Digər

Ən qədim doğan sürünən fosilləri tapıldı

Paleontoloqlar Çinin şərqində qarnında balaları ilə birlikdə və doğum zamanı ölmüş ixtiozavr qalıqlarına rast gəldilər. Canlının qalıqların 248 milyon ilə əvvəlinə aid olduğu bildirilir, bu da onu dünyanın ən qədim doğaraq artan sürünəni edir. Əlaqədar məqalə 12 fevral 2014 tarixində PLoS ONE jurnalında dərc edildi.

“Bu qalıqlar Yerdə sürünənlər arasında təbii doğumun, onların okean sularındaki həyata keçidindən əvvəl meydana gəldiyini sübut edir”, – Kaliforniya Universitetindən (ABŞ) olan Ryosuke Motani deyir.

Motani və həmkarları Trias dövrünün sonları və Yura dövrünün əvvəllərinə aid, dənizlərin dibində formalaşmış qayalıqların yerləşdiyi Anxoy əyaləti ərazisində qazıntı işləri aparmağa başladılar. Alimlər ilk dəniz sürünənlərindən olmuş ixtiozavrlarla maraqlanırdılar, hansılar ki təkamül müddətində dəniz həyatına keçid almaqla yanaşı həm də doğaraq artma xüsusiyyəti qazanmışdılar. 

Paleontologiyanın ən maraqlı və sirli qalan suallardan biri budur: ixtiozavrlar balalarını qarında daşımağı dənizlərə keçid aldıqdan sonra qazanmışdılar, yoxsa bu onlara dənizləri daha yaxşı anlamağa və oraya uyğunlaşmağa kömək etmişdi?

Məqalənin müəllifləri ikinci hipotezi təsdiqləyə biləcək dəlillər əldə etdiklərini qeyd edirlər. Alimlər 248 milyon il əvvəlinə aid qalıqlara rast gəldikdən sonra bunların balıq və müasir delfinlərdən çox kərtənkələlərə oxşayan çaoxuzavrlara (primitiv ixtiozavrlar) aid olduğunu aydınlaşdırdılar.

Motani və həmkarlarının tapıntısı qeyri-adidir, çünki fosillərdə bir deyil, dörd ixtiozavra – ana və qarnındaki üç balaya aid qalıqlar var. Fosillərin strukturu və onların sıraları köməyilə doğum zamanı öldükləri məlum oldu. Hətta balalardan biri ana bətnini tərk etməyə çox yaxın idi.

Maraqlı olan başqa bir vəziyyət budur ki, çaoxuzavr qarnında balalar başlarıyla onun quyruğu tərəfə çevrilmişdilər. Bu doğum davranışı nə qədim dəniz sürünənləri, nə də müasir məməlilərə xas deyil. Alimlər bu fakta əsaslanaraq, eynən müasir balinalar kimi ixtiozavrların da doğum xüsusiyyətini dəniz həyatına keçid almamışdan əvvəl quruda təkamülləşdirdiklərini bildirirlər.

Həmçinin oxuyun:

Ən qədim sinir sistemi tapıldı
Yumurta qoyan məməlilər digərlərindən daha yavaş təkamülləşdi
Doğaraq artan “Jackson buqələmunu”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: