Digər

2030-un dünyasına 8 proqnoz

Şəhərlərimizi necə idarə edəcəyik, enerjini haradan əldə edəcəyik, nə yeyəcəyik, qaçqınlığın mənası nə olacaq?

Breksit və Donald Trampın qələbəsi göstərir ki, hətta yaxın gələcəyi proqnozlaşdırmaq asan iş deyil. Dünyamızın yaxın müddətdə necə görünəcəyi – şəhərlərimizi necə idarə edəcəyik, enerjini haradan əldə edəcəyik, nə yeyəcəyik, qaçqınlığın mənası nə olacaq – barədə sullara cavab vermək istədikdə işlər daha da çətinləşir. Lakin gələcəyin cəmiyyətlərini təsəvvür etmək bizə bugünün üstünlükləri və imkanların barədə yeni perspektivlər verə bilər.

Biz “Global Future Councils”in ekspertlərindən 2030-un dünyası barədə fikirlərini soruşduq və alış-verişin sonunun gəlməsindən xalqların unudulmuş mövzulara qarşı marağının artmasına qədər müxtəlif nəticələr əldə etdik.

  1. Bütün məhsullar servisə çevriləcək. “Mən heç nəyə malik deyiləm, mənim maşınım yoxdu. Mənim evim yoxdur. Mənim heç bir cihazım və paltarım yoxdur” – deyə Danimarka parlament üzvü İda Auken yazır. Alış-veriş təmiz enerji ilə yaşayan və istədikləri şeyi tələbatına uyğun borc götürən 2030-cu ilin şəhər sakinləri üçün keçmiş xatirədir. Bu utopik səslənir, lakin o, qeyd edir ki, hər hərəkət izləniləcək, cəmiyyət 2 yerə bölünəcək və şəhər narazılıqlar içində qalacaq.
  2. Karbonun qlobal (standart) qiyməti olacaq. Çin 2017-də CO2 istehsalı ilə ticarət bazarında liderliyə yüksəldi. Bununla da Çin dünyada karbonun vahid qiymətə doğru getməsinin və fosil yanacaqların sonunun yaxınlaşmasının əsasını qoydu. Britaniya Milli Fiziki Laboratoriyasının iqlim və ətraf mühit müdiri Ceyn Barston belə proqnozlaşdırır. Avropa bu əsnada ucuz ticarətin mərkəzində olacaq və bərpaolunan enerjilərin qiymətinin sürətlə düşdüyü vaxtda səmərəli günəş panellərindən istifadə edəcək.
  3. ABŞ dominantlığı sona çatır. Çoxlu qlobal güclər olacaq. Digər dövlətlər geri dönüş mərhələsinə çatacaqlar: Igarape institunun tədqiqat direktoru Robert Muqqah yazır. Tək gücün əvəzinə digər ölkələr: ABŞ, Rusiya, Çin, Almaniya, Hindistan və Yaponiya liderlik tendensiyasına çatacaqlar. Həmçinin, eyni zamanda şəhərlərin artımı və online şəxsiyyətlərin yayılması dövlətin rolunu təhlükə altına atacaq.
  4. Əlvida hospital, salam “home-spital”. Texnologiya xəstəlikləri darmadağın edəcək: həkim və Dünya Bankının məsləhətçisi Melani Valker yazır. Bizim bildiyimiz hospitallar artıq funksiyalarını itirəcəklər. Özünü idarə edən maşınlar hesabına daha az qəza olacaq və qoruyucu, insana uyğunlaşdırılmış dərmanlarda böyük irəliləyişlər olacaq. Cərrahiyyə alətləri və orqan donorlarının əvəzinə kiçik robotik borular və bio-printed (təbii çap olunmuş) orqanlar istifadə olunacaq.
  5. Daha az ət yeyəcəyik. Nənə, babalarımızdən fərqli olaraq ət bizə hədiyyə kimi gələcək: Leeds(Britaniya) Universitetinin Population Ecology Professoru Tim Benton yazır. Sağlamlığımız və ətraf mühit üçün xeyirli qidalardan istifadə edəcəyik.
  6. Bugünün Suriya qaçqınları 2030-un müdirləri. Münaqişə ocağından qaçmağa məcbur edilmiş yüksək savadlı Suriya qaçqınları üçün iqtisadi inteqrasiya baş verəcək. Dünyanın köçməyə hazırlıqlı əhaliyə ehtiyacı var: “NGO Blue Rose Compass”ın qurucusu və direktoru Lorna Solis yazır, belə ki, iqlim dəyişikliyi 1 milyard insanı öz yerini dəyişməyə məcbur edəcək.
  7. Qərbin yaratdığı dəyərlərə sadiq olub-olmadığı bilinəcək. Biz demokratiyanı dəstəkləyən yoxlamaları və balansları unuduruq Human Rights Watch İcraedici Direktoru Kennet Roth yazır.
  8. 2030-un sonuna, biz Qırmızı Planetə köçməyə hazır olacayıq.Başqa, ola bilər ki, oraya çatdıqda, yad həyatlarıın sübutlarını kəşf edək” – deyə NASA alimi Ellen Stofan yazır. Böyük elm Yerdəki həyat haqqında çətin suallara cavab tapmaqda kömək olacaq, həmçinin, kosmik texnologiya üçün praktiki tətbiqlər açacaq.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
World Economic Forum
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Murad Karimov

"Gələcək Dünya" bloqunun müəllifi. Çox da uzaq yox, yaxın gələcək çox dəyişəcək!

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: