Digər

İnsan beyni hüceyrələri siçanları “ağıllandırdı”

Alimlər siçanların beyninə insan orqanizminin bir neçə hüceyrəsini əlavə edərək, onların digərlərindən daha ağıllı olmasını təmin ediblər. Nəticədə modifikasiya olunmuş gəmiricilərin intellekt səviyyəsi ani olaraq artıb. Neyronlar (düşünmə prosesinə cavabdeh olan hüceyrələr) olduğu kimi qalsalar da, bütün qlial hüceyrələr (neyronların həyat fəaliyyətini təmin edən hüceyrələr), praktiki olaraq, “insaniləşib”.

Roçester Universitetinin tibb mərkəzindən olan Stiv Qoldmen və həmkarları universitetə bağışlanmış embrionlardan inkişafdan qalma neyroqlial hüceyrələri xaric edərək, onları siçan balalarının beyninə yeridiblər. Hüceyrələr orada inkişaf edərək, astrositlərə çevrilib. Bu növ hüceyrələr düşünmə prosesində vacib rol oynayır: neyronlararası əlaqələri (sinapslar) gücləndirir. İnsan astrositləri siçanlardakından 10-20 dəfə böyükdür və sinapslararası siqnal ötürülmələrini nizamlayan qanqlilərin yüz dəfə çox miqdarına sahibdir.

Belə ki, siçan astrositlərini beynin marjinal hissələrinə sıxışdıran 300 min hüceyrənin il boyunca 12 milyona qədər artdığı müşahidə edilib. Bu da gəmiricilərin ağıl bacarıqlarına təsirsiz ötüşməyib. Onlar, zəif cərəyan zərbəsinin müəyyən səs əlaqəsini digərlərindən dörd dəfə yaxşı yaddaşda saxlayıblar.

İndi isə Qoldmen neyroqlial insan hüceyrələrini siçovullar kimi daha ağıllı laboratuar canlılara yeritmək fikrindədir. Artıq ilk inyeksiyalar edilib və hal-hazırda hüceyrələrin yayılma yolları təqib edilir. Buna baxmayaraq Qoldmen əmindir ki, yeni hüceyrələr siçanları heç də Homo sapiens‘ə yaxınlaşdırmır.

“Neyroqlial hüceyrələrin yeridilməsi onlara heç bir insani xüsusiyyət qazandırmır. Təcrübəmiz sadəcə heyvanın neyron şəbəkələri effektivliyini artırdı. Amma siçan elə siçan olaraq da qalıb”, – Qoldmen qeyd edir.


Həmçinin oxuyun:

İlk dəfə insanın şüuru “söndürüldü”
İntellekt geni kəşf edildi
Yaşanmış qorxu irsən ötürülür

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: