Digər

Bağırsaq bakteriyaları insanı manipulə edir

Bağırsaq mikroflorası insan beyninə təsir edə bilir, üstəlik xüsusi üsullarla – bu və ya digər bakteriyaların yaşaması üçün zəruri olan qidalar hansıdırsa, məhz onları qəbul etməyimizi məcbur edir. Bio Essays jurnalında dərc edilmiş məqalədə bakteriyaların inanılmaz xüsusiyyətindən bəhs edilir.

Başda Co Elkok olmaqla amerikalı alimlərdən ibarət qrup tərəfindən aparılmış yeni tədqiqat göstərir ki, bağırsağımızdaki bakteriyalar xüsusi əlaqə kanalları ilə insanın davranışına təsir göstərə bilir. Beləliklə bizi ehtiyac duyduqları qidaya təşviq edərək yaşamağa davam edirlər, “sözlərinə qulaq asmadıqda” isə bizi toksinlərlə cəzalandırmağa məcbur qalırlar.

“İçimizdəki bakteriyalar manipulyatordurlar. Ümumilikdə mikroflorada müxtəlif bakteriya növləri arasında müxtəlif qida zövqləri yer alır. Bunlardan bəziləri seçim etdiyimiz rasiona uyğun gəlir, digərləri isə gəlmir”, – Kaliforniya Universitetindən olan Karlo Meyli izah edir.


Alimlər bu problemə həsr olunmuş külli miqdarda elmi ədəbiyyat təhlilinə əsaslanaraq belə qərara gəldiklərini bildirirlər. Hələlik bakteriyaların bu xüsusiyyətini şərh etmək mümkün görünmür. Lakin alimlər maraqlı versiya təklif edir: bakteriyalar, böyük ehtimalla, ətraf aləmə siqnal molekulları ötürürlər. Bağırsaq immun, endokrin və sinir sistemləri ilə əlaqəli olduğu üçün bu siqnallar davranışımıza bakteriyalara sərf edən formada təsir edə bilər.

“Bu mikroblar Azan sinirdəki sinir siqnallarının dəyişdirilməsi yolu ilə qida seçimimizə müdaxilə edərək halımıza və davranışlarımıza nəzarət etmək bacarığına sahib olurlar. Beləcə dad reseptorlarına yiyələnərək sağlamlığımıza neqativ təsir göstərən toksinləri buraxır və ya özümüzü yaxşı hiss etməyimizi təmin edən kimyəvi “mükafatı” istehsal edirlər”, – Arizona Ştatı Universitetindən olan Afina Aktipis qeyd edir.


Hər nə qədər kədərli səslənsə də, alimlər bu təsirin ikitərəfli xarakter daşıdığında israrlıdırlar. Əgər fərqli rasiona keçid alsaq mikrofloranın tərkibi bir neçə sutkaya başdan sonra dəyişə bilər. Lakin bu, bakteriyaların yalnız bir hissəsinin məhvi ilə nəticələnəcək. Prebiotik, probiotik və antibiotiklər köməyilə insan üçün daha “sağlam” və əlverişli mikroflora yaratmaq olar, alimlər əlavə edir. Bağırsaqdaki bəzi təhlükəli bakteriyaların xərçəngi inkişaf etdirə biləcəyi məzmununda bunların xüsusilə vacib olduğunu vurğulamaq lazımdır.

Həmçinin oxuyun:

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: