Britten, Roy J. 2002. Divergence between samples of chimpanzee and human DNA sequences is 5% counting indels. Proceedings of the National Academy of Science USA 99: 13633-13635.

2. Chen, F.-C. Et al. 2001. Genomic divergence between human and chimpanzee estimated from large-scale alignments of genomic sequences. Journal of Heredity 92(6): 481-489.

3. Chimpanzee Sequencing and Analysis Consortium. 2005. Initial sequence of the chimpanzee genome and comparison with the human genome. Nature437: 69-87.

4. Sibley, C. G. ve J. E. Ahlquist. 1987. DNA hybridization evidence of hominid phylogeny: Results from an expanded data set. Journal of Molecular Evolution 26: 99-121.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: