Digər

Hokinq İngiltərə millisinin uğur düsturunu təqdim etdi

2014-cü il futbol üzrə dünya çempionatında İngiltərə millisinin uğuru hansı faktorlardan asılı olacaq? Məşhur britaniyalı nəzəri fizik Stiven Hokinq bu sualı cavablandırmağa çalışır.

Futbol üzrə 2014-cü il dünya çempionatı 12 iyun-13 iyul tarixləri arasında Braziliyada keçiriləcək. İngiltərə millisi D qrupunda rəqibləri olan Uruqvay, Kosta-Rika və İtaliya komandaları ilə mübarizə aparmalı olacaq. Stiven Hokinq, vətənini təmsil edən İngiltərə futbol millisinin dünya çempionatında qələbə şansını necə artıracağı barədə açıqlama verib. Nəzəri fizik 1966-cı ildən bəri millinin çıxışlarına təsir edən əsas faktorları araşdıraraq, uğurlu oyun göstərmək üçün lazımlı olan optimal şərtləri izah edən xüsusi düstur hazırlayıb.

“Sivilizasiyanın başlanğıcından bəri insanlar dünya quruluşunun nizamına dair biliklərə yiyələnmək üçün alışıb-yanırdılar. Bir çox hadisələrin izahedilməz olduğu fikri onları məmnun etmirdi. Futbol üzrə dünya çempionatı da həmin seriyadan olan hadisədir”, – Hokinq qeyd edir.


Tədqiqatın nəticələrinə əsasən, İngiltərə millisi qırmızı formada çıxış etməlidir. Hokinqin dediyinə görə, futbolçular 4-3-3 sxemi (4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 hücumçu) ilə fizioloji nöqteyi-nəzərindən özlərinə daha əmin olacaqlar. Hokinq izah edir ki, qapıya penalti yerinə yetirildikdə qapıçıların sola və ya sağa tullanması nəticəsində qolun qarşısı 18%-lik ehtimalla alına bilər. İngiltərə millisinin qələbə şansı həm də ekoloji faktorlardan asılıdır.

“Temperaturun 5 dərəcə artması qələbə şansımızı 59% azaldır. Millimiz dəniz səthinin ən az 500 metr hündürlüyü səviyyəsində ikiqat artıq qələbə qazanır”, – Hokinq deyir.


Bununla yanaşı fizik matçların İngiltərə vaxtı ilə 15.00-da başlanmasının daha sərfəli olduğunu açıqlayır – belə olduqda qələbə şansı bir neçə dəfə artır. Futbolçuların uğurlu çıxışının isə hakimlərdən asılı olduğunu hesab edir. Statistikasına əsasən, hakimlərin avropalı olduğu qarşılaşmaların 63%-ndə İngiltərə millisi qalibiyyət qazanıb. Bütün bunlara baxmayaraq, Hokinq Braziliya millisini yaxşıca dəyərləndirməyin vacib olduğunu vurğulayır.

“Bütün riyazi və rasional fikirlər burada işləmir – mən ingilisəm və çempionatın finalı yolunda bizim uşaqlara azarkeşlik edəcəm. Lakin Braziliya millisindən çəkinməmək üçün ağılsız olmalısan. Onlar, futbol üzrə bütün əvvəlki çempionatların 30%-i qazanıblar və məlumdur ki, öz vətənlərində oynadıqları səbəbindən iqlim və psixoloji üstünlükləri var”, – Hokinq son olaraq əlavə edir.


Həmçinin oxuyun:

Hokinq: “Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər”
Hokinq mərci udduğunu hesab edir
Hokinq: “Qara dəliklər mövcud deyil”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: