Elmi fantastika

Süni intellektlərlə başa çıxa bilərikmi?

Son illərdə bəşəriyyətdə inqilabi elmi yeniliklərdən bəlkə də ən böyüyü süni intellektlərin yaradılmasıdır. Artıq prototiplər hazırdır və üzərində işlənilir. İnsanlığa qazandıracağı üstünlüklər saysız hesabsızdır. Lakin Stephen Hawking və bəzi alimlərin narahatlığı süni intellektlərin kontroldan çıxa biləcəyi və insanlığı yox edəcəyindən ibarət elmi-fantastik senariləridir. Çünki bir insanın sahib ola biləcəyindən qat qat çox informasiyaya sahib olub bunu rahat bir şəkildə analiz edən və avtonomiyası olan bir şey onlarda narahatlıq doğurur. Lakin var saysaq ki, bu senari gerçəkləşdi o zaman insanların ala biləcəyi tədbir senariləri də var. Michio Kakunun “The Future of the brain” kitabında süni intellektin edə biləcəkləri haqqında bəzi senarilər qeyd olunub. Xəyali olaraq süni intellektlərə qalib gəlmə yolunda bəzi metodlar düşünülə bilər.

Son elmi – fantastik senarilərə görə süni intellekt kompyuterlərə köçürülə bilər. Bundan əlavə yuxu qeydedici cihazların inkişaf etdirilməsi ilə ona bənzər analoji funksiyalı cihazların yaradılması, süni intellekt alqoritmlərinin bir çip vasitəsilə cihaza köçürülüb insana nəql oluna bilər.

Burada 2 yol düşünülə bilər : Bir yol yeni klonun yaradılması və ona birbaşa nəql olunması digəri isə normalda G0 mərhələsində olan sinir hüceyrələrini G1ə keçirmək yəni interfaza mərhələsini aktivləşdirmək. Təcrübə ətraf mühit faktorlarından tam təcrid şəraitdə aparıla bilər. Əgər sinir hüceyrələri yenilənirsə informasiya daşıyıcısı olan neyronlar yeniləri ilə əvəz olunur və yeni neyron informasiya daşımır bu minvalla ətraf mühitdən təcrid olunmuş orqanizm yeni doğulmuş kimi sıfırlanır. Kanserogen təsiri önləmək üçün onkomarkerlərə həssas və caspase genini stimullaşdıran nanorobotlar dövrəyə girməlidir. İntellekt köçürüldükdən sonra interfaza dayandırıla bilər və yenidən G0a keçirilə bilər. İnsanın ontogenez inkişafında bildiyimiz kimi sinir hüceyrəsi mərkəzi və periferik sinir sistemini formalaşdırarkən çoxalır lakin proses başa çatdıqda hüceyrə G0a keçir. Əgər bunu təmin edən genin hansı olduğu tapılsa bu senari xəyal olmaqdan çıxa bilər.

Süni intellektin alqoritmləri sərhədsiz deyil və insan beyni olduğu qəlibin ötəsini düşünə bilərsə, süni intellekt nəql olunmuş insanın adi süni intellektlə eyniləşdirildikdən sonra bu alqoritmlərin ötəsini düşünməsi onu süni intellektdən bir tık yuxarı qaldırır. Mövcud şəraitdə isə süni intellektlə başa çıxmaq mümkünsüzdür. Labirintin içinə salınmış insan və süni intellekt arasında fərq uçurumu olur . Məsələn labirintdən çıxış üçün 10 mümkün variantdan biri doğrudursa insan oradan 1/10 ehtimalla çıxacaq. Süni intellekt isə bütün mümkün variantları analiz edib birbaşa doğru olan çıxışa yönələcək yəni uğurluluq faizi 100% olacaq

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Fərid Rüstəmli

Yaşıl Elm platformasının yazarıyam. Azərbaycan Tibb Universitetini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: