Digər

Dünyanın oksigen yaradan ilk sintetik yarpağı yaradıldı

Texnologiya dünyası təbiəti təqlid etmə mövzusunda olduqca həvəsli görünür. Qeyd edilən son inkişaf isə oksigen yaradan sintetik yarpaqlardır. Julian Melchiorri işıq və su qatqısı ilə eynilə əsl yarpaqlar kimi oksigen yaradan ipəkdən bir yarpaq (Silk Leaves) yaratdı.  Bu sayədə bir çox sənaye qolunun daha təbii bir gələcəyə qucaq açması gözlənilir. Kraliyyət Sənət Kolleci şagirdi Julian Melchiorri Tufts Universiteti ipək laboratoriyasıyla işləyərək möhtəşəm bir məhsula imza atdı. Texnologiya və dizaynın möhtəşəm birlikdəliyini göstərən bu yarpaq  Dezeen and Mini Frontiers tərəfindən bu yaxınlarda tanıdıldı. “Həqiqətən çox yüngül və aşağı enerji istehlakına sahibdir. Əsl məqsədim  tamamilə bioloji olaraq, insan istehsalı bir obyektdə təbiətin səmərəsini istifadə etməyə əsaslanır. Bu sayədə həm bir işıqlandırma materialı, həm də oksigen istehsalına söykənən bir sistem meydana gətirdim”- deyir Julian Melchiorri.

Mechiorri bu yarpaq texnologiyasının binaların xaricinə tətbiq olunaraq sıx metropollarda belə təmiz oksigen istehsalına imkan verəcəyini ifadə edir. ABŞ Meşə Xidməti indidən daha çox ağaca yəni daha çox oksigenə ehtiyacı olduğunu ifadə edir. ABŞ-da adam başına 17,3 ton/il CO2 ilə dünyada ən çox qlobal istiləşməyə səəb olan ölkədir. Ardında Avropa və Çin-də isə bu nisbət 7 ton ətrafındadır. Bu səbəblə daha çox meşəyə ehtiyacları olsa da ABŞ mühərrik həcmlərinin aşağı salınmasında çox da həvəsli görünmür. Ayrıca Çin sənaye və əhali səbəbindən dünyadakı emissiyanın 29%-ə, ABŞ 16, Avropa Birliyi 11-ə malikdir.  İpək yarpaqda gerçək bitkilərdən alınan xloroplastlar var. Bu xloroplastlar ipək zülallarının içində asqıda qalaraq, eyni gerçək bitkilər kimi fotosintez edir.  Hər nə qədər gerçək yarpaqları yerini tutmasa da əslə olduqca yaxın bir iş təqdim edəcək. Təbii ki bu yarpaqları düzəltmək təbii yarpaqlardan çox daha çətin və spesifik bir işdir. Hər şeyə baxmayaraq, kosmosda bitkilərin inkişafı pozulduğundan bəlkə bu həll NASA-nın uzun müddətli kosmos səfərlərində istifadə edilə bilər.

Mənbə: http://www.natureworldnews.com/articles/8339/20140731/who-needs-trees-first-synthetic-leaf.htm

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: