Digər

Günümüz – 50.000 il sonra

Günümüzdən 8.000 il qədər sonra planetimizin dönüş oxunun pilləli olaraq dəyişmәsinә görә “Qütb Ulduzu” Qu bürcündәki ən parlaq ulduz olan Deneb olacaq. 8.649 il 251 gün sonra (20 avqust 10.633-ci ildə) bir Günəş tutulması və Merkuri keçişi eyni anda yaşanacaq.

10.000 il qədər sonra Pioneer 10 kosmos vasitəsi Barnard Ulduzunun 3.8 işıq ili yaxınından keçəcək. 25.000 il qədər sonra isə Arekibo Mesajı adı verilən və 16 Noyabr 1974-cü ildə kosmosa göndərdiyimiz xüsusi bir siqnal olan radio dalğaları Messier 13  qalaktikasına çatacaq. Bu siqnallar indiyə qədər göndərilən ən uzun mәsafәli siqnallardır. Ancaq əgər orada bu siqnallatı qәbul edә biləcək biri varsa və eyni ünsiyyət metodunu istifadә edirsә cavablarının bizə çatması yenə 25.000 il sürəcək.

Əgər insanlar özünü və bütün təbiəti bioloji kimyəvi və fiziki silahlar istifadə edərək yox etməmiş olsalar və texnologiyamız təxmini olaraq bu sürətlə inkişaf edəcək olursa, yəqin ki, ən azından Günəş Sisteminə yayılmamız bu tarixlərdə başlamış olacaq. Bəzi planetləri bu tarixdə artıq yaşamağı bacarmış ola bilərik. Bu müddətdə, 36.000 il sonra kiçik bir qırmızı cırtdan ulduz olan Ross 248, Günəş Sisteminə ən yaxın keçişini edəcək və Yer kürəsinin yalnız 3.024 işıq ili uzağında keçəcək. 40.000 il qədər sonra, Voyager 1 kosmos vasitəsi Camelopardalis bürcünün içərisindəki AC +79 3888 ulduzunun 1.6 işıq ili yaxınından keçəcək. 42.000 il qədər sonra isə Ross 248 keçişinin bitirәcәk, Alpha Centauri bir dəfə daha Günəşə ən yaxın ulduz sistemi olacaq.

Günümüzdən 50.000 il qədər sonra, indiki vaxtda içərisində olduğumuz interglasiol dövr (buzlaq çağları arası yaşanan mülayim keçid dövrü) sonlanacaq. Beləcə yenidən Buz Dövrü başlayacaq, Dünya qartopu halını alacaq. Maraqlı təxminlərdə biri bu müddət ərzində Niagara Şəlaləsinin, bu anda yönəldiyi Erie Gölü ilə arasındakı 32 kilometrlik torpaq parçasını da aşındıraraq gölə tamamilə qarışacaq, beləcə yox olacaq. Eyni zamanda Keo kosmos zaman kapsulası (əgər planlandığı kimi göndәrilәrsә) Yerin atmosferinə yenidən daxil olacaq.

Ross 248

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: