Digər

Eyni əlifbanı istifadə etsək də, niyə əl yazılarımız fərqli olur?

Hər bir insanın özünəməxsus barmaq izi olduğu kimi hər birimizin xüsusi əl yazısı vardır. Çünki hər birimiz bir sıra xüsusiyyətlərlə digərlərindən fərqlənirik, yəni unikalıq. Həqiqəti dərk etmə formamız da yalnız özümüzəməxsus olaraq formalaşır: düşüncələrimiz, şəxsiyyətimiz, əl yazımız və ya əşyaları görmə formamız digərlərinin keçmədiyi bir yolla formalaşır.

İki insan eyni şeyə baxsa belə, onu fərqli formada dərk edir və bu şey haqqında fərqli şəkildə şərh edir. Əl yazımız da baxdığımız şeyləri necə dərk etməmizlə başlayıb fikirlərimiz, ziddiyətlərimiz, hisslərimiz və təcrübələrimiz kimi bir çox şeyin təsiri ilə fomalaşır. Əl yazısı analizi edən mütəxəssislər ibtidai sinifdə hamımızın eyni şəkildə yazı yazmağa məcbur edilməmizə rəğmən əsla eyni yazı forma və ölçüsündə yazmadığımızı deyirlər.

Əl yazısını beynin rəsmi kimi görmək olar, onu kağıza çəkən əl və barmaqlar əslində beyində yaranan proseslərin sadəcə bir kopiyasıdır. Araşdırmalar düşüncə və duyğularımızın zaman-zaman əl yazımızı dəyişdirdiyini də ortaya qoyur. Məsələn: qəzəbli vaxtımızda qələmi tutma formasıya xoşbəxt olduğumuz zaman qələmi tutma formamızla fərqlidir və ya xoşbəxt olduğumuz zaman əl yazımız daha gözəl olur, xüsusi bəzəklər istifadə edirik. Bunlar bəlkə ikinci bir şəxsin fərqində olmur, amma bu nüansları bz fərq edirik.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: