Digər

Hər 13 adamdan biri şimpanze ayağına sahibdir

ABŞ-lı elm insanlarının apardığı bir araşdırma dünyada hər 13 adamdan 1-nin şimpanze bənzəri “elastiklik xüsusiyyəti yüksək” olan ayaqlara sahib olduğunu və beləcə ağaclara çox daha rahat dırmaşa biləcəyini ortaya qoydu. Əgər ağaclara dırmaşma mövzusunda müvəffəqiyyətlisək, bunun açıqlaması şimpanzelər kimi ayaqlara sahib olmamız ola bilər. Boston Universiteti araşdırmaçıları Cermi DeSilva və Simyon Qill bəzi insanların yeriməyə əlverişli olan düz ayaq strukturu əvəzinə  “daha elastik və bükülə bilən” ayaqlara sahib olduğunu müəyyən etdi. Beləcə, bəzilərinin ağaclara necə tez dırmaşa bildiyi də aydın oldu. İki araşdırmaçı Boston Elm Muzeyində apardıqları təcrübədə 400 yetkin insandan muzey içində çılpaq ayaqla gəzməklərini istədi. Kameraya çəkilən görüntülər araşdırıldığında təcrübədə iştirak edənlərin 8%-nin ayaqlarının orta qisimində elastikliyə sahib olduğu müəyyən olundu. “American Journal of Physical Anthropology” jurnalına nümayiş olunmuş araşdırmada bu xüsusiyyətin ağaclarda yaşayan şimpanzelərə bənzədiyi ifadə edildi.  DeSilva və Qillin etdiyi araşdırmanın bənzərini edən İngiltərənin Liverpul Universitetindən Robin Hou Krompton “ayaqdakı elastikliyin ağaclara dırmaşma mövzusundakı bacarığı açıqlaya biləcəyini” təsdiqlədi. Yaxşı, bükülə bilən ayaq nəyə bənzəyir? Araşdırmada şimpanzelərdəkinə bənzəyən ayaq “topun üzərinə ayağını qoyduğunuzda onun üzərində qıvrılan ayaq” olaraq xarakterizə olunur. Eyni zamanda şimpanze ayaqlarına bənzər ayağın topuq ilə top arasında qalan qisim də yarıya qədər bükülür. Bu elastiklik bəzi insanların ayaqlarındakı bağların daha yumşaq olmasıyla açıqlanır. DeSilva “təcrübə əsnasında bükülə bilən ayaqları müəyyən etmənin çox asan olduğunu ancaq bu ayaqlara sahib insanların bunun fərqində olmadığını” ifadə edir. İngilis araşdırmaçı Krompton isə “büküləbilən ayaqların ağaclarda yaşadığımız zamanlardan günümüzə qədər uzanan bir xüsusiyyət ola biləcəyini” qeyd edir. Ancaq şimpanzelərin ayaq barmaqlarıyla əşyaları qavraya bilməsi kimi digər bənzərlikləri milyonlarla il içində itirdik. Krompton şimpanze ayağına bənzər ayaqlara sahib olmayanların da “xüsusilə ani sürət dəyişməsi kimi müəyyən hallarda ayaqlarını normadan çox bükə biləcəklərini” də qeyd edir. DeSilva ayrı bir qabiliyyət olaraq qəbul edilsə də belə elastik ayaqların normal olaraq gəzməyi daha çətinləşdirdiyini düşünür. İrəlidə bu sahədə araşdırmalar etmək istəyən DeSilva “Məncə atalarımızı ağacdan endiyindən bu yana elastik ayaqlı olmaq mənfi bir hal oldu. Ayrıca ayaqqabıların ayaq anatomiyasını təsir etdiyini bilirik. Bu dəyişiklər hələ davam edir” – deyə bildirir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: