Digər

Alan Guthla MIT reportajı.

Alimlәr “Böyük Patlayış“«1» adı verilən bir hadisənin zəif də olsa var olan təsirlərini müşahidә edәn bir teleskop köməyiylə, kainatın bir nöqtə ölçüsündə 10^90 sayda zәrrәcik ehtiva edәn sıx bir şorbasının ilk gənişləməsinә dair dəlilləri tapdıqlarını bu həftənin əvvəlində açıqladılar. Bu kəşf Cənub Qütbündə yer alan BICEP2 peyki tərəfindən təmin edilən məlumatlarla, kainatın doğumundan sonra milyardlarla dәfә genişlənməsi “kosmik inflyasiya” mərhələsinə aid ilk güclü dəlilləri gün işığına çıxarır.

Kosmik İnflyasiya nәzәriyyәsi ilk olaraq 1980-ci ildə, bu anda MIT (Massachusets Institute of Technology) universitetinin Fizika bölmәsində Victor F. Weisskopf Fizika Professoru ünvanını daşıyan Alan Guth tərəfindən irәli sürülmüşdü. BICEP2 məlumatlarının əhəmiyyətini müzakirə etmək üçün MIT News jurnalının özüylə etdiyi reportajın tərcüməsini oxuculara təqdim edirik.

MIT: İlk olaraq 1980-ci ildə irәli sürdüyünüz kosmik inflyasiya nәzәriyyәsini izah edə bilərsinizmi?

A.G. : Ümumiyyətlə inflyasiya nәzәriyyәsi Böyük Partlayışın “partlayış” mərhələsini açıqlayan bir nәzәriyyә olaraq açıqlayıram;  izah etmәk gәrәkirsә, bu nәzәriyyә kainatı Böyük Partlayış adını verdiyimiz böyük genişləmə mərhələsinə sürüyən tәyiklәyici mexanizmləri açıqlamaqdadır. Orjinal halıyla isə, Böyük Partlayış nəzəriyyəsi heç bir zaman adlandırıldığı kimi partlama mәrhәlәsi ilә bağlı bir nәzәriyyә olmadı. Nəyin partladığı, niyә partladığı ya da partlamadan əvvəl nələr olduğuyla əlaqədar heç bir şey bildirmәmәkdәdir.

Bu səbəbdən, Böyük Partlayış nəzəriyyəsinin ortaya atıldığı ilk halı, bu suallardan çox, partlayışın sonrasına dair açıqlamalar gətirirdi. Bu nәzәriyyә; hazırda isti, sıx və böyük bir nisbətdə genişlənәn kainatın genişləndikcə necə soyuduğunu və gənişləmənin kütlənin cazibə qüvvəsi tərəfindən necə yavaşladıldığını təsvir edirdi.

İnflyasiya nәzәriyyәsi isə, kainatın ilk olaraq genişləməyə başlamasının,qravitasiyanın itәlәyici bir forması olan itәlәyici qüvvə tərəfindən tətikləndiyini qarşıya qoymaqdadır. Nyutona görə, kütlə cazibә qüvvvәsi mütləq olaraq cazibədar bir qüvvədir, ancaq bu vəziyyət haqqındakı anlayışımız Albert Enşteyn və ümumi Nisbilik Nәzәriyyәsinin kəşfiylə dəyişdi. Ümumi nisbilik kütlə cazibәsini bir qüvvə olmaqdan çox kosmos və zamandakı pozulmalar olaraq ələ alır, bu səbəbdən kütlәnin itәlәyici qüvvә ehtimalına şәrait yaradar.

Müasir zәrrәcik nәzәriyyәlәri, çox yüksək enerjilərdə maddənin kütləsinin itәlәyici qüvvәsini yaradan formalarının meydana gəlməsi lazım olduğunu diqqətlə ortaya qoyur. İnflyasiya nәzәriyyәsi isə, yeni doğulmuş kainatın ən azından çox kiçik bir parçasının bu kimi qravitasiya itәlәmә qüvvәsini yaradacaq bir maddəylə dolu olduğunu qarşıya qoyar. Haqqında danışılan bu bölgənin ölçüləri ilk halıyla ehtimalla son dərəcə kiçikdir, 10^-24 santimetr kimi aşağı bir mərtəbədə, yəni bir protonun әhatә etdiyi sahədən 100 milyard dəfə daha kiçikdir. Ancaq, son dərəcə kiçik olan bu bölgə kütlənin itәlәmә qüvvәsi təsiriylə eksponent (eksponansial) mərtəbədə genişləməyə, hər 10^-37 saniyədə bir həcmini iki dәfә artırmağa başladı. Kainatımızın günümüzdəki halına çata bilmək üçün bu bölgənin həcmini  ən azından 80 dəfə  ikiyə yüksәltmiş olması lazımdır ki, bu təxminən olaraq ölçülərinin 1 santimetr mərtəbəsinə çatmış olması demək olur. Bu saydan çox daha çox sayda həcmini ikiyə yüksәltmiş ola bilər, ancaq heç olmasa bu say lazımlıdır.

Belə bir eksponent genişləmə dövrü əsnasında var olan sadә maddənin gedərək seyrәklәşmәsi, sıxlığının az qala heçliyə çatacaq qədər azalmağa başlaması gözlәnilirdi. Ancaq, bizim vəziyyətimizdə çox daha fərqli bir davranış müşahidə olunur. İçində olduğu kosmos nə qədər genişlәnirsә genişlәnsin, kütlənin itәlәmә təsirini yaradan bu maddə əslində hər daim sabit bir sıxlıqda qalmaqdaydı! Bu vəziyyət hər nə qədər aşkar bir şəkildə enerji saxlanması qanununun pozulmasıymış kimi görünsə də, əslində qüsursuz olaraq tutarlı bir vəziyyətdir.

Bu qəribə vəziyyət əslində qravitasiyanın xüsusi bir xüsusiyyətinə əsaslanır: Qravitasiya sahələrinin enerjisi neqativdir!«2»  Kainatın qravitasiya sahәsini yaradan maddəylə dolu olan hissəsi sabit bir sıxlıqda gənişləməni davam etdirdikcə, maddə formasında davamlı olaraq müsbət enerji yaradılırdı.«3» Eyni zamanda da, mövcud cazibәli qravitasiya sahələri vasitəsiylə mənfi enerji də yaradılmaqda idi. Bu səbəbdən, ümumi enerji olması lazım olduğu kimi sabit qalmışdır və buna görə də miqdarı aşağı bir mәrtәbәdәdir.

Əsasən, kainatın ümumi enerjisinin tam olaraq sıfır olması da mümkündür ki, bu vəziyyətdə maddədәki müsbət enerji ilə qravitasiya sahəsindәki mənfi enerji bir-birini tarazlamaqdadır. Hər zaman dediyim kimi, kainat əslində havayı bir günorta yeməyi kimidir. Çünki kainatın meydana gələ bilməsi üçün əslində hər hansı bir enerji lazım olmamaqdadır.

Kütlənin itәlәyici qüvvәsini yaradan maddə bir nöqtədən sonra qərarsız vəziyyətə gələcəyi üçün bir müddət sonra inflyasiya mərhələsi sona çatdı. Daha sonra bu maddələr sadә maddə hissәciklәrinә parçalanacaq və o andan etibarən bilinәn kainatımızdan, alışılmış Böyük Partlayış nәzәriyyәsinin başlanğıcını meydana gətirən isti və sıx maddə-enerji şorbasını meydana gәtirilәcәkdi. Tam olaraq bu nöqtədə kütlə itәlәmә qüvvәsi sona çatmış oldu, lakin kainat milyardlarla il boyunca genişlənməsini davam etdirdi. Bu halda, kainatın doğum anından sonra reallaşdığı şübhəsiz olsa da, inflyasiya dövrünün kosmoloqların Böyük Partlayış adını verdikləri dövrün əvvəlindәki halla eyni olduğunu deməyimiz mümkündür.

MIT: Yaxşı, bu həftə açıqlanan yeni nəticələr nələrdir, inflyasiya nәzәriyyәsinә hansı kritik qatqılarda olmaqdadır?

AG: İnflyasiya mәrhәlәsindәki böyük genişlənmədәn ötəri ibarət olan genişlənmə təsiri böyük ölçüdə nizamsız strukturları daha nizamlı hala gətirmə meyli göstərər, ki bu kosmologiya üçün olduqca yaxşıdır. Həmçinin, partlayış mərhələsi keçirmiş bir kainat ehtimalla olduqca dağınıq və məsaməli bir halda olacaq. Kosmik mikrodalğa arxa plan şüalanması «4» müşahidәlәrdәn görüldüyü qədəriylə da kainat buna uyğun olaraq ilk anlarında olduqca homogen bir quruluş göstərməkdədir, elə ki sıxlıq 1/100000 dərəcədə fərqlilik payıyla kainatın hər yerində eyni idi.

Maddənin kainatdakı paylaşımındakı var olan bu çox kiçik fərqliliklər, kütlə cazibәsinin də təsiriylə daha da dərinləşməyə başladı. Belə ki, sıxlığın bir az çox olduğu bölgələrdə daha güclü bir kütlə cazibәsi sahəsi meydana gəldiyindən ötəri bu bölgələrə daha çox maddə yığıldı və bu o bölgədəki kütlə cazibәsi sahəsini daha da qüvvətləndirdi. Yığılan bu maddələrin hər hansı bir quruluş yarada bilmәsi üçün, görüldüyü üzrə inflyasiya mərhələsidir sonunda maddənin kosmosda paylaşımda az da olsa sıxlıq fərqlilikləri olması lazımdır.

İnflyasiya modellərində, daha sonra maddənin yığılan ulduzları, qalaktikaları və kainatın ümumi quruluşunu meydana gətirməsinə ön әsas olan bu sıxlıq fərqlilikləri kvant nәzәriyyәsinә aid edilir. Kvant nәzәriyyәsi, çox kiçik şkalalarda hər şeyin olduqca ağrılı bir vəziyyətdə olduğunu qarşıya qoyar. Əgər kifayət qədər güclü bir böyüdücümüz olsaydı və onunla boşluğu müşahidә etsәydik, boşluq olaraq təsvir etdiyimiz kosmosun o qədər də boş olmadığını görərdik. Mövcud elektrik və maqnit sahələrin şiddətli bir şəkildə dalgalandığına, hətta elektron və pozitron cütlərinin boşluqda birdən meydana gəlib birdən yox olduqlarına şahid olardıq. İnflyasiya dövrü isə, yaratdığı böyük genişləmə təsiri ilə boşluqdakı bu kvant dalgalanmalarını gözlə görülər tərəzi daşıyan bir faktor oldu.

Kosmik mikrodalğa arxaplan şüalanmasındakı istilik fərqlilikləri ilk olaraq 1992-ci ildə COBE peyki tərəfindən ölçüldü və ölçüldüyü gündən bu yana reallaşdırılan yer, şar və peyk əsaslı təcrübələrlə ölçmələr çox daha həssas bir şəkildə təkrarlandı. Bu ölçülərin hamısı inflyasiya nәzәriyyәsinin tәxmin etdiklәri ilә uyğunlaşırdı. Ancaq, yenə də bu ölçmələr inflyasiyanın dəlili olaraq ümumiyyətlə qəbul edilmәdi, çünki bu istilik fərqliliklərinə yol aça biləcək tək sәbәbim inflyasiya olduğu naməlum idi.

Bununla birlikdə, xatırlatmaq lazım olsa inflyasiyanın genişlənmə təsiri eyni zamanda kosmosun həndəsi quruluşuna da təsir edir. Kosmos, ümumi nisbilik nәzәriyyәsinә görə elastik qəbul edilir, sıxışdırıla bilir, uzadıla bilər, hətta bükülə bilir. Eyni zamanda kosmos həndəsi quruluşu kiçik şkalalarda kvant әkaqәlәrundәn ötəri dalğalanmalar göstərər və inflyasiya bu dalğalanmaları genişlədərək kainatın ilk anlarında qravitasiya dalğaları meydana gətirmişdir.

John Kovac və BICEP2 qrupu tərəfindən nəşr olunan yeni nəticələr isə bu kütlə çəkim dalğalarının yüksək bir düzgünlük payıyla ölçülmәsinә әsaslanır. Ölçülәri edən qrup birbaşa qravitasiya dalğalarını müşaidә etmәdi, ancaq bunun yerinə səmanın müəyyən bölgələrində kosmik mikrodalğa arxa plan şülanmasının olduqca detallı bir polyarizasiya xəritəsini yaratdılar. Müşahidə edilәn şey polyarizasiya xəritəsində yer alan “B rejimi” adını verdikləri türbuland naxışları idi, ki bu naxışlar yalnız kainatın ilk anlarındakı qravitasiya dalğaları və ya müasir kainatdakı mövcud maddənin yol açdığı qravitasiyanın lupa (lensing) effekti ilә meydana gələ bilərdi.

Ancaq, kainatın ilk anlarında yaranan qravitasiya dalğalarını lupa effekti ilә yarananlardan ayıra bilirdi, həmçinin daha böyük bucaq şkalalarında mövcud olma ehtimalları vardı, bu səbəbdən BICEP2 qrupu qərarlı bir şəkildə nəticələri araşdıra bildi. Bu müşahidələr bәhs edilәn qravitasiya dalğalarının bilvasitə də olsa kəşfi haqqında ilk məlumat xüsusiyyəti daşımaqdadır, bu səbəbdən qravitasiyanın kvant mexanikası xüsusiyyətlərini müşahidə etdiyimiz ilk anı yaşamaqdayıq.«5»

MIT: Bu yeni tapıntıların əhəmiyyətini necə açıqlayırsınız, bunlar haqqındakı düşüncələriniz nələrdir?

AG: Bu tapıntılar böyük bir əhəmiyyət kəsb edir. Əvvəlcə, inflyasiya nәzәriyyәsinin nəzərdə tutduğu tablonu çox əhəmiyyətli bir ölçüdə tәsdiq etmәkdәdir . Bildiyimiz qədəriylə, müşahidə edilәn qravitasiya dalğalarını inflyasiya xaricində yarda biləcək bir hadisə mövcud deyil. İkincisi, bu müşahidələr bizə inflyasiya haqqında bilmədiyimiz bir çox detalı göstərir. Xüsusilə, daha əvvəl üzərində müxtәlif təxminlər edilәn inflyasiya dövrü sırasındakı kainatın enerji sıxlığı, bu ölçülərlə birlikdə bir qətilik qazanmış oldu.

İnflyasiya mərhələsindəki kainatın enerji sıxlığının müəyyən edilmәsi ilә, bu nəticələr eyni zamanda bizə daha əvvəlki mövcud ətraflı inflyasiya modellərinin hansılarının etibarlı, hansılarının etibarsız olduğu haqqında əhəmiyyətli fikirlər verir. İndiki nəticələr tam olaraq son olmasa da, inflyasiya dövrünü modellәşdirә bilmәmiz üçün bizə izləməmiz lazım olan yolu göstərməkdədir.

Son olaraq və bəlkə də ən əhəmiyyətlisi olan bu yeni nəticələrin hekayənin sonu olmadığı, hətta bizə yeni pəncərələr açmış olduğudur.Beləliklə, haqqında danışılan B modullarının tapılmasıyla artıq BICEP2 qrupu və digər araşdırma qrupları bu mövzuda işlərinə davam edəcəklər. Beləliklə kainatın ilk zamanlardakı davranışını, inflyasiya dövrü də daxil olmaq üzrə işimiz üçün bizə yeni vasitələr təmin edirlər.

Mən və digər həmkarlarım 1980-ci illərin başında kvant dalğalanmalarının təsirlərini araşdırdığımız zaman, bir gün bu təsirlər vә bəzilərinin hər hansı bir şəkildə ölçülә bilәcәyini ağlımın ucundan keçirmәmişdim. Mənə görə, həmkarlarımla bu dalğalanmaların nəzəri olaraq necə bir davranış göstərəcəkləri yalnız bir oyun idi. Bu səbəbdən, xüsusilə BICEP2 komandasının və digər astronomların bu kiçik təsirləri ölçmədə qәt etdiklәri məsafə qarşısında deyәcәk bir söz tapa bilmirəm. Digər bütün təcrübi nəticələrdə olduğu kimi, bu nəticələri də təkzibolunmaz faktlar olaraq ələ almadan əvvəl digər araşdırma qrupları tərəfindən da doğrulanmalarını gözləməmiz lazımdır. Ancaq BICEP2 son dərəcə diqqətli və təmiz nəticələr əldə etmiş kimi görünür, bu səbəbdən böyük bir ehtimalla tәsdiq edilәcәklәrini düşünürəm.

Әlavәlәr :

1. Orjinal halı “The Big Bang Theory” olan bu termindә gərək İngilis gərəksə Azәrbaycan  dilində səhv olaraq partlayış sözü istifadə edilmişdir. Tarixən belə adlandırıldığı üçün mövcud termini qorumaq istəməklə birlikdə, Böyük Partlayış nəzəriyyəsinin əsasən tipik partlamadan çox böyük bir genişləmə mərhələsinin təsvir edildiyi bir model olduğunu deyә bilәrik.Bu vəziyyətdə mətndə keçən partlayış sözlərinin genişləmə olaraq təsvir edilməsi səhv olmayacaq.

•2. Mənfi enerji anlayışı, enerjini iş görmә qabiliyyəti olaraq tәrif etdiyimizdә qulağa olduqca absurd gələ bilər. Ancaq, bir-biriylə әlaqәdә olan strukturlardan ibarət olan sistemləri açıqlamaq üçün olduqca lazımlıdır. Bu anlayışı zehnimizdə canlandırmaq üçün əlimizə iki dənə maqnit alaq və zidd qütblәri təmas etdirərək bir-birlərini çəkmələrinә şәrait yaradaq. Əgər xaricdәn bir müdaxilə olmazsa bir-birlərini çəkən maqnitlәr birləşib bir-birlərinə yapışacakqlar. Bu yolla bir-birləri ilə әlaqәdә olan iki maqbitdәn ibarət olan bir sistem meydana gətirmiş olarıq. Yaxşı, bir müddət sonra canımız sıxıldı deyək və maqnit bir-birlərindən ayırmağa çalışaq. Müəyyən bir qüvvə tətbiq edәrәk, yəni enerji xərcləyərək maqnitlәri ayırmaq lazım olacaq. Yaxşı bu əsnada xərclədiyimiz enerji hara getməkdədir? Bu vəziyyəti açıqlaya bilmək üçün, bir-birlərinə birləşmiş vəziyyətdəki maqnit arasında mövcud olan maqnit qüvvəsi bağının (maqnetik sahənin) mənfi enerji yığdığını söyləyə bilərik. Əgər bu bağı qırmaq istəyiriksə, bağın yığdığı mənfi enerji miqdarı qədər müsbət enerji xәrclәmәmiz lazımdır. Eynilә cazibә qüvvəsinə, bu səbəbdən də qravitasiya sahələrinə tәtbiq etmәniz mümkündür. Ayağımızın altında olan nəhəng kütləli Yer tərəfindən çəkiləny bizlər bir növ qravitasiya sahəsi içindəyik. Əgər Yer kürəsinin cazibәsindәn bir şəkildə xilas olmaq istəyiriksə, Yer ilə aramızdakı mövcud bağın daşıdığı mənfi enerji miqdarı qədər müsbət enerjini minimum olaraq әldә etmәmiz lazımdır. Bir peykin kosmosa atılması əsnasında xərclənən yüz minlərlə tonluq yanacaq tam da bu funksiyanı görməkdədir.

•3. Maddənin müsbət bir enerji forması olduğunu deməyimiz əhəmiyyətli ölçüdə Albert Eynşteyn tərəfindən uyğunlaşdırılan məşhur “E = mc²” tənliyində əsaslanır. Bu halda, maddənin kütlə olaraq adlandırdığımız xüsusiyyəti ilə enerji olaraq adlandırdığımız dəyişənlәr, bir medalyonun iki üzü kimidir.

•4. Kosmik mikrodalğa arxa plan dalğalanması (CMB: Cosmic Microwave Background Radiation) ya da qısaca Fon dalğalanması, kainatın doğumundan etibarən ortaya çıxan böyük sıxlıqdakı dalğalanma günümüzə çatan və kainatın hər tərəfini dolduran qalıqlarına verilən addır. Kainat genişləndikcə işığı meydana gətirən fotonların dalğa boyu da qırmızıya sürüşmüş və indiki vaxtda 1.9 mm dalğa boyunda olduğu ölçülmüşdür. 1978-ci ildə sabit bir parazit olaraq kəşf edilən bu dalğalanma (eyni zamanda balonlu televiziyalarda boş kanal açıldığında görülən boz vә cızıqlı ekranın səbəblərindən biridir), Böyük Partlayış nəzəriyyəsinin əhəmiyyətli dəlillərindən biri olaraq göstərilməkdədir. Bu işığı daha yaxşı anlaya bilmək üçün zamanda geriyə doğru getmək faydalı olacaq, belə ki zamanı geri fırladığımız müddətcə kainat tam tərsinə kiçiləcək, gedərək sıx və isti bir hal alacaq. Radio dalğaları, infraqırmızı, gözümüzlә görenәn işıq, ultrabәnövşәyi, rengtgen şüaları kimi bir çox forması olan dalğalança hadisəni, kosmosun toxumasında bir-birlərinə sarılmış halda irəliləyən elektrik və maqnit sahəsində dalğalanmaları şəklində meydana gələr. Bir dalğa şəklində ilәrilәdiklәri üçün, sahib olduqları ən fundamental dəyişən dalğa boyları və ya tezlikləridir. İçərisində olduqları kosmosun genişlənmәsi, eynilə bir şar üzərinə çəkilən iki nöqtə arasındakı uzaqlığın şar şişirildikcә artması kimi, bәhs edilәn elektromaqnit dalğaların dalğa boylarında böyüməyə səbəb olar. Bu vəziyyətdə, indiki vaxtda elektromaqnit tayf mikrodalğa bölgəsini əhatə edən fond dalğalanması, kiçilәn kainatla birlikdə maviyə sürüşəcək və sırayla spektri infraqırmızı, görünən işıq, ultrabәnövşәyi və daha yüksək enerjili dalğaboylarına çatacaq. Əgər zamanı bu şəkildə geriyə çevirә bolsәydik, xüsusi bir zaman dilimində fond dalğalanmasında görünən işıq dalğa boyunda olduğuna, bu səbəbdən səmanı hər daim örtən göyqurşağı rənglərinə heyranlıqla şahid ola bilərdik.

•5. Mikro ölçüdə mövcud nüvə və elektromaqnit qarşılıqlı tәsirini açıqlayan Kvant  nәzәriyyәsi və makro ölçüdə  çəkiliş qravitasiya təsirini açıqlayan Ümumi Nisbilik Nəzəriyyəsinin bir-biriylə uyuşmaması elm dünyasını olduqca uzun zamandır narahat edən və üzərində araşdırmalara hələ də davam edilən bir mövzudue. Bu səbəbdən, bu iki böyük nәzәriyyәnin birləşdirilməsi üzərinə edilən araşdırmalarda, qravitasiya qarşılıqlı təsirinin kvant mexaniki mənşələrinə işıq tutan BICEP2 məlumatları məhək daşı deyilə biləcək dərəcədə əhəmiyyətli bir yer tutmaqdadır.

Qaynaq :
http://web.mit.edu/newsoffice/2014/3-q-alan-guth-on-new-insights-into-the-big-bang.html

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: