Elmi fantastika

Yerdən qaçış: Hara getməliyik? (I hissə)

"Bir planet zehnin beşiyidir, lakin beşikdə əbədi olaraq yaşamaq olmaz" (Konstantin Eduardoviç Tsiolkovski)

Yazı başlıqları

  • Mümkünlük

Çox güman ki, Yerin hal-hazırdaki vəziyyətindən və onun getdikcə pisləşdiyindən xəbəriniz var. Yerdən qaçış zəruridir. Elə bir kainatda yaşayırıq ki, zaman geriyə yox, irəliyə axır və səbəblər nəticələr ilə bitir. Bir müddət sonra Yeri tərk etmə və koloniyalaşdırmağa digər bir planetin tapılması proseslərinə başlamaq şərtdir, əks halda bəşəriyyətin nəslinin kəsilməsi sözsüzdür.

Hər şeydən əvvəl Yeri tərk etməyimizin mümkün səbəblərinə baxaq.

Səbəblər

  • Overpopulyasiya və resursların tükənməsi—hal hazırda Yerdə 7 milyarddan çox insan var və bu say sürətlə artmaqdadır. Hesablamalara görə Yer maksimum 9-10 milyard arası insana ev ola bilər.
  • Asteroidlər—Yer bir neçə dəfə qlobal səviyyədə məhv edici gücə malik olan asteroidlərlə toqquşub və planetdəki növlərin çox böyük hissəsinin nəsli kəsilib. Hal-hazırda da Yerin yanından ötüb keçən belə asteroidlər vardır. Biz asteroidi Yerdən məhv etməyə çalışa bilərik, lakin bu dəqiqə belə bir texnologiyamız yoxdur.
  • Günəşin partlaması—hər gün başınızı qaldırıb parıldayan ulduzumuza baxdığınızda çox güman ki, bir zaman bombasına baxdığınız ağlınızdan belə keçmir. Bir neçə milyard il sonra Günəş ömrünün son mərhələsinə çatacaq və amansızcasına ətrafında olan hər şeyi məhv edəcək.
  • Zibillənmə, iqlim dəyişməsi, fəlakətlər—bunlar yazıldığı ardıcıllığı ilə baş verir. Birinci mərhələni keçmişik. İkinci mərhələnin ortalarındayıq. Üçüncü mərhələdə isə tsunamilər və zəlzələlər qaçınılmazdır.

Bu qaçınılmazdır. Ümumiyyətlə bu səbəbləri tamamilə unudaq, niyə Yeri tərk etmək üçün bir səbəb axtarmalıyıq? Biz sadəcə olaraq inkişaf naminə bunu edə bilmərikmi?

Biz həyat haqqında o qədər də bir şey bilmirik. Həyatın hardan gəlməsini bilmiriksə, başqa planetlərdə həyatın necə inkişaf edəcəyindən cuzi bir anlayışımız belə olmayacaq.

Panspermiya

Fərziyyələrdən biri həyatın Yerə asteroid və yaxud da hər hansı növ digər bir obyekt tərəfindənn gətirildiyini deyir.

İlk öncə RNT-dən başlayaq. RNT həyatın yaranması üçün ən vacib faktorlardan biridir. Bir problem var, ilk başlar Yerdə RNT olmayıb. Ancaq Marsdan Yerə düşən meteoritləri araşdıraraq belə nəticəyə gəlmək olar ki, RNT bizə qırmızı qonşumuzdan gəlib. Alimlərin böyük hissəsi razılaşırlar ki, həyat suda əmələ gəlib. Başqa bir problem: RNT suya davamlı deyir, yəni, suda dağılır. Lakin mühitdə bor varsa RNT-nin suya davamlılığı artır. Başqa bir problem: Yerdə ilk başlar yetərincə bor olmayıb. Xoşbəxtlikdən, Marsda kifayət qədər bor olub və bu da Yerə meteoritlər vasitəsi ilə səyahət etməyi bacarıb. Problemlər hələ bitməyib, ümumiyyətlə RNT-nin, DNT-nin, zülalların və digər maddələrin yaranması üçün müəyyən fosfatlar zəruridir. Yerdəki fosfatlar isə bunun üçün yetərincə yaxşı olmayıb. Araşdırmalar yenə də göstərir ki, Marsda olan fosfatlar ilk başlar Yerdəkilərdən daha yaxşı suda həll olan olub.

Təbii ki, burada tamamlıqla əmin ola biləcəyimiz bir fakt yoxdur. Lakin araşdırmalar onu göstərir ki, Marsdan Yerə düşən meteoritlərin tərkibində həyatın yaranması üçün vacib maddələr olub ki, onlar da Yerə düşdükdən sonra qarışıb həyat formalaşdırmağa başlaya bilər.

O zaman Mars insanların koloniyalaşdırması üçün müvafiq bir planetə bənzəyir. Düzdür, ancaq biz hələ də öz günəş sistemimizin içindəyik. Niyə bir az qıraqlara çıxıb, digər günəş sistemlərinə də baxmayaq ki?

Digər planetlər

Kepler missiyası indiyənə qədər minlərlə ekzoplanetlər tapıb. Hər gün alimlər Yerə oxşar və həyata yararlı planetləri axtarıb kataloqlaşdırmaq üçün çalışırlar. Nəzərinizə çatdıraq ki, həyata yararlı planetlərdən danışarkən, biz Qoldiloks Zonasından danışırıq.


Qoldiloks Zonası elə bir zona olmalıdır ki, planet ulduzuna ulduz onun üzərindəki suyu buxarlandırcaq qədər yaxın və ya ulduzundan su dona biləcək qədər uzaq olmamalıdır. Burada dəqiq bir rəqəm yoxdur, o ulduzun növünə və ölçüsünə görə dəyişir. Nəhəng və isti bir ulduz üçün bu zona bizim günəş sistemimizdəki zonadan çox uzaq və ya əksinə, kiçik və soyuq bir ulduz üçün bu zona daha yaxın olardı.


Bundan əlavə planetin ölçüsü, həcmi, cazibəsi və s. kimi şeylər onun insanlar üçün yararlı olub olmadığına qərar verir.

Yerdə olan həyata görə həyat üçün 4 vacib faktor mövcud olduğunu demək olar:

  • Enerji—insanlar istehlakçı varlıqlardır. Yerdə enerji istehsal edən varlıqlar bizim isthehlak etdiyimiz enerjini ödəyir. İşıq ilə fotosintezə uğrayan canlılar enerjini istehsal edir, o molekuldan-molekula keçir və sonda biz həmin enerjini qəbul edirik. Bir sözlə, biz enerjini başqa yerlərdən almaq məcburiyyətindəyik. Bu səbəbdən biz digər planetlərdə bu faktora diqqət yetirməliyik, çünki bizim enerjiyə yaşamaq üçün ehtiyacımız var.
  • Karbon—Yerdəki bütün həyatın əsasıdır. Kimya haqqında yüngül biliyiniz belə varsa, bilirsiniz ki, karbon hər yerdədir. Onun milyonlarla müxtəlif birləşmələri var.
  • Maye su—bütün canlıların yaşamaq üçün suya ehtiyacı var. Bundan əlavə su ən böyük həlledicidir.
  • Digər kiçik faktorlar

Mümkünlük

İnsanlar Yerdə təkamül ediblər. Bizim hər tərəfimiz yerdə sağ qalmaq üçün inkişaf edib. Başqa bir planetdə yaşamaq tamamilə yad bir fikirdir. Yəni ümumiyyətlə bu mümkündürmü? İnsanlar ilk öncə uzun müddət kosmosda səyahət etməli olacaqlar. Bu sual çox nisbidir və cavablar hər dəfə qeyri-dəqiq olar. Əsas faktor insanların birlikdə işləmək bacarığından asılıdır.

———————————————————————————————————————————————

 

Yaralı keçidlər və istinadlar:

Yaşıl Elm, Qırmızı planet: Mars. Terraform bizə nələr vəd edir.

Population Reference Bureau, Human Population: Population Growth

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Aqil Heydərli

Yaşıl Elm platformasında baş idarəçi və yazar kimi fəaliyyət göstərirəm. "Azərbaycan Dövlət Neft-Sənayə Universiteti"ndə Mexanika Mühəndisliyi üzrə təhsil alıram.

Bənzər yazılar

5 rəy

  1. Təbii ki, biz overpopulyasiyanı idarə etmək üçün insanları məcburi öldürməyə başlaya bilərik, ətrafı çirkləndirməmək üçün heç nəyə əl dəyməyib inkişafdan qala bilərik, Günəş şişməyə başlayanda yüksək texnoloji avadanlıqlar ilə hər il Yeri vurub bir az arxaya ata bilərik və sairə. Bunların hər biri tamamilə mümkündür.

    Ümumi ekoloji vəziyyətə gəldikdə isə bunu düzəltmək üçün biz nə yaza bilərik? “Ətrafı zibilləməyin!”? İnsanlar hər düşdüyü planetdə bunu müəyyən səviyyədə edəcək. Məqalənin əsas məqsədi vaxt yetişən zaman Yeri tərk etmək haqqındadır.

    Hər planetin bir ömrü var. Biz indidən bacardığımız qədər qalaktikamızı koloniyalaşdırmağa başlamalıyıq.

    1. Yoldaş Aqil Heydərli, Çevrə Elmi (Environmental science) ekologiya, okeonologiya, biologiya, geologiya, kimya və s. kimi bir çox elm sahələrinin birləşdiyi məkandır və aktiv araşdırma sahəsidir. Çevrə elmi çevrəmizdəki oyunçuların—canlıların, cansız obyektlərin, havanın, planetin və s. —qarşılıqlı əlaqəsinə və işləyişinə baxır. Buna görə də, mövzu “yerə zibil atmayın”-la bitmir, çünki problem o qədər bəsit deyil. Məsləhət görərdim ki, Yerdən qaçış planları hazırlamazdan əvvəl özünü elmin bu sahəsi ilə məlumatlandırasan. (https://www.quora.com/What-are-the-best-college-textbooks-in-environmental-science)

      Bundan əlavə, overpopulyasını idarə etmək üçün insanları öldürməyə, ətrafı çirkləndirməmək üçün inkişaf qalmağa ehtiyac yoxdur. Bu uzun siyasi və sosial mövzudur, ona görə barmaqlarımı yormağa həvəs yoxdur, amma son 30 ildə gedən “inkişafa” tənqidi bir gözlə nəzər salmağa dəvət edirəm. Fikrimcə, insanların başlarını soxduğu smartfonlar qədər parlaq “inkişaf” kimi sözləri sağa-sola səpələyəndə bir az daha artıq düşünmək lazımdır.

      Ümumiyyətlə, dediyim odur ki, dünyada daha real problemlər, daha konkret məsələlər var. Çevrə elmi kimi zəngin bir elm qaldığı yerdə Yerdən qaçış haqda yazı özünü ciddi hesab edən elmi nəşriyyata yaraşmır. Uğurlar fəaliyyətində!

      1. Dost, sizin optimizminiz çox böyükdür. Bu qırağa qalsın, məqalə sizin dediyiniz elmi sahələrin göstərdiyi səylərin boş olduğu kimi bir şeyi qətiyyən iddia etmir. Axı mən əvvəlki şərhimdə qeyd etdim: “Hər planetin bir ömrü var”. Eləcə də hər ulduzun.

        Məsələnin o qədər sadə olması ilə razılaşıram, göstərdiyim çıxış yolları satirik məzmunlu idi. Vurğulamaq istədiyim məsələ insanların bir-biri ilə işləmək bacarığının zəif olması idi. Və buna görə də, həmin sahələr nə qədər çalışır çalışsın, çıxış yolları tapsın, insanların onlara əməl etməsi müşkül məsələdir.

        Lap deyək ki, Yerin ömrünü bu çıxış yolları ilə artıra bildik, sonra nə? Siz anlayırsınız ki, biz Yerdə həmişə qala bilmərik? Bəşəriyyətin ən böyük inkişaf şansı koloniyalaşdırma ilə başlayır.

        Yerin problemlərini həll etmək haqqında bir məqalə arzulayırsınızsa, mənim gözüm üstə, yazaram. Və son dəfə vurğulayıram, məqalənin məqsədi Yerdən çıxıb əhatə dairəmizi koloniyalaşdırma vasitəsilə artırmaq haqında danışmaqdır və məqalə Yerin ekoloji problemlərinə heç çıxış yolunun olmadığını iddia etmir. Sizə də uğurlar.

    1. Məlumata görə təşəkkür, amma kimin olması oxşatmanın məsuliyyətsizliyini dəyişmir. Yer kürəsi insanın böyüdüyü yerdirsə, insan ona sahib çıxmalı, qorumalıdır, onu yaşanmaz hala gətirib aradan çıxmalı deyil. Cümlə orijinal kontekstində fərqli şeyi ifadə etmək istifadə edilmiş ola bilər, hazırkı kontekstdə isə çox problemli səslənir.

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: