Digər

Böyük Partlayış haqqında 5 fakt

20-ci əsrin əvvəllərində astronom Edvin Habl və Milton Humason qalaktikaların Süd yolundan, yəni bizim qalaktikamızdan uzaqlaşdığını kəşf etdilər. Bütün qalaktikalar digər qalaktikalardan uzaqlaşır, bu o deməkdir ki, bütün kainat genişlənir. Bu da o deməkdir ki, keçmişdə kainat daha kiçik, daha sıx və daha isti olmalı idi.

Böyük Partlayış olaraq bilinən bu nəzəriyyə yeni kəşflərlə test edildi və başqa nəzəriyyələrə qalib gələrək əsrin ən böyük elmi nəzəriyyələrindən biri oldu. Yaxşı, bəs nədir bu “Böyük Partlayış”?

 

Partlayış hər yerdə baş verib.

Kainatın nə bir mərkəzi, nə də bir sərhəddi var. Kosmosun hər bir hissəsi genişlənir. Bu o deməkdir ki, əgər zamanı geriyə fırlatsaq bir an hər şeyin bir yerə “paketləndiyini” görə bilərik. Bu gün kainatda xəritələdiyimiz hər yer 13,8 milyard il əvvəl, Böyük Partlayış zamanı eyni yeri tuturdu, Böyük Partlayış kainatın hər hansısa hissəsində deyil, bütün kainat boyu eyni anda baş verib!

 

Böyük Partlayış hər şeyin başlanğıcı kimi təsvir edilməyə bilər.

Böyük Partlayış kainatın sürətlə genişlənməsini və bir zamanlar onun çox isti olmasını açıqlayır. Ancaq bəzi alimlər hər şeyin bir “zamanlar” tək bir nöqtəyə sıxışdığını düşünür. Bu, nöqtə deyə bəhz etdiyimiz terminin adı sinqulyarlıqdır. Amma problem bundadır ki, bizim bu mütləq sinqulyarlıq anını müşahidə edə və təsdiqləyə biləcək texnologiyamız yoxdur.

Mütləq sinqulyarlıq müşahidə olunan kainatın başlanğıc nöqtəsidir, lakin bundan əvvəl də bir şeylərin olması mümkündür.

Problem budur ki, sürətli genişlənmə və çox isti erkən kainat sinqulyarlıq və Böyük Partlayışdan öncə olan məlumatları (hamısını deyil) silib. Fiziklər erkən kainat haqqında hər hansı bir məlumat əldə etmək üçün yeni yollar axtarırlar, amma hələ ki belə yola sahib deyilik.

 

Böyük Partlayış nəzəriyyəsi bu qədər helium və hidrogenin haradan gəldiyini açıqlayır.

1940-ci illərdə Ralf Alfer və Corc Qamou erkən kainatın bu gün kosmosda yayılmış helium, hidrogen və deyterium ( əlavə bir neytronlu hidrogen) yaradacaq qədər isti olduğunu hesabladılar. Sonrakı araşdırmalar ilk hidrogenin necə yarandığını göstərdi. Bu proses “Böyük Partlayış nükleosintezi” adlanır və nəzəriyyənin ən yaxşı proqnozlarından biridir. Ağır elemenlər (oksigen, dəmir, uranium kimi) isə ulduzların daxilində yaranıb ifrat partlayışlarla kosmosa yayılıblar.

Böyük Partlayışı ən güclü dəlili mikrodalğalanın formasıdır. İlk başlarda erkən kainat işıq keçirməyəcək qədər sıx idi. Amma təxminən 380000 il sonra genişlənmə sıxlığı azaltdı və kainat görünə bilinəcək bir hala gəldi.

Buradan xilas olmuş işıq hələ də mövcuddur və Kosmik Arxaplan Mikrodalğalanma olaraq bilinir. Bu, ilk dəfə 1960-cı illərdə Arno Penzias və Robert Vilson tərəfindən müşahidə edilib. Bu kəşf Vilkinson Mikrodalğa Anizotropiya Probu və Plank müşahidələrindən sonra kainatın strukturunu və xüsusiyyətini izah edən ən yaxşı nəzəriyyə halına gəlmişdir.

 

Kainatın mənşəyi haqqında düşünən ilk insanlardan biri də katolik bir rahib idi.

Dini təlim və kilsə işi ilə yanaşı Corc Lemetr 1920 və 1930-cu illərdə ümumi nisbilik nəzəriyyəsini tədqiq edən və erkən kainat şərtləri haqqında araşdırma edən fizik idi. Onun həyatın mənşəyi barədə metaforları isə “ibtidai atom” və “kosmik yumurta idi”. Enşteyndən fərqli olaraq o, nisbilik nəzəriyyəsinin nəticələrini doğru “görmüş” və nisbiliyin kainatın bir başlanğıcı olduğu barədə proqnoz verdiyini anlamışdır.

P.S – Enşteyn isə kainatın genişləndiyini qəbul etməyərək, nisbilik sabit kainata tamamilə qarşı olsa da öz düsturlarına kainatı sabit saxlamaq üçün G – qravitasiya sabitini əlavə etmişdi.

 

Belə görünür ki, “Böyük Partlayış” adını kimsə bəyənmir.

1960-cı illərə qədər kainatın bir başlanğıcı olması fikri fiziklər arasında mübahisə doğururdu. Əslində “Böyük Partlayış” adını kainatın sonsuzdan bəri mövcud olduğunu və olacağını müdafiə edən nəzəriyyənin tərəfdarı olan Freyd Hoyl vermişdir.

Böyük Partlayış nəzəriyyəsi kainatın xarakteristikasını izah etməkdə fundametn rolunu oynasa da, sadəcə bu bəs etmir. Alimlər müşahidələr nəticəsində daha qəribə şeylərin varlığını ortaya qoyurlar. Qaranlıq maddə (qalaktikaları bir yerdə saxlayan görünməz və müşahidə edə bilmədiyimiz maddə növü) və qaranlıq enerji (yaratdığı genişləndirici qravitasiya sahəsi səbəbi ilə kainatın genişlənməsinə səbəb olan enerji sahəsi) Böyük Partlayış nəzəriyyəsi ilə açıqlanmayan ən böyük sirlərdəndir.


Bizim kosmosa baxışımız yeni kəşflərlə birlikdə kainatın özü kimi təkamülləşir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: