Digər

Axmaq heyvanlar.

Fenomenləri uzun bir müddətdir araşdıran biri olaraq UNO-ların varlığına dair şübhələrim yoxdur. UNO-lar yəni Uçan Naməlum Obyektlər “naməlum” deməkdir, çünki o şərtlərdə və o zaman içərisində onu görən adam tərəfindən nə olduğu aydın olmamışdır. Bir pilot, meteoroloq ya da astronomdan başqa bir çox insan səmadakı şeyləri təyin etməkdə çətinlik çəkə bilər. Ayrıca, bir psixoloqun açıqlaya biləcəyi bəzi təcrübələri bir çox insan da anlamaya bilər. Yadplanetli qarşılaşmaları bir açıqlamaya görə əsasən səmada deyil, beynimizdə, ağılımızdadır. İnsanlar şəkil-axtaran canlılardır və beyinlərimiz o an təyin edə bilmədiyimiz şeylərdən məna yaratmağa çalışır. Adətən gördüyümüz və yaşadığımız şeylərdə qiymətləndirmələrimiz doğru ola bilər, amma bir çox zaman da səhv anlaya və xatırlaya bilərik. Yadplanetlilərlə qarşılaşan və UNO gördüklərini iddia edənlərə dəli kimi rəftar edirlər, amma hamımız eyni yanıldıcı beyinlərə sahibik. Bəzi insanlar şübhəçi ya da elmi açıqlamaları axtararkən, digərləri bir şeyi açıqlaya bilmədikləri üçün və başqaları da açıqlaya bilmədiyi üçün bu təcrübənin mistik ya da açıqlana bilməz olduğunu söyləyir. 


Benjamin Radford: Skeptical Inquirer elm jurnalının yazıçısı və idarəçi redaktorudur. Eyni zamanda üç kitabın yazıçısıdır (Məsələn: Hoaxes, Myths & Manias: Why We Need Critical Thinking [Saxtakarlıqlar, miflər və dəliliklər: Niyə tənqidi düşüncəyə ehtiyacımız var]).

Kosmos araşdırma mərkəzlərinə yadplanetlilərə aid fotoşəkillər və videolar göndərildiyində bu şəkillərin ortalama olaraq 95%-i ya saxta ya da təyin oluna bilən bir şey olduğu ortaya çıxıb. UNO olduğu iddia edilən obyektlərin bəziləri havada olan kağız, slafan paket, böcək, quş, təyyarə, şar, uzaqdan idarə edilən oyuncaq, kamera linzasının parıldaması ya da linzanın çirki kimi şeylər olmuşdur.

P.S UNO, yəni Naməlum Uçan Obyekt səmada görünən və ilk baxışda xarakterizə edilə bilinməyən obyektlərə deyilir. Yadplanetli gəmiləri isə onların bir növü hesab edilir. Hər UNO deyildikdə elmi cəhətdən məhz yadplanetlilər nəzərdə tutulmur. Hər hansı təyin edilə bilinməyən onyekt nəzərdə tutulur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: