Digər

Ernst Hekkel və Darvin haqqındakı yalançı iddialara cavab



Yaradılışçıların təbliğat sənədlərinə baxdığımda ağılıma həmişə çöl həyatının güclü və məğrur heyvanı dəvəyə ətf edilən və çoxumuzun bildiyi kiçik əhvalat gəlir. “Boyun niyə əyridi?” deyə soruşulduğunda onun “Haram düzdür ki!” cavab verilәn əhvalat.



Yaradılışçıların iddialarıyla əlaqədar hansı mövzuya əl atılsa içindən mütləq bir yalanın çıxması artıq uşaqların da anladığı sadə bir gerçək halına gəlib. Bu da onların növbəti yalanlarından biri:


“Science”dakı xəbər və yaradılışçı şərhi

Yaradılışçıların təbliğat məqsədiylə geniş şəkildə istifadə etdikləri sənədlərdən biri açıldığında “Elm tarixinin ən bböyük saxtakarlığı: Təkamül nəzəriyyəsi” başlığı görülür. Lakin başlığın dərhal altına baxıldığında böyük saxtakarlığı ifşa edənin özünün də saxta bir ad istifadə etdiyi görülür. Təkamül nəzəriyyəsi mütəxəssislik tələb edən bir mövzu olduğuna görə bunu ifşa edənin heç olmasa bir yüksək təhsilinin olması lazım deyilmi? Sən demə, adam lisey məzunu imiş.

Saxta adlı saxta mütəxəssis elm saxtakarlığını açıqlayır!

Baxaq, bu iş mümkündürmü? İnternetdəki yazını oxumağa davam edək:
Məşhur elmi jurnal olan “Elm”in (Science) 5 sentyabr, 1997-ci il sayında Hekkelin rüşeym rəsmlərinin saxtakarlıq olduğunu açıqlayan bir məqalə dərc olundu. “Hekkelin rüşeymləri: saxtakarlıq yenidən aşkar edildi” başlıqlı məqalədə belə deyilir: Londondakı Müqəddəs Corc Xəstəxanası Tibb 
Məktəbindən təkamülçü Maykl Riçardson “(Hekkelin rəsmlərinin) verdiyi təsəvvür, yəni rüşeymlərin bir-birinə çox bənzəməsi yalandır” deyir… O və həmkarları Hekkelin çəkdiyi növdəki və yaşdakı canlıların rüşeymlərini yenidən təhlil edərək və fotoşəkillərini çəkərək müqayisə etmişlər. Riçardson “Anatomiya və embriologiya” (Anatomy and embryology) jurnalında yazdığı məqalədə “rüşeymlər təəccüblü dərəcədə fərqlidirlər” deyə qeyd edir.Hekkelin rüşeymləri oxşar göstərmək üçün bəzi orqanları qəsdən rəsmlərində göstərmədiyini və ya xəyali orqanlar əlavə etdiyini bildirən “Elm” (Science) jurnalı məqalənin ardında bu məlumatları verir:Riçardson və qrupunun bildirdiyinə əsasən, Hekkel təkcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda müxtəlif növləri bir-birlərinə bənzər göstərmək üçün ölçüləri ilə də oynamış, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə Hekkel fərqləri gizlətmək üçün növlərin adını yazmamış və bircə növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində bir-birlərinə çox yaxın olan balıq növlərinin rüşeymlərində belə görünüş və inkişaf prosesi baxımından çox böyük fərqlər var. Riçardson “Hekkelin rəsmləri biologiyadakı ən böyük saxtakarlıqlardan biridir” deyir.     

Bu alıntıdan sonra saxta adlı saxta mütəxəssisimiz çoxbilmişcə vәziyyәti qiymətləndirir:

Qısaca desək, Hekkelin rəsmlərinin saxtakarlıq olduğu hələ 1901-ci ildə üzə çıxmış, amma bütün elm dünyası bu rəsmlərlə bir əsr boyu aldadılmışdır.


İndi bu yazını oxuyan bir adam nə düşünər? Ağlında böyük ehtimalla Ernst Hekkel işləri və təkamül nəzəriyyəsi haqqında ciddi suallar yaranar. Heç olmasa bir şübhə doğular. “Hətta tanınmış elm jurnalı Science belə mövzunu ələ aldığına görə görəsən yaradılışçıların ifadələri doğru ola bilərmi?” deyə də düşünə bilər.

Alim Michael Richardsonun şərhləri:
İndi işin əslinə baxaq…

Əvvəlcə Science jurnalındakı “Hekkelin embrionları: Saxtakarlıq yenidən kəşf edildi!” başlıqlı yazıyla bağlı bir iki şey demәk lazımdır: Bu yazı elmi bir araşdırma məqaləsi deyil. Jurnalın “Araşdırma xәbərləri” qisimində yer alan, uzunluğu bir səhifədən daha qısa olan bir şərh yazısıdır. Yazını yazan Elizabet Pennisi isə jurnalın heyətli yazıçılarından biri olub, özünün hər hansı bir akademik ya da araşdırmaçı şəxsiyyəti yoxdur.

Pennisi yazısının başlığına nə qoymuşdu? “Saxtakarlıq yenidən kəşf edildi.” Yaradılışçı bu yazıya əsaslanaraq nə demişdi: “Hər ideologiyanın olduğu kimi, bu ideologiyanın da fanatik tərəfdarları vardır və bunlar təkamülü hər nə bahasına olursa olsun, isbat etmə səyi göstәrirlәr.”
İndi bundan sonrakı proseslәri izləyək…

Məqalələrinin nümayiş olunmasından bir neçə ay sonra Pennisinin yazısından yola çıxaraq yaradılışçıların öz araşdırmalarını şüurlu şəkildə təhrif edib, təkamül nəzəriyyəsinə hücum üçün istifadə etmələrindən çox narahat olan Maykl Riçardson və həmkarları ən sonunda Science jurnalına bir məktub göndərmək məcburiyyətində qalırlar. Yaradılışçıların hәqiqi üzünü göstərməsi baxımından bu əhəmiyyətli məktubun diqqətlə oxunması lazımdır: Təxminən bir səhifəlik məktubun burada yalnız ilk paraqrafının tərcüməsi yazılıb:

Bizlərin bəzisinin köməkçi yazar olaraq iştirak etdiyi və Elizabet Pennisi tərəfindən də mövzu edilmiş (Araşdırma Xəbərləri, 5 Sentyabr 1997, s. 1436) yeni bir iş Ernst Hekkel tərəfindən keçən əsrdə nümayiş olunmuş embrion şəkillərindəki səhvləri araşdırdı. İşimiz milli kanalda nümayiş olunan bir müzakirə proqramında təkamül nəzəriyyəsinə hücum etmək və təkamülün embriologiyanı açıqlaya bilməyəcəyini göstərmək üçün istifadə edilmişdir. Bizlər bu baxışa qətiyyən qatılmırıq. Embrionlardan əldə edilən tapıntılar Darvinçi təkamül ilə tamamilə uyğundur. Hekkelin tanınmış şəkilləri uzun zamandır yaradılışçıların müzakirə mövzusudur. Bu şəkillərin ilk distributivləri fərqli onurğalı növlərində olduqca bənzər görünən gənc embrionları göstərir. Təməldə Hekkel haqlı idi. Bütün onurğalılar notokorda bədən bölmələri, farinks kisələri ehtiva edən bənzər bir bədən qaralaması inkişaf etdirirlər. Bu ortaq inkişaf planı ortaq bir təkamüllü keçmişi əks etdirər. Bu məlumat fərqli heyvanlardakı inkişafın ortaq genetik mexanizmlər tərəfindən nəzarət edildiyini bildirən çox yeni və əhəmiyyətli sübutdur.

Düşünə bilirsinizmi, bir qrup alim məlumat təcrübəsinə qatqı təmin etmək, hәqiqәti öyrәnmәk üçün əmək sərf edir və bəzi tapıntılar ortaya qoyur. Lakin bu nəticələr məlumat əldə eməyən, elm paraziti olan yaradılışçılar tərəfindən Darvin və təkamül nəzəriyyəsini qaralamaq mәqsәdi ilә istismar edilir. Çarəsiz qalan araşdırmaçılar sonda elm dünyasında görməyə çox vərdiş etmədiyimiz bir şəkildə işlərinin yaradılışçılar tərəfindən təhrif edildiyini, Ernst Hekkelin işlərinin elmi hәqiqәtlәrlә uyğun olduğunu və embriyologiya elminin Darvinin işləri və təkamül nəzəriyyəsi tam uyğun olduğunu bütün dünyaya eşitdirmək məcburiyyətində qalırlar.
Bundan bir neçə il sonra eyni araşdırmaçının hazırladığı əhatəli bir yazısıda mövzuya son nöqtəni dəqiq bir şəkildə qoyduğunu görürük:

Haeckelin çox tənqid olunan embrion şəkilləri, filogenetik fərziyyələr, təhsilə dəstək və təkamülə dəlil olmaları baxımından əhəmiyyətlidir. Şəkillərlə əlaqədar bəzi tənqidlər məntiqli və ağla uyğun ikən, digərləri daha çox inkar niyyətlidir.

Yaradılışçının orijinal qaynaq təhrifi

Yaradılışçı saytda bu mövzuyla əlaqədar bir başqa qrup ifadə var ki, bunlar bir az daha xüsusi, amma əhəmiyyətli bir mövzuya vurğu etməkdədir, izləyək:

Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi. Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) bu idi.

Yaradılışçıların orijinal qaynaqları necə təhrif etdiklərinin başqa bir sübutu bu nümunədə görülür. Yaradılışçıların təhrif etdiyi məlumat Darvinin İnsanın Növləşməsi kitabında istifadə etdiyi bir neçə şəkildən biri olan, insan və it embrionlarının müqayisə edildiyi bir nömrəli şəkil və onunla əlaqədardır.

Orijinal qaynaq əslində nə deyir?
Əvvəl sözü keçən şəkili orijinal qaynaqdan tərcüməsini oxuyaq:
Şəkillə əlaqədar Darvinin yazdığı:

İnsan embrionu  Eckerin bu əsərindən alınmışdır; Icones Phys. 1851-1859, tab. xxx, fig 2. Bu embrion 10 xətt boyunda olduğundan, şəkil çox böyüdülmüşdür. İt embrionu Bischoofun bu əsərindən alınmışur; Entwicklungsgeschichte des Hunda Eies, 1845, tab. Xi, fig 42B. Bu şəkil beş qat böyüdülmüşdür və embrion iyirmi beş günlükdür. İç orqanlar şəklə daxil edilməmiş olub, dölyatağı uzadılmaları hər iki şəkildə də çıxarılmışdır. Mənə bu şəkilləri məsləhət verən Prof. Huxley`dir və onlardan faydalanma düşüncəsi məndə, onun “İnsanın Təbiətdəki Yeri” adlı işini oxuduqdan sonra doğulmuşdur. Haeckel də Schöpfungsgeschichte adlı kitabında bənzər şəkillər vermişdir.
   Yaradılışçılar yuxarıdakı mənbə məlumatını Darvinin nəzəriyyəsinin Hekkeli qaynaq olaraq istifadə etdiyi və ondan ilhamlandığı təbliğatını yaymaq üçün istifadə etməkdədir. Yuxarıda yazılanlarla bağlı mənbə və şəklə baxıldığında Darvinin hansı qaynaqları və elm adamlarını özünə istinad götürdüyünü çox açıq şəkildə ifadə etdiyi görülür. Sanki Darvin o günlərdə təhrif edilmə ehtimalını görmüş kimi hər şeyi açıqca yazmışdır. Şəkillərin Hekkeldən deyil, EckerBişufdan alındığı, həm şəkil altında həm də haşiyədə çox dəqiq bir şəkildə yazılmışdır. Şəkilləri bu qaynaqlardan götürərkən nələri dəyişdirdiyini də bir elm adamı dürüstlüyü ilə açıqca yazmışdır. Prof. Hakslinin əsərindən ilhamlandığını dəqiq bir şəkildə bildirmişdir. Hekkel ilə əlaqədar məlumat isə əhəmiyyətsiz və etinasız şəkildə verilmişdir. Kitabın adı belə əskik yazılmışdır. Halbuki digər qaynaqlar adı, ili, səhifəsi, şəkil nömrəsi ilə elmi nizama uyğun bir şəkildə köçürülmüşdür. İndi buradan yola çıxaraq, Darvin, Hekkelin şəkil və fikirlərindən güc almışdır, onu istinad olaraq qəbul etmişdir, demək ola biləcərmi? Əgər götürsəydi, digərlərini yazdığı kimi açıq bir şəkildə onu da yazardı. Darvinin Hekkellə arasına elmi mənada hər vaxt bir məsafə qoymasında ən əhəmiyyətli fakt onun əsərlərində Lamarkçı bir təkamül anlayışını mənimsəmiş olmasıdır.
Yaradılışçıların bu xüsusi qaynaqların varlığında həiqəti təhrif etmələrinin mümkün olmadığını artıq anlamaqları lazımdır.

Mənbələr:

  1. E. Penisi, “Haeckel’s Embryos: Fraud Rediscövered”, Science 277 (5331):1435, 1997.
  2. M. K. Richardson, J. Hanken, M. L. Gooneratne, C. Pieau, A. Raynaud, L. Selwo-od, G. M. VYright; “There is no highly conserved embryonic stage in the verteb-rates: implications for current theories of evolution and development”, Anatomy and Embryology, 196,1997, ss.91-106.
  3. Michael K. Richardson, James Hanken, Lynne Selwood, Glenda M. Wright, Ro-bert J. Richards, Claude Pieau, Albert Raynaud, Science 280(5366), 1998, s.983.
  4. M. K. Richardson ve G. Keuck, “Haeckel’s ABC of evolution aııd development”, Biol. Rev. 77, 2002, ss.495-528.
  5. E. Haeckel, Arıthropogenie: Keimes- und Staımnes-Geschichte des Menschen, Leip-zig: Engelmann, 1874. (Richardson ve ark., 1997*den)
  6. Robert C. Stauffer, “Haeckel, Darwin, aııd Ecology”, The Quarterly Revtew of Biology, Vol. 3-2(2), 1957, s. 138.
  7. E. Haeckel, Natûrliche Schöpfungsgeschichte, İst Ed. Georg Reimer, Berlin, 1868. (M. K. Richardson ve J. E. Jeffery, “Editorial: Haeckel and Modern Biology” The-ory Biosci, 121: 247-251,2002.)

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: